Dağların əmanəti

 

Şəhid ömrü həyatın ən gözəl anında donub qalan ömürdü. Sevinci şəkillərdən boy göstərən, sabahına məzar daşı kölgə salan, Günəş işığından pay almayan ömür sahibi şəhid. Adının nuruna cəm olar bütün bir ölkə. Nə son nəfəsi unudular, nə son sözləri. Gözləri dönər göy üzünə. Başımızı qaldırıb səmaya nəzər salanda sanki cənnətə ucalan şəhidin gözlərinə dikilər gözümüz. Hər vətən sözümüzdə səslənər adı, hər bayrağa baxanda əksin görərik nur üzünün. Ölməz, Allah tərəfindən əbədi dünyada əbədi var olmaqla mükafatlandırılar şəhid.

Adı qəlbimizdə yer edən qəhrəmanlarımızdan biridir Şirəliyev Niyət İmran oğlu. 1990 – cı ilin soyuq 9 fevral günündə dünyaya göz açmışdı. Ailəsinin ilk övlad payı idi Niyət. Elə bil onun gəlişi ilə dünya al-əlvan olmuşdu. Özündən sonra 4 bacı və qardaşları dünyaya gəlmişdi. Ailədə sevgi o qədər böyük idi ki, o sevgi həyatın bütün çətinliyini unutdururdu. Vətən sevgisi ailənin hər bir fərdinin bənzər yanı idi. Belə olmasaydı bir ailədən 3 oğul hərbçi peşəsinə yiyələnməzdi.

Niyət 1997-cı ildə şəhid Babacan Əliyev adına məktəbdə təhsil almağa başlayıb. Məktəb zamanı həlim xasiyyəti ilə, tərbiyəsi və vətənpərvərliyi ilə həm müəllimlərinin həm də yoldaşlarının sevgisini qazanıb. 2007-ci ildə məktəbi bitirib. Ürəyindəki vətən sevgisi onu hərbiyə doğru çəkib. O Heydər Əliyev adına Ali Hərbi məktəbə qəbul olub. 2011-ci ildə Hərbi akademiyanı bitirib. Leytenant rütbəsinə yiyələnərək Müdafiə Nazirliyinin təlim – tədris mərkəzində hərbin daha dərinliklərini öyrənmək üçün çalışıb. 2012 – ci ildə təyinatla Füzulidə N saylı hərbi hissədə tağım komandiri işləyib. 2014-cü il 24 iyunda baş leytenant hərbi rütbəsinə yüksəlib. Niyət hər zaman Qarabağın düşmən tapdağından azad olunması arzusunu dilə gətirir və o günün bir gün çatacağını səbirsizliklə gözləyirdi.

Niyət vətənin keşiyində durduğu zaman 5 il idi qəlbini verdiyi Səadət xanımla əhd-peyman bağlamışdı. 2015-ci il aprelin 20-i ailə həyatı quran gənclərin isti yuvası olmamışdı. Hərbçi xanımı yoldaşının təyinatla göndərildiyi hər rayona onunla birlikdə getmişdi. Evliliklərinin birinci ilində Aprel döyüşləri baş vermişdi. Niyət 2016-cı ildə Azərbaycan ordusunun illərdən sonra zəfər qazandığı Aprel döyüşlərinin qəhrəmanlarından biri idi. Həmin döyüşlərdə Niyət iki yaxın dostu silahdaşı Rasim Məmmədov Sədi Musayevlə birlikdə vuruşmuşdu. Hər üç dost Aprel zəfərinin müjdəçisi idi. Ancaq bu üç dostun biri mayor Məmmədov Rasim Əbdül oğlu şəhadətə ucalmışdı. Bu hər iki dostun qisas hissini artırmışdı. Həmin döyüşdən 10 gün sonra evinə gələn Niyət 2 üzük hazırlatmış, birini körpə oğlu Nicata, birini isə Səadətə hədiyyə etmişdi. Sevgisi sonsuz olan NiyətMən şəhid olarsam bu üzüklər məndən sizə yadigar qalsındemiş onun sözlər Səadətin ürəyini dağlamışdı. Ümumiyyətlə Niyət ailəsini hər zaman tək ayaqda qalmağa hazırlayırmış. O hər an şəhid ola biləcəyini xanımına hiss etdirirmiş.

Niyət 2018 – ci il iyunun 18 – Kapitan rütbəsinə layiq görülmüş, 2019-cu ildə MTTB vəzifəsinə yiyələnmişdi. Həmin ilin avqustunda Daşkəsən rayonunda yerləşən N saylı hərbi hissənin taboruna tabor komandirinin Madditexniki təminatı üzrə müavini vəzifəsinə təyin olunmuşdu. 2020-ci il aprelin 17 – Müdafiə Nazirliyinin əmri ilə N saylı hərbi hissənin qərərgah rəisi hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunmuşdu. 30 yaşı olmağına baxmayaraq o orduda göstərdiyi nümunəvi addımlarla daima yüksəlməyi bacarmışdı.

Hər zaman təxribata əl atan Ermənistan ordusunun 2020-ci ilin iyulunda yenidən təxribat cəhdlərinin qarşısını alanlardan biri Niyət idi. Həmin vaxt düşmən həmişəki kimi məğlubiyyətə uğrayıb geri çəkildi. Ordumuz o döyüşlərdə 1-i general olmaqla 12 hərbçi şəhid verdi. Hərbçilərlə yanaşı 1 mülki şəxs şəhid oldu. Ermənilərin bu addımı isə onların özlərinə hazırladıqları cəmi 2 ay sonra düşəcəkləri bir uçurum oldu.

İyul döyüşlərindən sonra Niyət evə daha gecgec gəlirmiş. Ancaq bunun səbəbini heç kimə demirmiş. Sentyabrın 15-də evlərinə gəldiyində öz ailəsi ən yaxın dostu, silahdaşı olan Babaşov Bayram İlqar oğlu ailəsi ilə birlikdə gəzintiyə çıxıblar. Hər iki dost xanımlarına “biz şəhid olsaq, siz hər zaman mehriban olun. Biz iki dostun varlığında necə idik bizdən sonra siz həyata elə davam edindeyiblər. Şəhidlər şəhid olacaqlarını öncədən hiss edirlərdeyirlər. Niyət Bayram da bunu hiss edirlər. Bu gəzinti onların vidası imiş.

Sentyabrın 26-sı Niyət xanımına zəng edib uşaqlarını göstərməsini istəyib. Bir 28 – i Zeynəbin 2 yaşında ona tort almağını xahiş edib. Səadətə olur olsun möhkəm oldeyib sağollaşıb. Ertəsi gün müharibənin başladığını eşidən Səadət Niyətə zəng etsə zəngi cavabsız qalır.

Döyüşdən bir gün əvvəl iki dost Niyət Bayram papaqlarını dəyişirlər. Papaq qeyrət rəmzi sayılır. Onlar da qeyrətlərini, ailələrini bir-birlərinə əmanət edirlər. Əgər birimizə nəsə olsa həm papağımız yadigar qalsın, həm ailəmiz əmanətimiz olsundeyirlər. Döyüşün ilk günü 27 sentyabrda Kəlbəcərə qovuşmaq arzusu ilə yaşayan Niyət elə Kəlbəcər uğrunda da şəhid olur. Sentyabrın 28-i qızının ad günündə Niyətin şəhid xəbəri gəlir. Lakin şəhidin nəşi tapılmadığından xəbər təkzib olunur. Hərə bir söz deyir. Niyətin digər iki hərbiçi qardaşları pilot Eldar gizir Ötkəm döyüşlərdə olur. Onlar hər yerdə qardaşlarını axtarsalar da Niyəti tapa bilmirlər. Niyət şəhid olduqdan cəmi bir neçə gün sonra 2 oktyabrda Bayram da şəhid olur. Həyatda ayrılmayan dostlar cənnətdə ayrılmırlar. Günlər günlərə calanır. Ancaq Niyətin cansız bədəni can verdiyi Kəlbəcərdən götürülə bilmir. 85 gün sonra dekabrın 18-i Niyətin nəşi götürülür. Ailə morqda Niyəti gördükdə təəccüb içində qalır. 85-gün torpaq üstündə qalmasına baxmayaraq Niyət sanki həmin gün can tapşırmışdı. Bu Allahın bir möcüzəsi idi. Torpaq sanki əmanət şəhid nəşin qorumuşdu. Niyət dekabrın 21-i Şamaxı şəhər Şəhidlər xiyabanında canından keçdiyi torpağa tapşırılmışdı. Ömrünün 13 ilini hərbçi kimi vətənə xidmət edən qəhrəman bu illər ərzində bir neçə dəfə İlham Əliyevin sərəncamı ilə medal diplomlarla təltif edilmişdi. O, “Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin 95 illiyiyubiley medalı, “Azərbaycan Ordusunun 100 illiyiyubiley medalı, “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. (Şəhadətə ucaldıqdan sonra da bir çox medallarla təltif edilib. Lakin nəşinin gec tapıldığı səbəbindən medallar hələ ailəyə təqdim olunmayıb.

İndi şəhidimizdən bizə əmanət 2 gül balası bir nazlı sonası qalıb. Döyüş başlamadan öncə Niyət ailəsini qardaşına əmanət etsə o ailə tək qardaşın qardaşa əmanəti yox şəhidin xalqına əmanətidir. Biz şəhidlərimizin əmanətlirinə sahib çıxıb onların ruhlarını şad etməliyik. Bax o zaman şəhidlərimizəRahat uyu şəhidimsözlərini deyə bilərik.

 

ŞƏHİD NİYƏT

 

Payızda qan yağışı,

Çiləndi torpaq üstə.

Şəhiddeyə fəryadlar,

Ərşə qalxdı hər səsdə.

 

Sən qərq oldun sükuta,

Səssizlik nəfəs kəsdi.

Kəlbəcərdə sərin meh,

Cisminin üstə əsdi.

 

İllərin intiqamı,

Yığıldı qalaq-qalaq.

Şəhidlərə apardın,

Kəlbəcərdən sən soraq.

 

Dağlar cansız cismini,

Qara bükdü saxladı.

Gəlməyən şəhid nəşin,

Qəlbimizi dağladı.

 

Əziz dostun Bayram da,

Cənnətinə tələsdi.

Bu payızın həsrəti,

Ümid yolların kəsdi.

 

Torpağa gec qovuşan,

Cisminə el ağladı.

Ürəyin Niyət adlı,

Yarası hey qanadı.

 

Manya Səxavətqızı

 

Hürriyyət.- 2021.- 9-10 fevral.- S.10.