Qəlblərə qəhrəmanlığı ilə yol tapmış Vətən oğlu...

 

Zaqatalalı şəhid Orxan Cumayev yeni şanlı tarixə iz qoydu...

 

...Orxan handan-hana şok vəziyyətindən ayılıb, gözlərinin qapaqlarını çox çətinliklə açdı. Ətrafında ağ xalatlı həkimləri görəndə duruxdu və təəccüblə, nazik səslə: “mən hardayam, bəs mənim döyüşçü dostlarım hanı?..” dedi və başından aldığı qəlpə yarasının ağrılarından başını qaldırmaq istəsə də bacarmadı. Həkim və tibb bacıları yenidən onun başına toplaşaraq, Orxanın vəziyyətinin sabitləşməsi üçün vacib olan pressedurları həyata keçirdilər. Bir neçə gün Mingəçevir şəhər Hərbi Hospitalının sağlamlıq keçikçiləri bu gənc hərbçimizin tezliklə sağalıb, cəbhə xəttinə qayıtması üçün canla-başla, yuxusuz qalaraq, əllərindən gələni əsirgəmədilər. Çünki ağır yaralı hərbi qulluqçumuz olan Orxan balamız tezliklə sağalıb, yenidən cəbhəyə, döyüşçü yoldaşlarının yanına qayıtmaq istəyini təkrar-təkrar tibb işçilərinə bildirirdi. Məlum oldu ki, o, Tərtər rayonu ərazisində gedən şiddətli döyüşlərdə düşmənin atdığı mərmilərin partlaması nəticəsində baş nahiyyəsindən, qollarından və ayaqlarından ağır yaralanıb. Güclü stress keçirən, çoxlu qan itirən Orxanı koma vəziyyətində Mingəçevir şəhərinə, Mərkəzi Xəstəxana Hospitalına gətirmişdilər və həkimlərin səyi nəticəsində hərbi qulluqçu Orxan Fətəli oğlu Cumayev 10 gün ərzində sağalmış və yenidən döyüşlərə qatılmışdı. Erməni dşığalarını məhv edib, torpaqlarımızı, Vətənimizi, Qarabağımızı azad etmək üçün ilk döyüşlərdə yaralanan, qəhrəmanlıqla həlak olan döyüşçü hərbçilərin qisasını almaq üçün qayıtmışdı – Orxan...

 

Əvvəli ötən sayımızda

 

2018 –ci ilin iyul ayından yenidən ön cəbhə xəttindəki hərbi hissəyə qayıdan MAHHXQ çavuş Orxan Cumayev vicdanla andına sadiq xidmətini davam etdirib. Düşmənlə üzbəüz mövqelərdə rəhbərlik etdiyi bölüklə vəzifəsini müvəffəqiyyətlə davam etdirməklə yanaşı, hərbi təlimlərdə də iştirak edib. Çünki hər an hərbi münaqişə gözlənilirdi, necə deyərlər, “bıçaq sümüyə dirənmişdi”...

Qeyd edək ki, böyük ruh yüksəkliyi, Vətən sevgisi ilə xidmət edən Orxan Cumayev digər hərbçilərlə ilk dəfə düşmənin Tovuz rayonu ərazisində təxribatının qarşısının alınmasında iştirak edərək, tapşırıqları fədakarlıqla yerinə yetirib.

...Son günlər Orxanın ailə üzvləri ilə telefon əlaqəsi saxlamasında fasilələr yaranmışdı. Buna görə də, onun valideynləri, bacısı Fatma, dostları, qohum-əqrabası çox narahat-nigaran idilər. Ən çox narahat olan isə yuxusu ərşə qalxan Anaxanım nənə idi. “Görəsən Orxan balama nə olub, niyə bizimlə əlaqə yaratmır, nəvəmin başına nə gəlib?..” – deyə fikirləşirdi. Axı, sentyabr ayının 27 –dən sonra Orxanın da döyüş meydanında düşmənə qarşı vuruşduqları barədə məlumatlı idi ailəsi.

İlk döyüş günlərində eloğlumuzun bölüyü cəbhənin ən mürəkkəb şəraiti olan, düşmənin azğınlaşdığı, mövqelərini tərk etmədikləri Tərtər, Goranboy və Naftalan ərazilərində ölüm-dirim mübarizəsi aparırdılar. Həmin vaxtlar düşmən Fərrux və Murov dağın yüksəkliklərindən həm döyüşçülərimizə, həm də mülki vətəndaşlarımızın üstünə yağış kimi mərmilər yağdırırdı...

Nənəsinin dediklərindən: “Nəhayət, bir gün evimizə zəng gəldi. Hərbi Hospitalın həkimlərindən biri idi. Dedi ki, Siz nigaran olmayın. Orxan hospitaldadır, səhhəti yaxşıdır. Öyrəndik ki, Orxan Murov dağı istiqamətində gedən döyüşlərdə düşmənin attığıOradnəticəsində baş nahiyyəsindən qəlpə yarası alıb. Həmin zaman 2 nəfər şəhid olub, 4 nəfər isə yaralanıb. Anası bacısı Mingəçevir şəhərindəki Hərbi hospitala nəvəmlə görüşməyə gediblər. Mən Orxan üçün bal göndərdim, ancaq ona qismət olmadı. Çünki onlara yaralı balamızla görüşməyə icazə vermədilər. 10 günlük müalicədən sonra o yenidən cəbhəyə qayıtdı...”

Hospitaldan qayıtdıqdan sonra daha şücaətlə, intiqam hissi ilə, qürurla, daha müdrikliklə döyüşlərə qatılan–MAHHXHQ çavuş Orxan Cumayev mərd döyüşçülərimizlə birlikdə Fərrux dağını, Ballı qayanı, Murov dağ silsiləsini mövqelərimizdən, Tərtər rayonunun bir sıra kəndlərinin Talış, Suqovuşanı, Hadrutu, Tığ kəndinin düşməndən azad olunmasında əsil fədakarlıq göstərir. Düşmənin başını əzərək, Azərbaycanın əbədi torpaqlarını qaytarırlar.

Orxan Cumayev sonuncu dəfə əzizləri ilə ölümündən 1 həftə əvvəl, döyüşə getməzdən qabaq zəng edib danışıb. Nənəsi deyir ki, səhər saat 630 –da mənimlə, sonra isə anası ilə danışdı. Deyirdi ki, hər bir xidmətləri öz qaydasında gedir, düşmənə layiqli cavab verirlər, hətta telefonda nənəsinə zarafatla deyib ki, “Deyəsən Budaq babamın (onun babası bir neçə ay əvvəl dünyasını dəyişmişdi. E.M.) yanına gedəcəyəm...” Anaxanım nənəsi deyir ki, son vaxtlar yuxusu ərşə çəkilmişdi, nəvəsinə görə narahatlıq keçirirdi...

Mərd, Vətən uğrunda hər an həlak olmağa hazır olan – MAHHXHQ çavuşu, bölük komandiri Orxanın şəhid olması xəbərini ilk eşidən nənəsi olub. Həmin gün, yenə noyabr ayının 2-də anası Rahilə xanım Bakıda qadın salonlarının birində çalışan qızı Fatmanın yanında idi...

Orxanın haqq dünyasına qovuşması xəbərini alan kimi təcili Zaqatalaya qayıdıblar, ...

Bir bacının bir qardaşı olan, noyabr ayının 1 – Naftalan-Goranboy-Tərtər, Hadrut, Xocavənd istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmancasına döyüşərək, xain düşmənə qan udduran Şanlı Ordumuzun fədakar hərbi qulluqçusu, döyüş meydanında yaralı yoldaşlarına kömək edib, yenidən döyüşə qayıdan Orxan Cumayev namərd düşmənin gülləsinə tuş gəldi... böyük hünər göstərərək həlak oldu. Murov Fərrux dağ zirvələrini erməni dığalarından təmizləyən, başlarına od ələyən Orxan şəhidlik zirvəsinə yüksəldi... Kiçik yaşlarından o xoşlayırdı ki, səmamız mavi olsun, qara buludlar almasın.

Zaqatala şəhəri, Şıxali Qurbanov adına 3 saylı tam orta məktəbini 2017 –ci ildə bitirmişdi. Idman hərbi oyunlarına çox meylli idi. Dərs məşğələlərinə fəal hazırlaşırdı məktəbin pedaqoji kollektivi onun dərsə davamiyyətindən, məktəbdə təşkil olunan tədbirlərdəki fəal iştirakından hərbi hazırlığa xüsusi üstünlük verdiyindən razı qalar nümunəvi şagird kimi təqdim edərdilər. Bu Böyük Vətən müharibəsində Şanlı Ordumuzla birgə torpaqlarımızın azadlığı, Vətənimizin bütövlüyü naminə şəhid qazi olan hər biri bizim əziz balalarımız, fəxrimiz, bizim şanlı tarixi yazan igidlərimizdir. Həmişə qəlbimizdə yaşamaqla, gələcək nəsillər, bugünkü yeniyetmələr məktəblilər üçün əsil fədakarlıq simvollarıdur. Vətənpərvər, gənc yaşlarında, qəlblərində min cür arzuların çiçəkləndiyi bir dövrdə, qorxu nədi bilmədən, düşmənləri əzərək, tarixi dərs keçən, şəhadət dünyasına qovuşan oğullarımızla, onların valideynləri əzizləri ilə fəxr etməliyik - Orxan Fətəli oğlu Cumayev kimi igidlərimizlə. O, İkinci Vətən savaşı başlandığı andan hərbi qulluqçu kimi cəbhənin ən qaynar mövqelərə əsl qəhrəmanlıq şücaəti göstərmişdi. Mətn iradəli gənc döyüşçü ağır döyüşlərin birində ağır yaralansa da yenidən döyüşə qayıtdı. Növbəti döyüş zamanı çavuş Orxan Cumayevin bölüyü düşmənin çoxlu döyüş texnikasını sıradan çıxarmış canlı qüvvəsini məhv etmişdi. Döyüş meydanındakı mətinliyi, inadkarlığı ilə seçilən Orxan digər hərbçilərə nümunə olub. 3 saylı tam orta məktəbin məzunu olan Orxan Cumayev hər döyüşdə bizim adımızı uca etdi. Valideynlərinin müəllimlərin aşıladıqları vətənpərvərlik ruhuna uyğun hərəkət etdi qəlbən əzizlədiyi vətən uğrunda şücaət göstərərək həlak oldu. Ömrünün gənclik çağlarında daimi yaşayacaq, xatırlanacaq qəhrəmanlıq yaratdı. Biz səninlə fəxr edirik, qürur duyuruq, şəhid balamızOrxan!”

Bizim Orxan balamız səmamızın açıq olması üçün canını fəda etdi inanırıq ki, onun bu qəhrəmanlığından gələcək nəsillər dərsliklərdə, bədii kitablarda xəbər tutacaqlar.

Orxan Cumayev təntənəli şəkildə, elin müşayiətilə noyabr ayının 2 – böyük hörmət izzətlə Zaqatala şəhərində Birinci, İkinci Qarabağ savaşlarında həlak olan şəhidlərin uyuduğu qəbristanlıqda, onların cərgəsində torpağa tapşırıldı.

Bu cəsur el oğullarımızın xatirəsi tarixlər boyu qəlbimizdə yaşayacaq... Qüssələnmə, Rahilə ana, nəvənlə fəxr et Anaxanım nənə, Qürurlu ol Fətəli bəy, başını dik tut Fatma bacısı, bibilər, xalalar, dostlar əzizlər...

...Ruhun şad olsun, şanlı ordumuzun xilaskar hərbi qulluqçusu, çavuş Orxan! Rahat uyusənin uğrunda döyüşdüyün Qarabağın hər tərəfində büründüyün üçrəngli Zəfər bayraqları dalğalanır...

 

Elman MALIYEV

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2020.- 24-25 dekabr.- S.13.