"Sülh
Qalxanı - 2026" təlimində iştirak edəcək heyət
BƏƏ-yə yola düşüb
Birləşmiş Ərəb Əmirliklərində
təşkil olunacaq “Sülh Qalxanı – 2026” adlı birgə əməliyyat-taktiki
təlimində iştirak etmək üçün Azərbaycan
Ordusunun bir qrup hərbi qulluqçusu həmin ölkəyə
yola salınıb.
Təlimin əsas məqsədi iştirakçı
dövlətlərin hərbi kontingentinin antiterror əməliyyatları
üzrə peşə bacarıqlarını təkmilləşdirmək,
davamlı sülhün təmin olunmasına töhfə vermək
və qarşılıqlı təcrübə mübadiləsi
əldə etməkdir.
Qeyd edək ki, “Sülh Qalxanı – 2026” birgə əməliyyat-taktiki
təlimi 2-3 fevral tarixlərində keçiriləcək.
Hərbi And .- 2026.- 30 yanvar (№4).- S.2.