Hidayət Əzimov
Türkiyənin ali təhsil müəssisələrinin rəhbərləri
ilə əməkdaşlıq məsələlərini
müzakirə edib
Türkiyədə işgüzar səfərdə
olan Azərbaycan Respublikası müdafiə sənayesi
nazirinin müavini Hidayət Əzimov bir sıra ali təhsil
müəssisələrini ziyarət edib və rəhbər
heyətləri ilə görüşlər keçirib.
Görüşlərin əsas məqsədi
müdafiə sənayesi sahəsində kadr
hazırlığı, elmi-tədqiqat imkanları,
qarşılıqlı faydalı əməkdaşlıq
mexanizmlərini müəyyənləşdirmək və gənc
mütəxəssislər üçün mübadilə
proqramlarının həyata keçirilməsi
imkanlarını müzakirə etmək olub.
Universitet rəhbərləri təmsil etdikləri ali
təhsil müəssisələrinin elmi-tədqiqat
infrastrukturu, müdafiə sənayesinə yönəlik
ixtisaslaşmış təhsil imkanları və süni
intellekt texnologiyalarının tətbiqi sahəsində əldə
etdikləri təcrübə barədə
danışıblar.
Səmimi və konstruktiv şəraitdə keçən
görüşlərdə qeyd olunan istiqamətlər üzrə
əməkdaşlığın genişləndirilməsi və
bu cür görüşlərin mütəmadi təşkil
edilməsi barədə razılığa gəlinib.
Hərbi And .- 2026.- 30 yanvar (№4).- S.2.