ERMƏNİLƏRİN QAFQAZ ALMANLARINA QARŞI SOYQIRIMI

 

 

Erməni millətçilərinin ötən əsrin əvvəlində indiki Xanlar (Göygöl) rayonu ərazisində yaşamış almanlara qarşı həyata keçirdikləri qanlı cinayətlər də indiyədək geniş ictimaiyyətə gizli qalan tarix səhifələrindən olub.

 

Bu səhifələri təşkil edən faktlar içərisində ən diqqətçəkəni 1907-ci ildə Yelizavetpol (Gəncə) şəhərində «Daşnaksütyun» partiyasının üzvlərinə qarşı açılmış cinayət işi barədə sənəd idi. Şəhər pristavının köməkçisinin imzaladığı sənəddə qeyd olunur ki, 1905-ci ildən 1907-ci ilin avqustunadək «Daşnaksütyun» partiyasının yerli təşkilatının rəhbəri Koryun silahdaşları Arutyunov qardaşları ilə birlikdə Helenendorf almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər, o cümlədən şərab istehsalçıları olan ForerQurrdan hərəyə 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün partiyanın yerli təşkilatının qərarı ilə qətlə yetirilir.

 

[(Bu, ermənilərin Qafqaz almanlarına qarşı yeganə terror hadisəsi deyil. Bundan öncə, 4 iyul 1904-cü ildə Yelizavetpol Quberniyasının Qubernator müavini Andrey Filimonoviç Andreev (milliyyətcə alman), 26 sentyabr 1905-ci ildə (Tiflisdə) Cənubi Qafqaz alman koloniyaları baş pastoru  Markus Miller erməni daşnaklarının vəhşicəsinə terroru sayəsində həyatlarını itirmişdilər. Başqa alman kolonistlərdən 1904-cü ildə Qotlib Digel, 1905-ci ildə Henrih Mayero dönəmdə müxtəlif zamanlarda başqaları da erməni terrorunun qurbanı olmuşdular. Başqa sözlə, XX əsrin əvvəlindən erməni millətçiləri Helenendorf alman koloniyasını terror basqısı altında saxlayırdı. –X.İ.)].

 

Bu acı faktlarla tanış olan Bonn Universitetinin professoru, Qafqaz almanları tarixinin tədqiqatçısı xanım Eva Mariya Aux Göygöl şəhərindəki mətbuat konfransında öz təəssüratını «Biz daşnak terroru haqqında çox eşitmişdik. Amma bu gün ilk dəfə bu barədə faktları təsdiq edən konkret sənədlərlə tanış oluruq» sözləri ilə ifadə etmişdir.

 

Erməni millətçilərinin Helenendorf (Göygöl) almanlarına qarşı terror və təqib siyasəti Birinci Dünya müharibəsi dövründə (1914-1918) daha da genişlənir.

 

1920-ci ildə sovetləşmənin başlamasından sonra ermənilər yenə mərkəzdəki havadarlarının köməyi ilə almanları sıxışdırmağa başlayırlar. Bu dövrdə rayonda onlarla alman «antisovet fəaliyyəti»ndə günahlandırılaraq «NKVD»-dəki erməni cəlladların əli ilə güllələnir, digərləri (o cümlədən Helenendorfun əsasını qoymuş Hummellərin bir çoxu) Sibirə sürgün edilir. Ermənilərin mənfur davranışı almanları o həddə çatdırır ki, 1934-cü il mayın 14-də onlar Helenendorf klubunun divarlarına «Ermənilər qaniçəndirlər, onlar kəndlilərin son damla qanına qədər sorurlar» şüarları yapışdırırlar.

 

1940-ci ilin oktyabrında almanlar Şamxor (Şəmkir, keçmiş Annenfeld –X.İ.) rayonunda ermənilərin vəzifələrdə üstünlüyü (faktiki olaraq erməni hakimiyyəti –X.İ.) haqqında məktub hazırlamışdılar. Ermənilərin başçı təyin olunduğu rayon müəssisələrinin siyahısı müəyyən edilmişdir. Şamxor rayonu əhalisinin təxminən 10%-ni təşkil edən ermənilər müxtəlif təşkilatlarda rəhbər vəzifələrin 90%-ni tutmuşdular. Bu məktubda Şamxor rayonu əhalisinin böyük çoxluğunu oluşduran azərbaycanlıların hüquqlarının pozulması da göstərilir.

 

 

 

«Bu arayış almanlar tərəfindən yerli poçt şöbəsi vasitəsilə göndərilməmişdi, çünki oradakı işçilərin hamısı erməni millətindən olan şəxslər idi. Bu elə bir dönəmə təsadüf etmişdi ki, o zaman koloniyalarda kütləvi həbslər baş verirdi, ona görə də məktub Batumidəki Almaniya konsulluğuna çatdırıldı. Oradan poçt vasitəsilə Bakıya, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə yetişdi. Baxmayaraq ki, məktub Mərkəzi Komitənin I katibi M.C.Bağırova ünvanlanmışdı, ancaq 27 oktyabr 1940-cı il tarixində Mərkəzi Komitənin katibi  Karkaryanın masasında peyda oldu».Həmin məktubun mətnini, təqdimat şəklini dəyişmədən bütünlüklə diqqətinizə çatdırmağı zəruri hesab edirik:

 

“AZƏRBAYCAN KP MK-nın KATİBİ yol.BAĞIROVA.

 

Diqqətinizə çatdırırıq ki, Şamxor rayonunda 26 kənd şurası var ki onlardan yalnız 7-si ermənilərə və 2-si isə almanlara məxsusdur.

 

Şamxorda 10% erməni ancaq olmasına baxmayaraq, rəhbər və rəhbər olmayan işçilər arasında sayma aparılsa – 90% -i ermənilərdir. Azərbaycanlılar ən az say  təşkil edirlər.

 

Məsələn:

 

Partiyanın rayon komitəsi – I katib Yusibov. Sadəcə olaraq rayon komitəsinin başında durur (fiqur kimi), sükan I katib Manuçarovun əlindədir, hansı ki qızğın millətçidir. İki il ərzində azərbaycanlıları sıxışdıraraq yerlərinə erməniləri qoydu. Üçüncü katib Nazarov baxmayaraq rusdur, faktiki olaraq Manuçarovun diqtəsi ilə oynayır.

 

K (b)P RK -nın qalan işçilərini götürək:

 

Təbliğat şöbəsinin müdiriVoskanyan.

 

Təşkilat-təlimat şöbəsinin müdiriNazaryan.

 

Hesabat şöbəsinin müdiriQabrilyan və başqaları.

 

Komsomolun rayon komitəsində I katibdən başqa bütün yönəticilər ermənilərdir.

 

İcraiyyə komitəsində yalnız sədr Şabanovdur, o da nə ətdir, nə balıq. Əsas rolu İcraiyyə komitəsinin sədr müavini Soqomonyankadrlar üzrə müdir Simonyan oynayır.

 

OMP-in (rayon çapında birliklərdən biri -X.İ.)müdiriYandiyan.

 

OMP yanında istehsalat-daş karxanasının müdiri, keçmiş starşina  Danielyan.

 

NXU-nun (Xalq Təsərrüfatı İdarəsi –X.İ.) müdiri  Baqramov.

 

Komunal Təsərrüfatı müdiriSoqomonyan.

 

OKX (Komunal Təsərrüfatı Şöbəsi –X.İ.) yanında tikinti rəhbəriVirabyan.

 

Hamamın müdiriMariya (erməni).

 

Mehmanxana müdiriBalasanova.

 

Əmanət Kassası müdiriZaxaryan.

 

Dövlət Bankının müdiriAbramova.

 

Kənd Təsərrüfatı Bankının müdiriXocanyan.

 

Upolkomzag (Tədarük Komitəsinin səlahiyyətli şəxsi –X.İ.)  Arutyunov.

 

 Yun-Dəri Kontoru Birliyinin müdiriDanelyan Armenak, Türkiyə ermənisiqaxtanağan.

 

Rayon Mağasası müdiriXocayan

 

Artel müdiriZaxaryan.

 

Pişeblok (İctimai İaşə Müəssisəsi –X.İ.) müdiriDanilyan.

 

Hərbi Ticarət Mağasazı müdiriOsipov mağazanın bütün heyətiermənilər.

 

Mədəni Mallar Mağasazı müdiriMarqo (erməni).

 

Qorpo (Şəhər İstehlakçılar Cəmiyyəti) sədriVaryan.

 

Ot-alaf Məntəqəsi müdiriKarapetyan, qaxtağan.

 

MTS (Maşın-Traktor Stansiyası) direktoruSarkisyan.

 

Rayon prokuroruQriqoryan.

 

Rayon mərkəzindəki məktəbin direktoru müəllimlərinin 80%-  iermənilər.

 

Yetim Uşaqlar Evinin rəsiBaqramov.

 

Əlillər Artelinin müdiriQaregin Danelyan.

 

Anin Alman Kolxozu Partiya təşkilatçısıAkopcanov İsaak.

 

Rayon İcraiyyə Komitəsinin Partiya Komitəsi katibiXocayan.

 

Kooperativ Artellərin Partiya Komitəsi katibiMelik bunu kimi başqa hallar.

 

Bundan əlavə, ermənilərin rəhbər olduğu yerlərdə (idarələrdə, qurumlarda –X.İ.) bütün tərkib ermənilərdən ibarətdir. 20.10.40-cı il.”

 

Karkaryan durum haqda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi M.C.Bağırova məruzə etmək ya məktubu öz nəzarətində saxlayaraq Daxili İşlər Xalq Komissarlığına göndərib müvafiq ölçü götürmək əvəzinə, müraciəti Daxili İşlər Xalq Komissarlığının Şamxor rayon şöbəsinə, Dövlət Təhlükəsizliyi leytenantı Kalyaginə yollayaraq imzasız məktubun müəlliflərini axtarmağı tapşırır, həmçinin vurğulayır ki, almanlar K(b)P RK-nin katibi Manuçarovu millətçılikdə ittiham edirlər

 

Ermənilərə münasibət həbs olunmuş onlarla alman haqqında tərtib olunmuş istintaq işlərindən görünür. Onların çoxunda almanlar koloniyanın ictimai həyatının bütün sahələrində ermənilərin onları sıxışdırmasını qeyd edirlər…»

 

Nəhayət, İkinci Dünya Müharibəsinin başlanması ilə erməni millətçiləri niyyətlərinə çatırlar. 1941-ci ili oktyabrın 8-də Stalin imzaladığı qərara əsasən, Gürcüstandan 23580 nəfər, Azərbaycandan 22741 nəfər (onların təxminən yarısı Xanlar almanları idi), Ermənistandan isə 212 nəfər (Ermənistanda yalnız bu qədər almanın məskən salması da erməni millətçiliyinin göstəricisi idi) alman Qazaxıstan çöllərinə sürgün edilir. Almanların təsərrüfat sahələri, evləri, mal-qarası isə yeni gələn ermənilərə qismət olur. Stalinin sağ əli olan Mikoyanın səyləri ilə bu ərazilərə təkcə Ermənistandan deyil, İrandan da yüzlərlə erməni ailəsi köçürülürAlmanların mal-mülkünə sahib olan ermənilər bununla kifayətlənməyərək Xanlardakı alman qəbiristanlığına da sahib çıxmağa çalışıblar, oradakı bir sıra qəbirlərin baş daşları «erməniləşdirilib». Almanlara qarşı yuxarıda sadalanan bütün vandalizm faktları professor Abbas Seyidovun rəhbərlik etdiyi ekspert qrupunun apardığı tədqiqat nəticəsində ortaya çıxıb.

 

Ermənilərin almanlara qarşı növbəti terrorçu fəaliyyəti Gürcüstan ərazisində baş vermişdir. Tarixi qaynaqlardan bəlli olduğu kimi, 1918-ci ilin yayından Gürcüstanın dəvəti ilə Tiflisdə general Fon Kressin komandanılığı altında alman hərbi missiyası yerləşirdi. Osmanlı-Almaniya ittifaqı I Dünya Savaşında məğlubiyyətə uğradığı üçün Türk ordusu ilə yanaşı Alman hərbi birləşmələri Qafqazı tərk etmək məcburiyyətində idi. Beləliklə, 1918-ci ilin dekabr ayı ərzində ingilis hərbi missiyası işğal qüvvələri olaraq Tiflisə yerləşməyə başladı. Ancaq Gürcüstan Almaniyanı öz müstəqilliyinə qarant hesab edir o səbəbdən almanların bu bölgədən çıxıb getmələrini istəmirdi. Almanları təhdid yolu ilə bölgədən çıxmağa vadar etmək üçün ermənilər 1918-ci dekabrın ortalarında  terrora əl atdılar: onlar yalnız yalnız alman zabitlərinin rezidensiyalarının yerləşdiyiPalasotelini gizlicə atəşə verdilər. Əsli Almaniyanın Göte İnstitutunda qorunanMənim Qafqaz missiyam”adlı kitabında  bu faktları oxucuların diqqətinə çatdıran general Fon Kress daha sonra yazır: “Dekabrın 23-də Alman qüvvələrinin Gürcüstan paytaxtını sonuncu tərk edən Qafqaz Yeqer polku Tiflisdən çıxdığı günün sabahı güclü erməni ordu hissələri müharibə elan etmədən Gürcüstan sərhədlərini keçərək, Tiflisin 40 kilometrliyinədək irəlilədilər.

 

Ermənilər Tiflisi tutmaq üçün öz uyğun saatlarını gözləyirdilər ki, ingilislərin köməyilə Qafqazda ağalığı öz əllərinə alsınlar…”

 

Fon Kress gürcü müəllifləri qeyd edirlər ki, ermənilər o hücum zamanı Tiflis yaxınlığındakı alman kaloniyasının mövcud olduğu Katerinenfeldə (indiki: Bolnisi)  soxuldularAncaq bu olaylarda almanların itkilərə uğrayıb-uğramadığı  haqda bilgi verilməməsi təsssüf doğurur

 

Qeyd: Almaniya Kansleri Angela Merkelin Qafqaz səfərindən  öncə (avqust 2018-ci il) “Yeni Musavat” qəzetində yuxarıdakı qonu və Almaniyanın timsalında Avropanın Qafqaz, genəlliklə Doğu siyasəti ilə ilgili xanım Merkelə ünvanlanmış məktubumuzda da bildirdiyimiz kimi, ABŞ-İngiltərə, Fransa, Rusiya I Cahan Savaşında ermənilərlə tərəf olduğu (ermənilərin onların ordularında savaşa qatıldığı) üçün, ATƏT-in Minsk Qrupu eşbaşqanı sırasından ilk addım olaraq hələlik “Ermənistanın “bacı-dövlət”i Fransa qrupdan çıxarılmalı, nisbi balans yaratmaq üçün I Cahan Savaşında qarşı tərəf olan Türkiyə ilə Almaniya onun yerinə eşbaşqanları olmalıdır!”

 

Xaqani İsmayıl,

 

yazıçı-tarixi araşdırmaçı

 

Hürriyyət.- 2020.- 29-30 sentyabr.- S.13.