Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətində iclas keçirilib
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
aparatında müddətli həqiqi hərbi xidmətə
yanvar çağırışının gedişatı ilə
bağlı Mərkəzi Çağırış
Komissiyasının iclası keçirilib.
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
rəisi general-mayor Mürsəl İbrahimovun sədrliyi ilə
keçirilən iclasda Azərbaycan Respublikası Prezidentinin
“Azərbaycan Respublikası vətəndaşlarının
2026-cı il yanvarın 1-dən 30-dək müddətli həqiqi
hərbi xidmətə çağırılması və
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının
ehtiyata buraxılması haqqında” Sərəncamının
icra vəziyyəti müzakirə olunub.
Dövlət Xidməti tərəfindən 2026-cı
ilin yanvar çağırışının uğurla icra
edilməsi və Silahlı Qüvvələrin müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə
keyfiyyətlə komplektləşdirilməsi məqsədilə
zəruri işlərin görüldüyü diqqətə
çatdırılıb.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq Qərarı
ilə yaradılmış Mərkəzi
Çağırış Komissiyası vətəndaşların
müddətli həqiqi hərbi xidmətə
çağırılması ilə bağlı rayon (şəhər)
çağırış komissiyalarına rəhbərlik və
onların fəaliyyətinə nəzarəti həyata
keçirir. Mərkəzi Çağırış
Komissiyasında 16 dövlət qurumu təmsil olunur.
İclasın sonunda gündəlikdə olan məsələlərlə
bağlı müvafiq qərarlar qəbul edilib.
Hərbi And .- 2026.- 30 yanvar (№4).- S.2.