Bağırovun imzası ilə...

 

Bundan əvvəlki məqaləmdə tarixçilərə və jurnalistlərə bilmədiklərini yazıb camaatı çaşdırmamağı məsləhət görmüşdüm. Yenə görürəm Mir Cəfər Bağırova aid heç bir məlumatı olmayanlar, ağızlardan eşitmiş olduqları məlumatları dəqiq məlumatlar kimi təqdim edirlər. Guya arxivlərdə olublar. İran və Türkiyədən o tərəfə keçməyib Avropa və Amerika kitabxana arxivlərindən dəm vururlar.

Bu yaxınlarda 83 yaşlı ağsaqqalımız şair, tərcüməçi, yazıçı, tarixçi, filosof, fəlsəfə doktoru Əlisa Nicatın bir iradını oxudum. O da bacarıqsız adamlara məsləhət görür ki, özlərini bacardıqları sahədə sınasınlar. Əlisa müəllim 50 cildlik küllüyatın, 5 fəlsəfə antologiyasının, 5 cildlik fəlsəfə esselərinin və saysız – hesabsız elmi məqalələrin müəllifidir. Öz dililə desək, bu dahi insan dünyanın ədəbiyyatını, mədəniyyətini, fəlsəfəsini altını üstünə çevirib. Bununla belə hər hansı mövzuya hazırlıqsız toxunmur. Onun lap balaca yazısını oxuyanda zövq alırsan.

Respublikamızda 30 il mühüm işlərdə çalışmış, 20 ilini Azərbaycana şəriksiz rəhbərlik etmiş Mir Cəfər Bağırovun gördüyü işlərin siyahısını tutsa böyük həcmli bir kitab alınar (Şəriksiz rəhbərlik etmiş – ifadəsi Mir Cəfər Bağırovun biblioqrafı, Bağırov barədə 16 kitab müəllifi professor Fazil Məmmədova məxsusdur – F.B.) . Arxivlər açılandan sonra həqiqətlər üzə çıxmış, ilə qara öz yerini tapmışdur. Ancaq onu yaddan çıxarmaq lazım deyil ki, o vaxt respublikamız müstəqil deyildi, Rusiyadan asılı “qardaş respublika” idi, indiki texnika yox idi, hazırkı elmi nailiyyətlər yox idi, savadlı kadrlar yox dərəcəsində idi. Mərkəzi Komitəyə rəhbərliyə gələnə qədər başqa mühüm işlərdə işlədiyinə görə Mir Cəfər Bağırov Azərbaycanın hər guşəsində olmuş, rayonları, kəndləri gəzmiş, ucqarlardakı bütün məşhur adamları demək olar ki, adbaad tanımışdır...

...Baxmayaraq ki, arxivlər açılıb keçmişi barədə məlumatı olmayan tanınmışlar barədə çoxlu məlumatlar, kitablar yazılıb, yenə bəzi “oxumuş”larımız “şifahi xalq ədəbiyyatı”ndan istifadə edib əfsanə və rəvayətlərə əsaslanan yazılar yazırlar, hətta fotoşopdan istifadə edib saxta şəkil də yaradırlar. Keçən il Universitetin yaradılması barədə məqalə yazmışdım. Mir Cəfər Bağırovun tarixi xidmətlərini arxiv sənədləri ilə göstərmişdim. Politexnik İnstitutunun yaradılması barədə də məlumatlar var. İndi APİ – nin yenidən bərpa olunması barədə bəzi məlumatları diqqətinizə çatdırmaq istəyirəm. 2016-cı ildə mərhum arxiv tədqiqatçısı Teyyub Qurbanın Mir Cəfər Bağırov barədə yazdığı 4-cü kitabından tez çıxmış 5-ci kitabında APİ barədə kifayət qədər məlumat var. “Bağırovun adına, Bağırovun imzası ilə” kitabı bütün sənədlər rusca olduğuna görə heç bir redaktə işi olmadan orijinallıq saxlanılmaqla yazılıb. Íà èìÿ Áàãèðîâà, çà ïîäïèñüþ Áàãèðîâà” kitabı ancaq arxiv sənədlərindən ibarətdir. 79-cu sənəd, səh.181

Yoldaş Mir Cəfər Bağırovla görüşün stenoqramından

Azərbaycan Pedaqoji İnstitutundakı vəziyyət barədə

2 aprel 1945-ci il

Mirzə İbrahimov: - Respublikamızda 1929-cu ildən fəaliyyət göstərən bir pedaqoji institut var idi. 1941-ci ildə o ADU-nun pedaqoji fakültəsi ilə birləşdi.

1944-cü ilin 20 avqustunda İttifaq Milli Komissarlığının qərarı ilə APİ yenidən müstəqil institut kimi bərpa olundu. Beləliklə, 1944-cü ilin sentyabrından bu institut yenidən öz işinə başlamalı idi. Onu demək lazımdır ki, müəllim kadrlarında böyük çatışmazlıq vardı. Bizdə çox müəllimlər işləyir ki, onların dərs deməyə səlahiyyətləri yoxdur. Ona görə biz Azərbaycan Pedaqoji İnstitutunu yaratmağı qərara aldıq.

APİ Azərbaycan universiteti ilə birləşəndə tələbələrin ümumi sayı 1059 nəfər idi, onların 298 nəfəri azərbaycanlı idi. 1944-cü ildə bizim 1448 tələbəmiz vardı, onlardan 649-u azərbaycanlı idi. Müəllim çatışmazlığını nəzərə alıb, hazırlıq kurslarının açılması üçün icazə məsələsini qarşıya qoyduq.

APİ universitetdən 176 tələbə aldı, onlardan 24-ü azərbaycanlı, 93-ü erməni, 33-ü rus, 30-u başqa millətlərdən.

Dərs ilinin başlanmasına az vaxt qaldığı üçün tələbə qəbuluna ərizə verənləri qəbul etməklə APİ-yə qəbul tam yerinə yetirilmədi.

Mir Cəfər Bağırov: - Loginov, Əmirxanyan, Ələsgərov, APİ ilə əlaqədar bizim hamımız tərəfindən buraxılmış böyük səhv barədə siz nə etmisiniz ? Bu institutun əsl azərbaycanlı xarakteri daşıması üçün siz nə etmisiniz ?

Mirzə İbrahimov: - Biz tələbə qəbulu üçün rayonlara adamlar göndərməklə azərbaycanlı tələbələrin sayını 176-ya çatdırmışıq.

Mir Cəfər Bağırov: - Siz vəziyyəti düzəltmək üçün heç nə etməmisiniz. 655 tələbədən 178-i azərbaycanlı, 312-si erməni, 117-si rus, 48-i başqa millətlərdəndir ki, azərbaycanlılar 30 faiz təşkil edir. Əslində, Azərbaycan Pedaqoji İnstitutunda azərbaycanlılar çoxluq təşkil etməlidir. Əksinə, siz institutun vəziyyətini ağırlaşdırmısınız. Siz heç bir müqavimət olmadan erməni dilində dərs deməklə coğrafiya fakültəsini təşkil etmisiniz. Siz əksinə, mövcud olmayan vəzifəni yaratmaqla direktiv orqanlarının icazəsi olmadan iş görmüsünüz.

Təsadüfən mənə Azərbaycan Pedaqoji İnstitutunun xoşa gəlməyən işləri barədə soraqlar çatıb ki, azərbaycanlı – erməni müəllimləri arasında çəkişmə yaranır. Belə hallarda dövlət əleyhinə elementlər müəyyən hərəkətlərə yol verir, məsələn, təhsil müəssisəsinin qaydalarını pozan ermənini intizama dəvət etmir, rəhbərlik tərəfindən edilən bir hərəkət əksinqilabi təxribat kimi başa düşülüb ermənilərin təhsil almaq istəməməsi nəticəsinə gətirib çıxarır.

Açığı, mən belə fikirləşrəm ki, məqsəd bu institutdakı işin düzgün təşkil edilməsi olmalıdır. APİ barədə gələn siqnalları dərindən öyrənib belə qərara gəldim ki, bu iş institutda və institut işçiləri arasında olan iş deyil. Xalq Komissarlığı belə vəziyyət yaradıb ki, təxribat qaçılmaz olsun. Qəti şəkildə deyə bilərəm ki, Xalq Komissarlığının varisləri İbrahimov, Loginov, Əmirxanyan və başqalrı tərəfindən buraxılmış bu kobud səhvləri düzəltmək üçün heç bir iş görülməyib, əksinə vəziyyəti daha da ağırlaşdırmısınız...

APİ –nin işindəki nöqsanların aradan galdırılması barədə olan stenoqram yazısı tam halda kitabda var. Kitabda başqa məlumatlar da çoxdur. İndi 2018-ci ilin fevral ayında dünyasını dəyişmiş ağsaqqalımız, dostum, iş yoldaşım Teyyub müəllim və onun kitabı haqqında məlumat vermək istəyirəm.

Tanınmış arxiv tədqiqatçısı, şair, dramaturq, yazıçı - publisist, AYB üzvü, Azərbaycan gənclərinin III Ümumrespublika festivalının laureatı, Rəsul Rza mükafatı laureatı Teyyub Yarməmməd oğlu Qurban 1934-cü ilin dekabr ayının 18-də Bakının Bülbülə qəsəbəsində neftçi ailəsində anadan olmuşdur. 1954-cü ildə burada 208 saylı orta məktəbi bitirəndən sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsil almışdır (1954 - 1959).

2016-cı ilin mart ayında Bakıda “OL”npkt nəşriyyatında 20 il Azərbaycana rəhbərlik etmiş görkəmli dövlət xadimi Mir Cəfər Bağırovun anadan olmasının 120 illiyi münasibətilə Teyyub Qurbanın “Bağırovun adına, Bağırovun imzası ilə” kitabı çapdan çıxmışdır. Kitab arxiv sənədləri toplusudur, sənədlərin çoxunun rusca olduğuna görə və geniş xarici oxucu kütləsinin rahat istifadə edə bilməsi üçün bu kitab rusca nəşr edilmişdir. Kitabın redaktoru Azərbaycanın Əməkdar Jurnalisti Əlirza Balayevdir. Kitabın işıq üzü görməsində uzun müddət Teyyub Qurbanla əməkdaşlıq etmiş və onun bir neçə tarixi kitabının nəşrində təşkilatçılıq etmiş Faiq Həbibovun da köməyi olmuşdur.

Faiq Rza oğlu Həbibov 1947-ci il may ayının 16-da Gürcüstanın Bolnisi şəhərində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi bitirmişdir. Ali təhsilini Rusiyanın Pskov vilayətində, Velikiye Luki şəhərindəki Kənd Təsərrüfatı İnstitutunda almış, təyinatı üzrə həmin vilayətdə işləmişdir. 1973-cü ildə Azərbaycana qayıtmışdır.

Faiq Həbibov 1975 - 1982-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində istehsalat şöbəsinin rəisi, 1982 – 1991-ci illərdəAzərbaycan SSR Xalq Nəzarəti Komitəsində inspektor vəzifəsində çalışmış, daha sonra Azərbaycan Respublikası Dövlət Balıqçılıq Konsernində rəhbər vəzifələrdə işləmişdir.

2009 – cu ildən dövlət təqaüdçüsüdür.

Kitabın rus dilində olduğunu nəzərə alıb redaktor, Azərbaycanın Əməkdar Jurnalisti Əlirza Balayevin yazdığı “Ön söz”ü öz dilimizdə oxuculara təqdim edirəm:

20-ci əsr Rusiya imperiyasında - Sovet İttifaqı adlanan nəhəng ölkədə əlinə qələm alan hər kəs üçün Lenindən, daha çox Stalindən sitat gətirmək tələbi mövcud idi. Tarixçilər, tarix yazanlar da bu tələbə riayət etmək məcburiyyətində idilər və tez - tez Stalindən bu sitatı gətirirdilər: “Èñòîðèþ, - ó÷èò òîâàðèù Ñòàëèí, - íåëüçÿ íè óëó÷øàòü, íè óõóäøàòü. Âñÿêèå ïîïûòêè íàðóøèòü èñòîðè÷åñêóþ ïðàâäó åñòü ïðÿìîé îòõîä îò ëåíèíèçìà. Ðàâíûì îáðàçîì íå äîïóñòèìî îòñòóïëåíèå îò èñòîðè÷åñêîé ïðàâäû...”

 

(Ardı var)

 

Füzuli Baratov,

 

Əməkdar jurnalist

 

Hürriyyət.- 2019.- 28 may.- S.14.