Azərbaycanın regional inteqrasiya strategiyası

 

XXI əsr iqtisadiyyatında region ölkələri arasında iqtisadi inteqrasiya daha qlobal xarakter almış və bu ayrı-ayrı dövlətlərin iqtisadi inkişafına müsbət təsir göstərən amillər kimi qiymətləndirilir. Azərbaycanın XX əsrin axırıncı on illiyində müstəqilliyə nail olması və müstəqil dövlət kimi iqtisadi inteqrasiyaya qoşulmasını onun region ölkələri içərisində iqtisadi imicinin artmasını və dünyanın bir çox region ölkələri ilə inteqrasiyaya qoşulmasını daha da intensivləşdirmişdir. Azərbaycanın region ölkələri inteqrasiya proseslərinin daha qlobal xarakter alması, idxal və ixrac potensialının getdikcə artması bu sahədə xüsusi tədqiqat işinin aparılması problemlərini doğurur.

 

Problemlərin aktuallığı və onların həlli yolları

 

Azərbaycanın dünyanın region ölkələrinə inteqrasiya olunmasının əsas amilləri — iqtisadi, strateji və geosiyasi cəhətdən əlverişli mövqedə yerləşməsi, ölkələrin inteqrasiyasında mühüm faktor sayılan Avropa-Qafqaz-Asiya nəqliyyat sisteminin Azərbaycan ərazisində mərkəzi mövqe tutması, “İpək yolu”nun bərpası ilə əlaqədar Avrasiya, Transatlantika, Afrika ölkələrinin bir-birinə inteqrasiya olunmasında mühüm rol oynayan təbii iqtisadi şəraiti və s. amillər elmi cəhətlərdən biridir. Azərbaycan Respublikasının region ölkələrinə inteqrasiya olunmasının müasir aktual problemlər,  region ölkələrinə inteqrasiyasının iqtisadi inkişaf xüsusiyyətləri, dünya alimlərinin tədqiqatlarına istinad etməklə region ölkələrinə inteqrasiyanın formalaşmasının qanunauyğunluqları və tipologiyasını və həmin tipologiyaya əsaslanaraq regional inteqrasiyanın müasir problemlər müəyyənləşir. Regional inteqrasiyada mühüm rol oynayan nəqliyyat sistemlərinin xarakterik xüsusiyyətləri və mühüm nəqliyyat sistemi status ilə “Avropa- Qafqaz-Asiya”, “Trans Xəzər”, “Trans Atlantika və s. regional istiqamətdə inkişaf etdirilərək vahid dünya nəqliyyat sistemlərinin formalaşmasına təsir göstərən amillərdən biridir. Azərbaycanın regional iqtisadi inteqrasiyada mühüm rol oynayan dəmir yolu, avtomobil nəqliyyatı, dəniz və boru kəmər nəqliyyatının xarakterik xüsusiyyətləri bu strategiyanın vacib şərtlərindən biridir. Ölkəmizin qlobal inteqrasiyada rolunu müəyyən edən əsas amillərdən biri dünya əhəmiyyətli Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə əlaqədar yeni infrastruktur sahələrin inkişaf istiqamətləri və reallıqları həm də regional inteqrasiyada enerji resurslarının dünya bazarına səmərəli yollarla nəql olunmasında Bakı-Tbilisi-Ceyhan (uzunluğu 1768 km), Bakı-Novorossiysk, Bakı-Supsa neft kəmərlərinin və Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərlərinin region ölkələrinin iqtisadiyyatına göstərdiyi təsir mexanizmləri ən böyük uğurlardan biri sayılmalıdır. Perspektivli layihələrdən olan Trans-Anadolu (TANAP), Trans-Adriatik (TAP) boru kəmərlərinin reallaşması Avrasiya region ölkələrinin enerjiyə tələbatının təmin olunması dinamik şəkildə önə sürülən reallıqlara səbəb olmuşdur.

 

 

 

MDB məkanındakı inteqrasiyanın yeni mərhələsi

 

MDB region ölkələri ilə tarixən qonşuluq mövqeyində olması, təsərrüfat sahələrinin bağlılığı, əlverişli nəqliyyat sisteminə malik olması müstəqillik illərində də həmin region dövlətləri ilə iqtisadi inteqrasiya inkişaf etmiş və təkmilləşmişdir. Azərbaycanın region ölkələrinə inteqrasiyasının müasir vəziyyəti, region ölkələrinin idxal və ixracın quruluşu iqtisadi həm də bu göstəriciləri isbat edən faktorlardan biridir. 2006-2010-cu illər ərzində Azərbaycanla MDB üzvü olan region ölkələrlə iqtisadi göstəricilərin dinamik  şəkildə artması ölkəmizin inkişafına böyük bir təkan vermişdir. Dünyanın region ölkələrindən Azərbaycanın 2010-cu ildə idxal etdiyi ümumi məhsulun 31,8%-i və həmin dövlətlərə ixrac etdiyi məhsulun 9,3%-i MDB region ölkələri təşkil etmişdir. MDB region ölkələrindən idxal olunan cəmi məhsulun 55,8%-i və ölkələrə ixrac olunan məhsulun 39,45-i Rusiya Federasiyası, 5,5-0,4%-i Belorus, 14,3-2,2 Qazaxıstan, 22,6-44,8% Ukraynanın, qalan faizlər müvafiq olaraq Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Gürcüstan və Moldova respublikalarının payına düşür.

 

Avropa ilə partnyorluq və inkişafın iqtisadi düsturu

 

Azərbaycanla regional inteqrasiyada iştirak edən Avropanın region ölkələrinin iqtisadi inkişafına görə təsnifatını əsərdə verməklə iqtisadi inteqrasiyanın müasir vəziyyətini və inkişaf istiqamətləri artıq bütün tərəflər üçün vacib şərtlərdən birinə çevrilmişdir.  Azərbaycanın dünyanın bütün region ölkələrindən 2010-cu ildə idxal etdiyi cəmi məhsulun 53,1%-i və həmin dövlətlərə ixrac etdiyi məhsulun 59,1%-i Avropanın region ölkələrinin payına düşür. Avropanın 36-dan artıq ölkəsinin Azərbaycan Respublikası ilə idxal və ixrac əməliyyatlarında iştirakı həmin dövlətlərin təsərrüfat sahələri ilə əlaqələrin inkişafı həm də düzgün iqtisadi siyasətin formalaşması kimi təbii zərurətdən irəli gələrək region ölkələrinin təsərrüfat sistemlərinə inteqrasiya olunması istiqamətləri müəyyənləşdirilmişdir.

 

Aparılan təhlillərdən aydın olur ki, Azərbaycanın Avropanın region idxal etdiyi cəmi məhsulun 68%-i və ixrac olunan  məhsulun 83%-i inkişaf etmiş region dövlətlərinin payına düşür. Avropanın inkişaf etmiş region ölkələrinin (Almaniya, Fransa, İngiltərə, İtaliya) təsərrüfat sahələri və regional inteqrasiyada mühüm rol oynayan nəqliyyat sistemlərinin səmərəliliyi bütün bunlara böyük bir təkan vermişdir. Azərbaycanın Avropanın region ölkələrindən idxal etdiyi cəmi məhsulun 13,5%-i və ixrac etdiyi məhsulun 0,9%-i Şimali və Qərbi Avropa region dövlətləri təşkil edir. Şimali və Qərbi Avropa region ölkələrinin təsərrüfat sistemləri dövlətlər və inteqrasiyada səciyyəvi xarakter daışıyır. Xüsusilə Azərbaycanla Skandinaviya ölkələri arasında iqtisadi inteqrasiyanın təhlilləri uğurlu nəticələrin bariz nümunəsidir. Avropanın region ölkələri ilə inteqrasiyada Baltik sahili dövlətlərinə xüsusi diqqət yetirilmişdir. Bu ölkələrin əlverişli təbii iqtisadi şəraiti, kifayət qədər sənaye əhəmiyyətli təbii resurslara malik olması Azərbaycanın bu region ölkələrilə iqtisadi inteqrasiyaya qoşulmasına müsbət təsir göstərmişdir.

 

Asiya region ölkələri ilə münaisbətlərin inkişaf dinamikası

 

Azərbaycanın Asiya region ölkələrarası inteqrasiyanın müasir vəziyyəti və inkişaf istiqamətlərində yer alan Yaxın Şərq, Orta Şərq, Cənubi Şərqi və Şərqi, Cənubi Asiya region dövlətlərinə inteqrasiyasının iqtisadi inkişaf xüsusiyyətləri artıq kimsə tərəfindən danıla bilməz. Asiya region ölkələrinin təbii iqtisadi şəraiti, təsərrüfat strukturu, təbii və əmək ehtiyatları kompleks xarakter daşımaqla yanaşı, beynəlxalq inteqrasiyada mövqelər üçün geniş imkanlar yaranmışdır. Ölkəmizin  dünyanın region dövlətlərindən idxal etdiyi cəmi məhsulun 39,2%-i, ixrac olunan məhsulun 29,8%-i Asiyanın region ölkələrinin payına düşür. Azərbaycan Yaxın Şərq region ölkələrinə daxil olan 14 ölkə ilə inteqrasiyada iştirak edir. Orta Şərq ölkələrindən Azərbaycanın idxal etdiyi cəmi məhsulun dəyəri 118 milyon ABŞ dolları, həmin ölkələrə ixrac etdiyi məhsulun həcmi isə 194 milyon ABŞ dolları dəyərində olmaqla bu region dövlətləri ilə iqtisadi əlaqələr balansı müsbət saldo təşkil edir. Orta Şərq region ölkələrindən idxal olunan cəmi məhsulun 99%-i İran, 1%-ni isə digər dövlətlər, ixrac olunan məhsulların 64%-i İran, 35%-i Əfqanıstan, 1%-i isə Monqolustanın payına düşür. Azərbaycanın Cənubi Şərqi və Şərqi Asiya region ölkələrinə inteqrasiyası bu ölkələr qrupunda yer tutan 8 qabaqcıl ölkənin (Yaponiya, Koreya Respublikası, Vyetnam, Çin, Tayvan, Tailand, Filippin və İndoneziya) təsərrüfat sahələri və iqtisadi inteqrasiyanın inkişafı üçün səmərəli yolların mövcudluğu artıq daha böyük imkanlara yol açır. Bu region ölkələrinin bir xarakterik xüsusiyyəti ondadır ki, iqtisadi inkişafında mühüm əhəmiyyət daşıyan quru və su yolları üzərində yerləşməsi, həmçinin dəniz və okeanlara birbaşa çıxış yolunun olması mühüm əhəmiyyət kəsb edir.

 

 

 

Amerika və Afrika ilə Azərbaycan münasibətləri

 

Azərbaycan Respublikasının Şimali, Mərkəzi və Latın Amerikası region ölkələrinə inteqrasiyası bu dövlətlərin bizdən çox-çox kənarda olmasına baxmayaraq XXI əsrin ilk on illiyində region ölkələri ilə iqtisadi əlaqələri intensivləşmişdir. 2010-cu ildə Azərbaycanın dünyanın region ölkələri ilə ticarət əlaqələrində idxal olunan cəmi məhsulun 7%-i, ixrac olunan məhsulların isə 1,5%-i Amerika dövlətlərinin payına düşür. Azərbaycan müstəqillik əldə etdikdən sonra Amerikanın 16-dan çox region dövlətləri ilə iqtisadi inteqrasiyaya qoşulmaqla idxal və ixrac əməliyyatlarında iştirakı aktivləşmişdir. Amerikanın region ölkələrindən idxal olunan məhsulun 70%-i və ixrac olunan məhsulların 93%-i Şimali Amerika, həmin göstəricilərə müvafiq olaraq 29,5-0.7%-i Latın Amerikası, 0,5-5,9%-i Mərkəzi Amerika region ölkələri təşkil edir.

 

Azərbaycanın Afrika ölkələrinə inteqrasiyasının müasir iqtisadi inkişaf xüsusiyyətləri səciyyəvi xarakter daşıyır. Belə ki, Afrikanın region ölkələri ümumilikdə 30,3 milyon. kv. km sahəni əhatə edərək inteqrasiya baxımından əlverişli təbii iqtisadi şəraitə malikdir. Bu ölkələrin əksəriyyətinin dəniz və okeanlara yaxın olması dünyanın bir çox region ölkələrinə inteqrasiya olunması üçün əlverişli şərait yaratmaq imkanlarına malikdir.

 

Azərbaycanın Avstraliya və Okeaniya region ölkələri inteqrasiyası fikrimizcə vacib şərtlərdən biridir. Avstraliya yer kürəsinin cənub yarımkürəsində yerləşməsinə baxmayaraq, inkişaf etmiş sənaye-aqrar ölkəsi kimi tanınır. Sənaye ümumi daxili məhsulun 45%-ini təşkil edir. Ölkə üzrə əmək qabiliyyətli insanların 30%-ə qədəri sənayedə təmərküzləşmişdir. Daxili və xarici regional inteqrasiyada iştirakı üçün əlverişli nəqliyyat sistemlərinə malikdir. Son illərdə Azərbaycan-Avstraliya region ölkələrarası iqtisadi inteqrasiya formalaşır.

 

“Hürriyyət”

 

Hürriyyət.- 2020.- 5-6 may. S. 10.