Kim filosofdur? 

 

Filosofluq dərin savad dərin həyat təcrübəsiylə yaranmır

 

Maks Plank, Albert Eynşteyn ya Pol Dirak qədər nəhəng elm xadimləri olsalar da, filosof deyillər. Filosofluq dərin savad dərin həyat təcrübəsiylə yaranmır. Qətiyyən. Həyat təcrübəsi xalq arasındamüdriklikadlanır. Lakin bu cür qabiliyyət sahibi olanlar yaxşı müəllim tərbiyəçi olurlar

 

 

 

İnternetdə respublikamızın iki siyasi-ictimai publisistika nümayəndəsininxüsusilə bir az yaşlı şəxsin müsahibəsini dinləyəndə məni fikir götürdü. Aya, bizdə aləm bir-birinə qarışdığı kimi, elm təhsil müəssisələrndə eyni hadisələr, eyni qayda-qanunlar hökm sürür. Əvvələn hardansa heç dəxli olmayan şəkildə yuxarıdan gələn hökmlə kənd təsərrüfatı üzrə namizədlik dissertasiyası müdafiə edənəFəlsəfə doktoruadını verirlər. Eləcə başqa elmlər üzrə . Burda deyiblər: heç dəxli var?

 

Hansı bir fəlsəfə doktorusayuxarı”dakıların xoşuna gəlməyib onun nüfuzunu aşağı salmaq üçün elm təhsil müəssisələrində belə bir qayda tətbiq olunub. nəticədə fəlsəfədən yerli-dibli xəbəri olmayan bir adam zoologiya üzrə dissertasiya müdafiə edib, fəlsəfə doktoru olur.

 

Gülməlidir, ay cənablar. Bəli, hardasa buna oxşar, amma qətiyyən bu şəkildə olmayan bir qayda var. Lakin bu dərəcədə həqiqi fəlsəfə elmləri doktorlarını gözdən salan formada yox.

 

isəQədim yunan Roma filosofları varlığı, cəmiyyəti, onların fiziki, ictimai-siyasi xüsusiyyətlərini, hadisələri, təbiətin əbədi dəyişən qanun təzahürlərini öz yunan latın söz terminləri ilə ifadə edirdilər. Çünki onların əsərləri, varlıq, təbiət cəmiyyət haqqında düşüncələri, anlayışları özlərinin, öz dillərinin vasitəsilə açıqlanırdı. onlar nadir hallarda bir birlərinin qənaətlərini şərh edir, əksər hallarda bu ya digər hadisə haqqında öz düşüncələrini qələmə alırdılar.

 

Platon, Aristotel, Seneka, Siseron başqa fikir nəhənglərinin işlətdiyi söz ifadələr sonralar ümumbəşəri mahiyyət kəsb edib özünü fəlsəfəyə həsr edən, varlıq, təbiət cəmiyyət haqqında düşüncə mühakimələrini həmin yunan Roma filosoflarının ifadələriylə açıqlamağa başladılar. Yəni həmin söz, ifadə terminlərdən açar kimi istifadə etməklə özlərini təsdiq etməyə başladılar. Onlar demək olar ki, təzə heç demirdilər. 2500-2000 il ərzində yalnız bir neçə alman, fransız, italyan, ingilis mütəfəkkirləri bu yoldan çəkinib öz orijinal düşüncə sistemlərini yarada bildilər. Qalanları isə onlara qədər deyilənləri təkrar şərh etməklə özlərini filosoflar cərgəsinə daxil etməyə çalışırdılar.

 

Belələri xüsusilə XIX-XX əsrlərdə alaq otu kimi cücərdilər antik yunan Roma terminləri sözlərini bol-bol işlətməklə  özlərini filosof elan edir,  sadəcə şərh yazmaqla   həmin mütəfəkkirlərin fikirlərini təkrar etməklə cildlərlə kitablar nəşr etdirirdilər. Həmin söz ifadələrin artıq şablona çevrilmiş əsas nümunələrindən beş-onunu misal gətirmək istərdik.

 

Aqnostisizim, alogizm, altruizm, apriori, apatiya, volyuntarizm, qnostisizim, determinizm, irrasionalizm, intuitivizm, metafizika, metampsixoz, monizm, ontologiya, personalizm, pozitivizm, relyativizm, skeptisizm, substansiya, transsendental, stoisizm s.

 

Bu cür söz ifadələr çoxdur. Təkrar edirik, cəmi bir neçəsini misal gətirdik ki, özünü fəlsəfəyə həsr edənlərin üzr istəyirəm, bir növ çörək ağacıdır. Minlərlə fəlsəfə, filosof aşiqləri öz sərbəst orijinal düşüncələrinin yoxluğu nəticəsində antik nəhəglərin sözlərinə bürünmüş mənaları özünküləşdirməyə çalışmaqla təsəlli tapmışlar.

 

Təkrar edirik, filosofluq üçün, daha dəqiqi, fəlsəfi mühakimələr düşüncələr yaratmaq üçün mütləq yunan latın sözlərini işlətmək əsas deyil onlarsız da dərin, fəlsəfi ümumiləşdirmələr aparmaq, söyləmək mümkündür.

 

Amma bəs filosof kimdir? Belə bir sual ortaya çıxa bilər. İşıq nədir? Həm qaranlığı əridən, yox edən, həm istilik yardan fiziki hadisə. Bəs o necə yaranır, mənbəyi nədir? Əlbəttə günəş. Doğrudur, lakin bu cavablar sadə, bəsit uşaq intellektidir. Axı işıq hardan əmələ gəlir? İşıq Günəşdə gedən termo-nüvə reaksiyaları, nüvə partlayışları  nəticəsində yaranan fiziki hadisədir. Amma bu da orta, ortabab intellekt cavabıdır. Əslində çox az, yalnız sırf mütəxəssislər dahi fiziklər bilirlər ki, işıq  proton ətrafında daim fırlanan elektronların bu fırlanma zamanı uzaqlaşan anda əmələ gələn fiziki hadisədir. yalnız bunun nəticəsində, elektrik, istilik, işıq əldə olunur ki, bəşəriyyətin bütün müasir həyatı bunun sayəsində davam edir. Deməli, işıq həmin balaca elementar hissəcik olan elektronların bizə bəxş etdiyi bir növ həyatdır.

 

Lakin bu cür dərin biliklər fəlsəfə deyil. Maks Plank, Albert Eynşteyn ya Pol Dirak qədər nəhəng elm xadimləri olsalar da, filosof deyillər. Filosofluq dərin savad dərin həyat təcrübəsiylə yaranmır. Qətiyyən. Həyat təcrübəsi xalq arasındamüdriklikadlanır. Lakin bu cür qabiliyyət sahibi olanlar yaxşı müəllim tərbiyəçi olurlar (əgər xaraktercə naqis adam deyillərsə).

 

Bəs kim filosofdur?

 

                                                                                 

 Ardı var

 

Əlisa  NİCAT

 

Hürriyyət.- 2020.- 29-30 sentyabr.- S.14.