Son 20 il ərzində qəbul
edilmiş regional inkişaf proqramlarının uğurlu
icrası ölkəmizin tərəqqisində xüsusi rol
oynayıb
”Prezident İlham Əliyevin ölkəyə rəhbərlik
etdiyi müddətdə bir sıra mühüm əhəmiyyətli
dövlət proqramları qəbul edilmiş və həmin
proqramlarda qarşıya qoyulmuş vəzifələrin
layiqincə yerinə yetirlməsi respublikamızın reytinqini
artırmış, yeni iş yerləri yaradılmış,
yoxsulluğun səviyyəsi 5 faizə endirilmiş və əhalinin
rifahı xeyli yaxşılaşdırılmışdır.
Regional inkişaf proqramlarının uğurla yerinə yetirilməsi
regionların da simasını tamamilə dəyişmiş, əhalinin
məşğulluğu artmış, sosial müdafiəsi
daha da güclənmişdir. Hazırda işğaldan azad
edilmiş ərazilərin əvvəlkindən də yüksək
səviyyəyə çatdırılması məqsədilə
qəbul edilmiş dövlət proqramları bütün
istiqamətləri əhatə edir. Qarabağ və Şərqi
Zəngəzurda dövlət proqramları əsasında həyata
keçirilən yenidənqurma, tikinti-bərpa işləri
beynəlxalq ictimiyyətin də diqqətindən
yayınmayıb"”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri,
hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə
bildirib.
Hüquq müdafiəçisi bir nçə gün əvvəl
Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən
“Bakı şəhərində və Abşeron
yarımadasında su təchizatı, yağış və
tullantı suları sistemlərinin təkmilləşdirilməsinə
dair 2026−2035-ci illər üçün Dövlət
Proqramı”na həsr olunmuş müşavirədəki
çıxışına münasibət bildirərkən
deyib ki, ölkəmizdə bütün istiqamətlər
üzrə əsas infrastruktur məsələləri öz həllini
tapmışdır. O, dövlət
başçısının çıxışına
istinadən deyib ki, son illər ərzində respublikamızda
genişmiqyaslı infrastruktur layihələri icra olunmuş, həm
Bakıda, həm bütün bölgələrdə dövlət
proqramları qəbul edilmişdir. Hər proqram beş ili əhatə
edirdi və həmin proqramlar uğurla icra olundu. Bunun nəticəsində
ölkədə əsas infrastruktur məsələləri
uğurla həll edildi. İlk növbədə, elektrik
enerjisi ilə təchizat bütün ölkəni əhatə
etmişdir. Hətta, vəziyyət o həddə
çatıb ki, Azərbaycan elektrik enerjisini ixrac edir. Dövlətimizin
başçısı qeyd edib ki, Azərbaycan bir neçə
ildən sonra, - necə ki, bu gün nefti, qazı dünya
bazarlarına ixrac edir və bir çox ölkələrin
enerji təhlükəsizliyini təmin edir, eyni səviyyədə
elektrik enerjisini də dünya bazarlarına ixrac edəcək.
Diqqətə çatdırılıb ki, hazırda ölkədə
əhalinin 96 faizi təbii qazla təchiz edilib. Bu da son 20 il ərzində
aparılan infrastruktur layihələri arasında xüsusi yer
tutan məsələdir.
Komitə sədri müşvirədə dövlət
proqramları əsasında həyata keçirilən avtomobil
yollarının inşasının, içməli su və
suvarma layihələrinin də həmişə diqqət mərkəzində
olduğu barədə fikirlər səsləndirlidiyni bildirib.
Son 20 il ərzində dörd böyük su anbarı inşa
edilib və bu su anbarlarının potensialı 500 milyon kubmetrdən
çoxdur. Bu gün əksər şəhərlərimizdə
içməli su, kanalizasiya layihələri icra olunmuş və
bu proses uğurla davam etdirilir. İşğaldan azad
edilmiş ərazilərdə də içməli su və
suvarma layihələri uğurla icra edilir. Son beş il ərzində
bu ərazilərdə bir neçə önəmli layihənin
icrası artıq başa çatıb.
Tanınmış hüquqşünas qeyd edib ki,
müşavirədə müzakirə olunan proqramın
Bakı şəhərini, onun qəsəbələrini,
Sumqayıt şəhərini və Abşeron rayonunu əhatə
edəcək. Bu məsələni diqqətə
çatdıran dövlətimizin başçısı
Bakının və Abşeron yarımadasının içməli
su problemlərinin uzun illər ciddi problem kimi
qarşımızda durduğunu deyib. Söz yox ki, bu istiqamətdə
müəyyən işlər görülüb. Ancaq
genişmiqyaslı və müfəssəl dövlət
proqramının qəbul edilməsi zərurətinin
yarandığının vaxtı çatıb. Bu
proqramın əsas məqsədi Bakı və Abşeron
yarımadasını dayanıqlı içməli su ilə
təmin etməkdir. Proqram 2035-ci ilə qədər icra
olunmalıdır. Proqramın icrası üçün maliyyə
mənbələri də müəyyən edilib. Qeyd edilib ki,
proqram iki mənbədən - həm dövlət büdcəsi,
həm də xarici kreditlər hesabına maliyyələşəcək.
Hüquq müdafiəçisi dövlət
proqramının qarşıya qoyduğu vəzifələrdən
söhbət açaraq deyib ki, bu əhəmiyyətli sənəd
çox geniş və konkretdir: “30-a yaxın yeni su anbarı
tikilməli, sayğaclaşdırma 100 faizə
çatdırılmalıdır. Bu gün fasiləsiz
içməli su ilə təmin olunan əhali 70 faiz təşkil
edir. Proqramın icrası nəticəsində bu, 95 faizə
çatacaq. Bakının, Sumqayıtın, Abşeron rayonunun
və 64 yaşayış məntəqəsinin su təchizatı
böyük dərəcədə yaxşılaşacaq. 200
kilometrdən çox magistral kanallar və bir o qədər
paylayıcı şəbəkə tikiləcək və
yenidən qurulacaq.Yağış sularının idarə
olunması üçün Bakının 30 küçəsində
yeni kollektor şəbəkəsi qurulacaq. Bu gün kanalizasiya
xidməti göstərilən əhali cəmi 50 faiz təşkil
edir. Proqramın icrası nəticəsində bu, 95 faizə
çatdırılmalıdır. Bununla yanaşı, dənizə
buraxılan sular 100 faiz təmizlənməlidir. Abşeron
yarımadasının su təchizatını
yaxşılaşdırmaq üçün ilk dəfə
olaraq ölkəmizdə duzsuzlaşdırma zavodu inşa ediləcək”.
Ç.Qənizadə qəbul edilən Dövlət
Proqramının məqsədləri barədə məlumat
verərək deyib: “Bu mühüm əhəmiyyətli
proqramın əsa məqəsdi su təchizatının
dayanıqlığının artırılması, alternativ
su mənbələrinin yaradılması və infrastrukturun
yenilənməsi, su və kanalizasiya şəbəkələrinin
genişləndirilməsi, yağış suları risklərinin
aradan qaldırılması, tullantı su infrastrukturunun təkmilləşdirilməsi
və ekoloji vəziyyətin
yaxşılaşdırılması, su sektorunda rəqəmsal
idarəetmə və su itkisinin idarə edilməsinin effektiv
monitorinqinin təminidir”.
Hərbi And .- 2026.- 16 yanvar (¹2).- S.6.