"Naxçıvan
Şəhid Ailələri" İctimai Birliyində iclas
keçirilib
Yanvarın 24-də "Naxçıvan Şəhid
Ailələri" İctimai Birliyində 2025-ci ilin
yekunlarına həsr olunmuş hesabat
yığıncağı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat
verir ki, əvvəlcə Azərbaycan Respublikasının ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarından
keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Sonra birliyin sədri Mayis Gülməmmədov
çıxış edərək 2025-ci ildə birliyin təşkilatçılığı
ilə həyata keçirilən tədbirlər barədə
məlumat verib. Tədbirdə eyni zamanda 2026- cı ildə
keçirilməsi nəzərdə tutulan tədbirlər barədə
məlumat verilib, şəhid ailələri tərəfindən
verilən təkliflər dinlənilib.
Sonda Azərbaycan Respublikası Prezidenti İlham
Əliyevə müraciət qəbul edilib.
Müraciət məktubunu "Naxçıvan Şəhid
Ailələri" İctimai birinin sədri Mayis Gülməmmədov
səsləndirib.
Əliyev Bəxtiyar
Hərbi And .- 2026.- 30 yanvar (№4).- S.2.