Azərbaycan mədəniyyətini dünyaya tanıdan sənətkar

 

Ukraynanın Xalq rəssamı Şəhid Xudayarın dastanını abidəyə çevirəcək memar Seyfəddin Qurbanovu yaxından tanıyaq

 

Dost Ukraynada yaşayıb-yaradan ən məşhur azərbaycanlılarından biri Ukraynanın Xalq rəssamı, Azərbaycanın Əməkdar rəssamı, Xarkov vilayətinin fəxri vətəndaşı, memar, professor, vətəninə möhkəm tellərlə bağlı olan, Azərbaycan mədəniyyətini, incəsənətini UkraynaAvropada uğurla təmsil edən Seyfəddin Qurbanovdur.

O, öz əsərləri ilə həm də Avropada məşhurdur.

Oksford Universiteti üçün dünya elm xadimlərinə verilən mükafatları azərbaycanlı memar Seyfəddin Qurbanov hazırlayır. 20 ilə yaxındır ki, Oksford universiteti ilə bu sahədə əməkdaşlıq edir.

Mehdi Hüseynzadənin Sloveniyada ucaldılmış 10 tonluq heykəli də onun yaradıcılığının məhsuludur.

Seyfəddin Qurbanov  1962-ci il oktyabrın 19-da Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub.

1989-cu ildə Xarkov İncəsənət və Sənaye İnstitutunun heykəltaraşlıq fakültəsini bitiribinstitutu qırmızı diplomla bitirdiyi üçün ona edilən təklifi qəbul edərək təhsil aldığı elm ocağında müəllim kimi fəaliyyətə başlayıb.

2009-cu ildən Xarkov Dovlət Dizayn və İncəsənət Akademiyasının Heykəltəraşlıq kafedrasının müdiridir.

1992-ci ildən Ukrayna Rəssamlar İttifaqının Xarkov filialının üzvüdür.

2004-cü ildə Ukraynanın Əməkdaş rəssamı adına, 2009-cu ildə isə Ukraynanın Xalq rəssamı fəxri adına layiq görülüb. 2010-cu il fevralın 18-də Ukraynanın o zamankı Prezidenti Viktor Yuşşenko özü şəxsən qızıl xatirə nişanı ilə Ukraynanın Xalq rəssamı şəhadətnaməsini ona təqdim edib.

“Ñëîáîæàíñêàÿ ñëàâà”, “Zolotoy yaquar”, “Evropeyskoye kaçestvo”, “Vısşaya proba”, “Zolotoy merkuriy”, “Tısyaçiletiye” kimi dövlət və beynəlxalq mükafatlar laureatıdır, “Müqəddəs Sofiya” və Marşal Jukov ordenləri ilə təltif edilib.

Bunların arasında Britaniyanın Oksford universitetinin “Sokrat” mükafatı xüsusi yer tutur.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Xalqlar arasında dostluq sahəsində Azərbaycan diasporunun inkişfında xidmətlərinə görə” “Tərəqqi” medalı ilə təltif olunub.

Xarkov şəhərində qoyulan heykəllərin 80 faizi onun əl işləridir. 2011-ci ildə “Xarkov vilayətinin inkişafına sanballı töfhəsinə, həm dövlət səviyyəsində, həm beynəlxalq səviyyədə onun nüfuzunu dəstəklədiyinə Xarkov Vilayət Şurasının VII sessiyasında “Xarkov vilayətinin fəxri vətəndaşı” adını alıb.

Ukraynada təxminən 500 min azərbaycanlı yaşayır. Onların bir qismi Xarkov şəhərində məskunlaşıb. Parkları meydanları həmyerlimizin əsərləri ilə bəzənmiş bu gözəl şəhərdə iki ölkə arasında münasibətlərin möhkəmlənməsində əvəzsiz rolu olan Azərbaycan-Ukrayna “Dostluq” cəmiyyəti fəaliyyət göstərir. Cəmiyyət 1999-cu ilin noyabrında təsis olunub. Əsas məqsədi milli-mədəni adətlərin qorunub saxlanılması, Ukrayna Azərbaycan arasında mədəni-iqtisadi əlaqələrin möhkəmləndirilməsi, Ukraynada yaşayan azərbaycanlıların haqq maraqlarının qorunmasıdır.

İctimai fəallığı ilə seçilən Seyfəddin Qurbanov uzun illərdir ki, “Dostluq” Azərbaycan-Ukrayna cəmiyyətinin üzvüdür.

Onun memarlıq əsərləri Ukraynanın bir çox şəhərlərini bəzəyir. Kiyev şəhərində böyük Azərbaycan şairi Səməd Vurğunun, Kiyev vilayəti İrpen şəhərində görkəmli oftalmoloq alim Zərifə xanım Əlyevanın, Dnepropetrovsk vilayətində II Dünya müharibəsi zamanı Dnepropetrovsk vilayətinin alman faşizmindən azad edilməsində böyük xidməti olmuş Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun heykəlləri, Kiyevdə Azərbaycan səfirliyinin qarşısında ümummilli lider Heydər Əliyevin büstü, Aleksandr Nevskiyə, Müdrik Yaroslava, memar A.Beketova, İ.Meçnikova, Klavdiya Şuljenkoya heykəllər, Xarkov şəhərində “Xarkovun yeddi möcüzəsi” miniatür abidələri, “Damda skripkaçı”, “İlk müəllimə”, “DAM müfəttişi” kimi əsərlər onun sənətinin nümunələridir.

O, həmyerlilərimiz olan tanınmış xarkovluların – Azərbaycanın milli qəhrəmanları V.V.Seryoqin ilə Ruslan Polovinkanın, Azərbaycan kinosunun əsasını qoyanlardan olan Aleksand Mişonun xatirə lövhələrinin müəllifidir. Ukraynada Əczaçılıq Universiteti üçün “Əsrlər boyunca əczaçılıq” kompozisiyasını yaradıb. Görkəmli siyasi xadim E.O.Kuşnarevin, dünya şöhrətli bakılı alim L.D.Landaunun, Almaniyanın Berlin şəhərində Qurban Səidin xatirə lövhələri, həmçinin Əsəd bəyin Berlindəki büstü onun yaradıcılığının məhsuludur.

Ukraynanın Bakakleya şəhərinin mərkəzini Ukrayna xalqının mənəvi atası olan Taras Şevçenkonun, Peçeneqi qəsəbəsini polyak Henrix Semradskinin, Bolçanskı – şəhərin təməlini qoyan Vasili Kolokolçevin abidələrinin bəzəməsi azərbaycanlı memarın istedadı ilə zəhmətinin vəhdətinin bəhrəsidir.

44 günlük haqlı Vətən müharibəsində Azərbaycanı daim dəstəkləyən Ukraynada ukraynalılar, azərbaycanlılar başqa millətlərin nümayəndələri ilə yanaşı, çox sayda ermənilər yaşayır. Onların faşizm dərəcəsinə çatan millətçi yanaşması azərbaycanlı memardan da yan keçməyib. Seyfəddin Qurbanov Azərbaycan mətbuatına verdiyi müsahibələrindən birində Xarkovdakı güclü erməni lobbisi ilə münasibəti barəsində sualın cavabında belə deyib: “Bilirsinizmi, əslində mənim o qədər vaxtım yoxdur ki, çox insanla oturub-durum, görüşüm, söhbət edim. Əsasən, öz millətimizin görkəmli ya sadə adamları ilə ünsiyyətdə oluram. Ermənilərlə heç bir dostluğum yoxdur ola da bilməz.  Həm ermənilər heç istəməzlər ki, burada mənim kimi adam olsun.

Sizə maraqlı bir əhvalat danışım. Mənə Ukraynanın Xalq rəssamı adı verəndə Xarkovun qubernatoru (Bakı ermənisi – red.) Arsen Avakov idi. O, hazırda Ukraynanın daxili işlər naziridir. Avakov burada qubernator olduğu üçün mənim sənədimə imza atmalı idi. Amma getdim yanına, imza atmadı. Halbuki, qədər işlər gördüyümü yaxşı bilirdi, qubernator kimi şəhərdə qoyulan heykəllərin açılış mərsimində şəxsən özü iştirak edirdi. Açıq dedi ki, “yox, yalnız on ildən sonra”. Yəni Əməkdar rəssam adı almağımdan 10 il zaman keçdikdən sonra Xalq rəssamı ola bilərəm. Beləcə, sənədimə imza atmadı. Təsəvvür edin ki, Puşkin adına teatrda çalışan ermənini saldı mənim yerimə. Amma sonra elə alındı ki, prezident Yuşşenko sənədlərə baxdı özü mənə Xalq rəssamı adı verdi. Halbuki, Avakov bunu istəmirdi. Bu mənada ermənilər istəməz ki, biz irəli gedək. Onlara bizim irəli getməyimiz sərfəli deyil. Bu gün Xarkovda Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı onlar üçün ölümdür. Çünki onlar bu işi bizim kimi yüksək səviyyədə yerinə yetirə bilmədilər. Onlar kababxana açdı, biz isə Mədəniyyət Mərkəzi…”

Qeyd edək ki, Xarkovdakı Azərbaycan Mədəniyyət Mərkəzinin binasını S.Qurbanov özü dizayn edib hazırlayıb. Əvvəllər həmin binanı qalareya kimi açmaq niyyətində olsa da, Azərbaycanın Ukraynadakı o zamankı səfiri Azər Xudiyevin təklifi ilə həmin məkanı  Azərbaycanın Mədəniyyət İnformasiya Mərkəzinə çeviriblər.

Beləliklə, Azərbaycan-Ukrayna “Dostluq” cəmiyyətinin idarə heyətinin üzvü olan Seyfəddin Qurbanov həm Xarkovdakı Azərbaycan Mədəniyyət Mərkəzinin sədri kimi çalışır.

2018-ci ilin iyulunda Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın S.Qurbanovun müəllifi olduğu abidənin təntənəli açılış mərasimi oldu.

2019-cu ilin mayında, böyük Azərbaycan şairi mütəfəkkiri İmadəddin Nəsiminin 650 illi yubileyi qeyd edilən zaman abidəsinin Kiyevdəki Xalqlar Dostluğu bulvarında ucaldılması da Seyfəddin Qurbanovun Azərbaycan mədəniyyətinin tanıdılmasında xidmətlərindən biridir.

Kiyev günü ilə bağlı keçirilən bayram tədbirləri çərçivəsində abidənin açılışında şəhərin meri dünya şöhrətli idmançı Vilali Kliçko belə çıxış etmişdi: “Mən bu gün, Kiyevdə, İmadəddin Nəsiminin abidəsinin açılışını etdiyimiz üçün çox şadam. O, dost Azərbaycan xalqının dahi övladıdır. Abidənin memarı olan Seyfəddin Qurbanovun həm Ukraynanın xalq rəssamı, həm Azərbaycanın əməkdar rəssamı olmasının simvolik olduğunu qeyd eləməliyik. Ukrayna ilə Azərbaycan həmişə strateji tərəfdaş olublar, Kiyev ilə Bakı isə 2017-ci ildən bəri qardaşlaşmış şəhərlərdirlər”.

Ukraynanın Xarkov şəhərində, Azərbaycanın Mədəniyyət Mərkəzinin qarşısında “Dəmir Yumruq” hərbi əməliyyatlarına həsr olunan abidə kompleksinin ucaldılması planlaşdırır.

Seyfəddin Qurbanov Azərbaycan mətbuatına bu barədə məlumat verərkən, abidənin Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunacağını söyləyib. Onun sözlərinə görə, hazırda abidə kompazisiyasının eskiz layihəsi hazırlanır. İşlər yekunlaşdırıldıqdan sonra layihə şəhid Xudayar Yusifzadənin ailə üzvləri ilə razılaşdırılacaq.

Seyfəddin Qurbanov  abidənin açılış mərasiminin gələn ilin iyul ayında şəhid Xudayar Yusifzadənin ad günü ərəfəsində keçirilməsinin planlaşdırıldığını söyləyib.

Vətən Müharibəsi şəhidi Xudayar Yusifzadə ilə bağlı abidənin hazırlanması təşəbbüsü hərtərəfli dəstək təklifi Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev tərəfindən irəli sürülüb.

 

Zeynəb Rüstəmli

Hürriyyət.- 2021.- 13-15 fevral. S. 14.