Azərbaycanın unudulmaz “qayınanası”

 

Nəsibə Zeynalovanın həyat yaradıcılığı…

 

Azərbaycanın görkəmli teatr kino aktrisası, Azərbaycan SSR xalq artisti (1967), Azərbaycan SSR dövlət mükafatı laureatı (1974) olan Nəsibə Cahangir qızı Zeynalova 20 aprel 1916-cı ildə Bakıda doğulub. Atası Kərbəlayı Cahangir, Bakıda anadan olub tanınmış tacir eyni zamanda aktyor idi. Azərbaycan milli realist aktyor məktəbinin banisi məhz Cahangir Zeynalov olub. İlk yeganə övladı olanda arzu edib ki, qızı onun sənətini davam etdirsin. Ancaq bu arzusunun gerçəkliyini görmək ataya nəsib olmayıb.

1918-ci ilin mart ayında erməni daşnakları Bakıda kütləvi qırğınlar törədəndə Cahangir Zeynalov ailəsi ilə İrana yollanıb. Sentyabrda Bakıya qayıdanda gəmidə yatalaq xəstəliyinə tutulan Cahangir Zeynalov qısa müddətdən sonra rəhmətə gedib. Onda balaca Nəsibənin iki yaşı vardı. Böyüdükdən sonra o, atasının arzusunu inamla həqiqətə çevirib. Nəsibə Zeynalova Azərbaycan realist aktyor məktəbinin ən layiqli nümayəndələrindən biri kimi formalaşıb şöhrətlənib.

Yaradıcılığının mayası gülüş musiqi ilə yoğrulmuş Nəsibə xanım orta məktəbdən rəqqasəlik etmiş, milli oyun havalarının mürəkkəb lirik incəliklərinə yiyələnmişdi. 1932-ci ildə Rza Təhmasibin dram dərnəyinə üzv olub. 1937-ci ildə Bakıda, 1934-cü ildən mövsümi (aprel ayından oktyabr ayına kimi) fəaliyyət göstərən səyyar Kolxoz Sovxoz Teatrında aktrisa işləməyə başlayıb. Bu teatr Bakıda truppa toplayır, özünə repertuar qurur, aprel ayından başlayaraq kənd təsərrüfatının qızğın çağında rayonlara gedib tamaşalar oynayırdı.

Bir il burada aktrisalıq edən Nəsibə xanım 4 aprel 1938-ci il-də yenicə yaranan Azərbaycan Dövlət Musiqili Komediya Teatrının truppasına birinci dərəcəli aktrisa götürülüb. Həmin il Bakı Teatr Məktəbinə daxil olaraq aktyorluq təhsili alıb.

 

Təhsil illəri

 

Aleksandr Tuqanovdan, Məhərrəm Haşımovdan, Ağasadıq Gəraybəylidən dərs alan Nəsibə Zeynalova texnikumda oxuyarkən Katarina (“Şıltaq qızın yumşalması”, Uilyam Şekspir), Elvira (“Don Juan”, Jan Batist Molyer), YelizavetaMariya Stüart”, Fridrix Şiller) rollarını oynayıb.

Ömrünü Musiqili Komediya Teatrı ilə bağlayan aktrisa sənət ocağının müəyyən fasilələrlə truppa, Filarmoniyanın nəzdində dəstə-ansambl şəklində fəaliyyət göstərdiyi illərdə kollektivdən ayrılmayıb. Aktrisa Azərbaycan klassik operettalarının tamaşalarında Gülpəri, Cahan xala, SənəmƏr arvad”, “Arşın mal alan” “Məşədi İbad”, Üzeyir bəy Hacıbəyov), Mələk xanım Kələk xanımƏlli yaşında cavan”, Zülfüqar bəy Hacıbəyov) kimi xarakterik səhnə obrazlarında çıxış edib.

Aktrisanın zəngin rollar qalereyasında tərcümə əsərlərində ifa etdiyi Kabato BarbaleKeto Kote”, Vladimir Dolidze. Tərcümə edəni Şəmsi Bədəlbəyli), Ziraldinaİki ağanın bir nökəri”, Karlo Qaldoni musiqi tərtibçisi Şəmsəddin Fətullayev), Zivər xanımMəhəbbət gülü”, türkmən dramaturqu Muxtar Hüseynov Süleyman Ələsgərov), Alma (“Şirin arzular”, Tərcümə edənləri Ə.Süleymanov Abdulla Qüdrət), Qesiya (“Tiflis nəğməsi”, Levon Cubabiriya Şota Milorova. Tərcümə edəni Adil Babayev), GülbadamQız anası”, (“Sevgilimin anası”), Georgi Xuqayev A.Ovanov) rollarının xüsusi yeri var.

 

Oynadığı rollar

 

Nəsibə Zeynalovanın yaradıcılığının ən parlaq dövrü isə çağdaş bəstəkarların müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı bir-birindən fərqlənən komik personajların ifası ilə bağlıdır. Bu baxımdan aktrisa aşağıdakı rolların əvəzsiz ifaçısı sayılır:

– XanpəriDərviş Məstəli şah”, Mirzə Fətəli Axundzadə musiqi tərtibçisi Şəmsəddin Fətullayev),

– NargiləGözün aydın”, Məhərrəm Əlizadə Fikrət Əmirov),

– Şərəf NisəDurna”, Süleyman Rüstəm Səid Rüstəmov),

– Məsmə (“Toy kimindir?”, Məhərrəm Əlizadə Ağası Məşədibəyov),

– ZüleyxaUlduz”, Sabit Rəhman Süleyman Ələsgərov),

– TükəzHacı Qara”. Mirzə Fətəli Axundzadənin əsəri əsasında Şəmsi Bədəlbəylinin işləməsi bəstəkarlar Vasif Adıgözəlovla Ramiz Mustafayev),

– TərlanÜrəkçalanlar”, Məmməd Səid Ordubadi Fikrət Əmirov),

– ZemfiraKəndimizin mahnısı”, Kərim Kərimov Zakir Nərimanov),

– RəxşəndəQızıl axtaranlar”, Həsən Seyidbəyli Tofiq Quliyev),

– MünəvvərBir dəqiqə”, Məhərrəm Əlizadə Hacı Xanməmmədov),

– Kəblə FatmaHacı Kərimin Aya səyahəti”, Qulamrza Mahmudu ilə Əbülfəz Hüseyni Azər Rzayev),

– Şölə xanım, Xeyransa, MatanÖzümüz bilərik”, “Sevindik qız axtarır” “Olmadı elə, oldu belə”, Şıxəli Qurbanov Süleyman Ələsgərov),

– MərcanSəndən mənə yar olmaz”, Məhərrəm Əlizadə Əşrəf Abbasov),

– Cəhri xalaAltı qızın biri Pəri”, Məhərrəm Əlizadə Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),

– ƏsınətEv bizim, sirr bizim”, Novruz Gəncəli Şəfiqə Axundova),

– Cənnət xalaQaynana”, Məcid Şamxalov Zakir Bağırov),

– GülyanaqHaradasan, ay subaylıq?”, Salam Qədirzadə Süleyman Ələsgərov),

– Fatma xalaAxırı yaxşı olar”, Rəfiq Zəka Xəndan Ramiz Mustafayev),

– RəxşəndəBir dəqiqə”, Məhərrəm Əlizadə Hacı Xanməmmədov),

– Zeynəb, CəmiləBoşanaq, evlənərik” “Nənəmin şahlıq quşu”, Əliağa Kürçaylı Vasif Adıgözəlov),

– CəlbiBeş manatlıq gəlin”, Məmməd Səid Ordubadi Səid Rüstəmov),

– SəltənətDağlar qoynunda”, Ədil İsgəndərov Əşrəf Abbasov),

– QızbacıHicran”, Sabit Rəhman Emin Sabitoğlu),

– NazxanımNazxanım naz eləyir” Məhərrəm Əlizadə Nazim Əliverdibəyov),

– GüləndamQonşumuzda bir oğlan var”, Məhərrəm Əlizadə Ramiz Mustafayev),

– FatmaHəyətim mənim, həyatım mənim”, Cahangir Məmmədov Tofiq Bakıxanov ilə Nəriman Məmmədov),

– BallıQızıl toy”, Ramiz Heydər Oqtay Kazımov),

– QəmərNəğməli Könül”, Xalidə Hasilova Emin Sabitoğlu)

Xüsusilə, Cənnət xala, Nargilə, Züleyxa rolları zəngin ifadə vasitələri, yumorun milliliyi, təbii reallığı ilə səhnəmizin nadir inciləri sırasında durur. Azərbaycan televiziyasında onlarla yumoristik səhnəciklərdə, teletamaşalarda, intermediyalarda çıxış etmiş Nəsibə Zeynalova həmçinin “Azərbaycanfilm”in çoxlu ekran əsərlərinə çəkilib. Kino obrazları içərisində FatmanisəÖgey ana”), TelliBöyük dayaq”), ZüleyxaUlduz”), Cənnət xalaQaynana”), GülsümMolla Fətəlinin sərgüzəşti”), Əsli xalaBəyin oğurlanması”) rolları daha canlı daha şöhrətlidir.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb.

“Hicran” musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır (1974).

1974-cü ildə Rauf Kazımovski onun yaradıcılığı barədə “Aktrisanın təbəssümü” televiziya filmi çəkib.

Nəsibə Zeynalovanın obrazları həyatiliyi real bədii təsvirləri ilə həmişə orijinal görünüb. Aktrisa gözlənilməz, ancaq mənalı ifadəli, dadlı şirəli ifadə vasitələrilə cilvələnən improvizənin mahir ustası idi.

Rəqs, mahnı (yaxud reçitativ) hərəkətlərdən eyni epizodda, hətta eyni məqamda yüksək peşəkarlıqla istifadə edib. Xalq yumorunun, “Qaravəlli” oyun tamaşalarının, lətifə söyləmələrinin estetik oyun-göstərmə prinsiplərindən həssaslıqla barınıb.

Tipajlığın bədii dəyərlərinə tam yiyələnməklə tipik xarakter yaratınağa üstünlük verib bu istiqamətdə obrazın məzmun-forma vəhdətini vacib şərt kimi dəyərləndirib.

Obrazın xarakterini hərəkətdə (yeriş, duruş, oturuş sairə) koloritli tərzdə verməkdə muskomediya teatrında Nəsibə xanıma tay aktrisa olmayıb.

Nəsibə xanım klassik operettalarda obrazın sözlərinə qarşı çox həssas idi təhrifə, yaxud əlavəyə qətiyyən yol verməzdi. Ancaq librettosu zəif musiqili komediyalarda ifa etdiyi rolun sözlərini dəyişər, dialoqların məntiqini gücləndirər, vəziyyətə uyğun deyimlər, cümlələr qurardı. Bu axtarış tamaşadan-tamaşaya davam edər, bəzi əlavələr olar, müəyyən ixtisarlar aparılar, tapıntılar cilalanardı.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi.

Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip meyarlarını pozmurdu.

Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

 

Məmməd MİRZƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

 

Hürriyyət.- 2021.- 5-7 iyun.- S.14.