Onun yaradıcılığı Üzeyir

Hacıbəylinin diqqətini cəlb etmişdi

 

Dahi bəstəkarımız tərəfindən Bakıya dəvət edilən Əşrəf Abbasovun həyat və yaradıcılığı

 

Əşrəf Abbasov 1920-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi tarix ixtisası üzrə Şuşada bitirmişdir. 1948-ci ildə Azərbaycan Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir. Əşrəf Abbasovun fəaliyyətinin bir sahəsi musiqi elmi ilə bağlı olmuşdur. Azərbaycan musiqisinin nəzəri problemlərini araşdıran tədqiqatçı-alim 1952-ci ildə MoskvadaÜzeyir Hacıbəyov onunKoroğluoperasımövzusunda dissertasiya işini müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdür.

1953–1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1957–1972-ci illərdə Bəstəkarlıq kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Əşrəf Abbasov 1965-ci ildə ilk Azərbaycan uşaq baletiQaraca qız”ı yazmışdır. O, fortepiano orkestr üçün konsertin (1946), simfonik orkestr üçünKonsertino”nun (1948), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərin xor mahnı, romansın müəllifidir.

Musiqi sahəsindəki xidmətlərinə görə 1963-ci ildə bəstəkaraAzərbaycanın Əməkdar incəsənət xadimifəxri adı verilmişdir.

1968-ci ildə Əşrəf Abbasova professor elmi rütbəsi verilmişdir.

Qeyd edək ki, görkəmli bəstəkar, xalq artisti, professor Əşrəf Abbasov Azərbaycan mədəniyyətinin inkişafında özünəməxsus cəfakeşlik xidmət göstərmiş sənətkar idi. O, Şuşa doğulsa ilk musiqi təhsilini burada alaraq, tar ixtisasına yiyələnmişdi. Amma elə uşaqlıqdan özü müəyyənləşdirmişdi ki, bəstəkar olacaq. Musiqiyə olan marağı onu gənc yaşlarında tar üçün kiçikhəcmli, birsəsli texniki pyeslər yazmağa həvəsləndirib. Tez-tez Şuşaya gələn Üzeyir Hacıbəyli gənc musiqiçinin yaradıcılığı ilə tanış olduqda onu konservatoriyada oxumağa dəvət etmişdi. Beləliklə, Şuşadan qanadlanan arzular Bakıda reallığa çevrildi.

1948-ci ildə konservatoriyanı, sonra Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirən Əşrəf Abbasov həyatı boyu Şuşada mənimsədiyi ənənəyə Üzeyir bəydən öyrəndiklərinə sadiq oldu. O, xalq musiqisinə yaradıcılıqla yanaşmağı bunu öz əsərlərində professional şəkildə həyata keçirməyi bacardı. Azərbaycan musiqi mədəniyyətində Əşrəf Abbasovun yeri həqiqətən ayrıdır. O, milli musiqimizin zənginləşməsinə, ona yeni əlavələr edilməsinə, daha da təravətli olmasına çalışdı. Həmişə axtarışda olan bəstəkarın yaratdığı əsərlər janr rəngarəngliyi ilə seçilir, orijinallığına görə dövrün bütün məşhur musiqi nəzəriyyəçiləri tərəfindən birmənalı olaraq qəbul edilirdi. Bəstəkar Əfrasiyab Bədəlbəyli yazırdı: “Həqiqi bəstəkar olmaq üçün üç əsas amilə yiyələnmək zəruridir: istedad, zəhmətsevərlik, bəstəkarlıq texnikasını yüksək səviyyədə mənimsəmək. Lakin bəstəkarın yaradıcılığını daha yüksək səviyyəyə qaldıran, onu dinləyiciyə sevdirən bir vacib cəhət var: ideya saflığı, məfkurə təmizliyi, xəlqilik prinsiplərinə riayət”. Sanki bu müdrik sözləri o, məhz Əşrəf Abbasovu nəzərdə tutaraq demişdi.

Çoxcəhətli yaradıcılığa malik olan Əşrəf Abbasov gözəl romanslar müəllifi idi. Füzulinin, Vaqifin, Mikayıl Müşfiqin sözlərinə bəstələdiyi musiqilər öz həzinliyi, yüksək emosionallığı, poetik mətnlə vəhdəti ilə diqqət çəkirdi. Bir sıra mahnıların da müəllifi olan Əşrəf AbbasovunHeyran olmuşam”, “Oxu, bülbül”, “Qurban olduğum”, “Ceyranım, gəl başqa romansları, mahnıları uzun illərdir məhəbbətlə ifa edilir. Onun yaradıcılığında simfonik əsərlərin xüsusi yeri var. Əşrəf Abbasov ən çox simfonik poemaya üstünlük verib. Şuşa”, “Gələcək gün”, “Dramatik poemabəstəkarın ən kamil simfonik əsərlərindən sayılır. O, simfonik orkestr üçün bir sıra süitalar da yazmışdı. Yaradıcılığının zirvəsi isəQaraca qızbaletidir. Bu balet həm uşaqlar üçün yazılmış ilk böyük səhnə əsəridir. 1968-ci ildə Azərbaycan Dövlət Opera Balet Teatrının səhnəsində tamaşaya qoyulmuşQaraca qızyazıçı Süleyman Sani Axundovun eyniadlı hekayəsi əsasında hazırlanmışdı. Baletin libretto müəllifi isə xalq artisti Əfrasiyab Bədəlbəyli idi. Elə tamaşanın ilk dirijoru da bəstəkarın özü olmuşdu.

Bu balet haqqında mətbuatda yazılanlardan bəlli olur ki, “Qaraca qızhəqiqətən klassik balet ənənələrinin ən gözəl nümunələrindən biridir. Xüsusilə baletmeyster Qəmər Almaszadə bir xoreoqraf kimi əsərə yüksək bədii zövq əks etdirən quruluş verməyə nail ola bilmişdi. Bu yaradıcılığın vəhdətindən doğanQaraca qızisə Azərbaycan musiqi tarixinə uğurlu balet kimi düşərək Əşrəf Abbasovun adını ilkinlər sırasına yazdı. Bu baletə təkcə uşaqlar deyil, böyüklər maraqla tamaşa edərdilər.

Musiqili Komediya Teatrında tamaşaya qoyulan əsərlərə Əşrəf Abbasov musiqi tərtibatı verərdi. Səndən mənə yar olmaz”, “Dağlar qoynunda”, “Həyətim mənim, həyatım mənimkomediyalarına yazdığı musiqi ifadəliyi, coşqunluğu, lirizmi ilə seçilirdi. O, bir bəstəkar kimi tamaşa müəlliflərinin ideyalarının musiqidə əks olunmasına çalışırdı demək olar ki, buna nail olurdu. O dövrdə bu əsərlərdə həm bu gün yerləri bilinən çox görkəmli, korifey sənətkarların iştirak etməsi tamaşaların uğurlu alınmasına səbəb olurdu. Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Mobil Əhmədov, Məmməd Sadıq Nuriyev kimi görkəmli aktyorlarla tamaşa müəlliflərininistər bəstəkar, rəssam, dramaturq olsun, istərsə rejissor, – fərq etməzdi. Birlikdə səmərəli şəkildə çalışmaq səhnə əsərlərinə rövnəq ömür gətirirdi. Bəlkə elə bu səbəbdəndir ki, bu gün ötən əsrin 70-ci illərindəki teatr aləminə bir nostalgiya var.

Əşrəf Abbasovun fəaliyyətində bəstəkarlıqla yanaşı, elmi araşdırmalar pedaqoqluq işi eyni dərəcədə davam edirdi. O, 1952-ci ildə MoskvadaÜzeyir Hacıbəyov onunKoroğluoperasımövzusunda dissertasiya müdafiə edərək sənətşünaslıq namizədi alimlik dərəcəsinə layiq görülmüşdü. Burada bir məsələni xatırlatmaq yerinə düşür ki, Əşrəf Abbasov respublika bəstəkarları arasında həm ilk sənətşünaslıq namizədi idi. Onun elmi işlərinə, müxtəlif jurnal məcmuələrdə çap olunan məqalələrinə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində maraq göstərirdilər. O, Azərbaycan musiqişünaslarının bu sahədə hazırladıqları bir çox elmi kitabların da redaktoru olmuşdur. Əşrəf Abbasov həm görkəmli pedaqoq idi. O, əvvəlcə Asəf Zeynallı adına Musiqi Texnikumunun direktoru olmuşdur. Uzun illər isə Azərbaycan Dövlət Konservatoriyasında çalışmışdı. O, bu ali məktəbin rektoru, Bəstəkarlıq kafedrasının müdiri vəzifələrini ləyaqətlə yerinə yetirmişdir.

Adı musiqi tariximizə əbədi həkk olan bəstəkar, musiqişünas, pedaqoq Əşrəf Abbasovun xidmətləri layiqincə qiymətləndirilmişdir. O, Azərbaycanın əməkdar incəsənət xadimi, xalq artisti idi. Əşrəf Abbasov bir vaxt adi müəllim kimi işə başlayıb tələbələr yetişdirdiyi konservatoriyanın ən nüfuzlu professoru kimi hörmət izzət qazanmışdı.

…O, əlinə ilk dəfə tar almışdı. Elə musiqi sahəsində fəaliyyətə tarla başlamışdı. Amma bu dünyanı tərk edəndə o, Azərbaycanın məşhur bəstəkarı idi! Şirmayı dillərdə onun min həvəs arzu ilə bəstələdiyi müxtəlif janrlı musiqilər ifa olunurdu. Üzeyir Hacıbəylinin xeyir-duası ilə bu sənətə gələn Əşrəf Abbasov unudulmaz müəlliminin çox ləyaqətli davamçısı olduğunu özünün yaradıcılığı ilə təsdiq etdi. Elə əsərlərə imza atdı ki, bu gün unudulmazlar sırasında əzəmətlə dayananlardan biri məhz bəstəkar Əşrəf Abbasovdur!

Xatırladaq ki, Əşrəf Cəlal oğlu Abbasov 1992-ci ildə Bakıda vəfat etmişdir.

 

Hazırladı: Məmməd MİRZƏLİYEV

 

Hürriyyət.- 2021.- 12-14 iyun.- S.14.