Unitar Turan dövlətinə doğru

 

yaxud bu gün Turan dövlətinin yaradılmasının qarşısında hansı maneələr var?

 

Birincisi, əhalisi müsəlman olan İraq, Liviya, Livan, Suriya ölkələrinin nəinki tarixi, mədəni irsini, hətta bugünkü yaşayış evlərindən tutmuş bütün şəhərlərini xarabalığa çevirib, insanlarını qətliama məruz qoyub, milyonlarla müsəlmanları yurdlarından didərgin salan siz xristianlar deyilmisiz? Dünyanın bütün xalqlarını inzibati, iqtisadi əsarətə almağa, öz quluna çevirməyə çalışan ABŞ, Çin, Rusiya, Fransa s. müsəlman dövlətləridirmi? Müsəlmanların peyğəmbərini, bu gün dünya türklərinin Atatürkünə çevrilmiş Ərdoğanın karikaturasını fransa jurnalında çap etdirən Makron müsəlmandırmı? Əlbəttə ki, ibadətlə dolların qiyməti düşən deyil. Lakin müsəlman ölkələrini, onların iqtisadiyyatını dağıtmaqla, maddi sərvətlərini talayıb, müftə, su qiymətinə öz ölkələrinizə daşımaqla həmin ölkələrdə dolların qiymətini süni şəkildə qaldıran siz xristianlar deyilmisiniz?

Bu gün türkiyənin Qara Aralıq dənizlərində onun bütün beynəlxalq normalara uyğun haqqı çatan faydalı qazıntılara sahib olduğu tərzdə, Türkiyənin iqtisadi-ictimai cəhətdən güclənməsinə deməli dolların da Türkiyədə aşağı düşməsinə səbəb olacağını bildiyinizə görə Türkiyə əleyhinə xristianlı müsəlmanlı hərbi koalisiya qurmamısınızmı?

Dünyanın başqa türkləri kimi Türkiyə türkləri ilə eyni millət olan azərbaycan türklərinin torpaqlarını işğal edib, yaşayış binaları da daxil olmaqla bir ədəd belə tarixi, mədəni irsinə aid olan tikilini salamat qoymayan, Xocalı, Qaradağlı Meşəli yaşayış məntəqələrində türklərə qarşı soyqırımı törədən ermənilər müsəlmandırmı? Azərbaycan ərazilərini işğal etdikdən sonra orada olan müsəlman məscidlərini pis günə salıb onların içərisində donuz saxlayan xristian ermənilər deyilmi?

Jurnalist yazır: “Bu muzey mirvaridirMənim şüurumu qoru, mənə səbr ver. Allah!!” Düzdür, Xora monastırı mirvaridir. Məhz buna görə İstambulda türklər onu uçurmayıb, əksinə göz-bəbəyi kimi indiyədək qoruyub saxlayıb, ondan təyinatı üzrə, yəni həm sizə, həm müsəlmanlara məxsus olan Allaha ibadət edirlər. Bu həm o deməkdir ki, ibadət edən müsəlmanlar Xora tarixi abidəsinin qorunmasına, bərpasına bilet satışından on dəfələrlə çox vəsait sərf edəcəklər. Sənin Allaha müraciətinə gəldikdə isə, əgər Allah varsa ədalətlidirsə sənin hiylə böhtanla dolu şüurunu qorumaq yox, onu normal sivil obyektiv düşünən insan şüuru ilə əvəz etməlidir. Əgər Allah varsa sənin kimilərə belə yırtıcı, şüur veribsə, onda ona xristian ya müsəlman qaydasında ibadət etməkdən asılı olmayaraq şüurunuz dəyişməyəcək. Məhz siz xristianlar dünyanı iki dəfə xarabalığa çevirdiyiniz iki dünya müharibəsi kimi, bu dəfə artıq yer üzündə bütün sivil bəşəriyyəti məhv edəcək üçüncü dünya müharibəsinə rəvac verəcəksiniz. Bunun günahı da artıq mövcud olan, mövcud olmayan Allahda, eləcə Türkiyədə, Ərdoğanda yox, məhz sizlərdə olacaq.

Hələ 500 il öncə dahi Azərbaycan şairi Məhəmməd Füzuli yazırdı ki: “Min dualar qıldım xaliqin dərgahına, duadan hasil olmaz muradım, mən duanı neylərəm? Ancaq dahi Füzulinin məsləhətinə qulaq asıb Xora abidəsində Allaha ibadət edənlərin xristian ya müsəlman adəti ilə dua etməsini şər böhtanla, siyasiləşdirmədən özün gördüklərini obyektiv, digər dahi Azərbaycan şairi Mirzə Ələkbər Sabir demişkən – “Pisi pis, yaxşını yaxşı, düzü hamvar” – yazsan Allahdan şüurunun qorunmasını sənə səbr verilməsini dilənməyinə heç bir ehtiyac qalmaz.

Jurnalist sonra yazır ki, tarixi irsi hansısa dini qrupa aid etmək olmaz. O bəşəriyyətə məxsusdur. Heç kəs ona sahib ola, sərəncam verə bilməz. Tamamilə düzdür. Məhz Xora abidəsi bəşəriyyətə məxsus olduğu müsəlmanlar da bəşəriyyətin ayrılmaz tərkib hissəsi olduğundan orada ancaq Allaha ibadət edirlər ona sahiblik hüququna (məhv etmək, satmaq, bağışlamaq) hüququna iddia belə etmirlər. Xora tarixi abidəsi Türkiyə dövlətinin ərazisində yerləşən ictimai mülkiyyət statusunda olan mülkiyyətidir Türkiyə dövləti bu statusa uyğun onu pulsuz olaraq ibadət ziyarət etmək üçün dinindən, milliyyətindən, cinsindən, irqindən s. asılı olmayaraq bütün bəşəriyytəin istifadəsinə vermişdir. Sərəncam məsələsinə gəldikdə isə Ərdoğanın Türkiyə dövlətinin rəhbəri kimi Türkiyə dövlətinə məxsus olan ictimai mülkiyytəin qorunması, bərpa edilməsi ondan istifadə üzrə Türkiyə dövləti qanunlarına uyğun sərəncam vermək hüququna malikdir. Bu bütün iqtisadi-ictimai xarakterli, Türkiyə qanunvericiliyində dövlət başçısının səlahiyyətinə daxil olan məsələlərə aiddir. Sonda çarəsiz qalan jurnalist Ərdoğanın ailəsi ilə birlikdərəddolub getməsini, onun yerinə gələcək adamın ondan daha ağıllı, loyal (biganə), uzaqgörən olmasını arzulayaraq bizdən soruşur: “Necə fikirləşirsiniz, ümid varmı?” Mən xristian jurnalistin bu arzusu sualına düzgün cavab tapmaq üçün 100 (yüz) nəfərdən onun bu sual arzusuna münasibətlərini bildirməyi xahiş etdim ki, cavab mənim subyektiv fikrim olmayıb insanların ümumi rəyini ifadə etsin. Bu məhdud sorğuda 52 nəfər azərbaycan türkü, 16 nəfər talış, 14 nəfər rus, 5 nəfər ləzgi, 4 nəfər avar, 4 nəfər erməni nəsilli, 3 nəfər yəhudi, 2 nəfər ad familiyasını dəiyşib Bakıda yaşayan erməni iştirak etmişdir. Rəyi soruşulanların hamısı Ərdoğan onun ailə üzvlərinə uzun ömür, can sağlığı, xoşbəxt həyat arzulamaqla bərabər qocalıq səbəbindən qüvvəsini itirənə qədər Türkiyəyə rəhbərlik etməsini arzu etdiklərini bildirdilər”.

Ərdoğandan sonra onun yerini tutacaq adamı necə görmək istədiklərini soruşduqda isə, əlbəttə ki, sonra gələn adamın daha ağıllı uzaqgörən, lakin onuntək cəsarətli, qətiyyətli olmasını arzu etdiklərini bildirdilər.

Niyə daha ağıllı uzaqgörən dövlət başçısının olmasını arzuladıqlarını soruşduqda isə: “Bu inkişafın tələbidir. Həyat inkişaf etdikcə təkcə texnikanı deyil, cəmiyyəti idarə etmək üçün daha çox ağıl, bilik, uzaqgörənlik tələb olunur” – cavabını verdilər.

Jurnalistin son sualı olan: “Necə fikirləşirsiniz, ümid varmı?” – sualına isə sorğuda iştirak edənlərin cavablarını ümumiləşdirərək ancaq bir cavab vermək olar, – məkirli arzuların reallaşmadan ürəyində qalsın!

Konfederasiya, federasiya ya vahid, unitar dövlət formasında yaradılan Turan dövlətində din ona münasibət elə qurulmalıdır ki, hər bir vətəndaşın vicdan azadlığının (dini etiqad hüququnun) real təmin edilməsi ilə yanaşı, eyni zamanda dinin dövlət, cəmiyyət daxilində siyasi qüvvəyə, zor vasitəsinə çevrilməsi imkanının ehtimalı sıfıra bərabər olsun. Buna ancaq dinin təşkilati mövcudluğunun ləğv edilməsi ilə nail olmaq olar. Dinin yaranması prosesinin tarixini inkişafını izlədikdə onun fəlsəfi düşüncədən siyasi vasitəyə çevrilməsi səbəblərini çox aydın görmək olur. Bizə məlum olan tarixi faktlardan görünür ki, hələ bir neçə min il öncədə insanların təbiət cəmiyyətdə baş verən müxtəlif fiziki, kimyəvi, bioloji, ictimai s. təbii proseslərin məzmun mahiyyətini dərk etmək yolunda zaman-zaman öz dövrünün qabaqcıl insanlarının şüur bilik səviyyəsinə uyğun olaraq yaratdıqları ibtidai fəlsəfi sistemlər mövcud olmuşdur.

 

Ardı var

 

Şapur QASİMİ

 

Hürriyyət.- 2020.- 17-18 dekabr.- S.12.