Hərbi
qulluqçular qanvermə aksiyasında iştirak edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata
keçirilən “Talassemiyasız həyat naminə”
proqramı çərçivəsində Hərbi Hava
Qüvvələrinin N hərbi hissəsində
könüllü qanvermə aksiyası təşkil edilib.
Talassemiya, hemofiliya və leykozdan əziyyət çəkən
uşaqlar üçün qan ehtiyatının
yaradılması məqsədilə keçirilən aksiyada hərbi
hissənin şəxsi heyəti iştirak edib. Donorlar Səhiyyə
Nazirliyi Respublika Qan Bankının səyyar tibb briqadası tərəfindən
müayinə olunduqdan sonra onlardan qan götürülüb.
Qeyd edək ki, toplanan qan ehtiyatı
yoxlanıldıqdan və sertifikatlaşdırıldıqdan
sonra Respublika Talassemiya Mərkəzinə təhvil veriləcək.
Hərbi And .- 2026.- 30 yanvar (¹4).- S.2.