Şuşada doğulduömrü

boyu bu şəhəri tərk etmədi

 

Mir Möhsün Nəvvabın həyat yaradıcılığı

 

Mir Möhsün Nəvvab 1833-ci ildə Şuşada anadan olub. O, Şuşa şəhərində yaşayıb-yaratmış şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş, tarixçi, xəttat musiqişünas azərbaycanlı alim kimi tanınıb.

 

XIX əsrin ortalarında Azərbaycanın hər yerində kapitalist münasibətləri cücərən yeni təfəkkür yaranan bir zamanda orta əsrlərə məxsus elmi biliklər sisteminə sahib ensiklopediyaçı alim Mir Möhsün Nəvvab bu şəhərdə yaşayıb-yaradır. Görkəmli musiqiçi, şair, rəssam, xəttat, münəccim, kimyaçı riyaziyyatçı olan Mir Möhsünü əsərlərinin məzmunu, səviyyəsi həcmi etibarilə həqiqətən orta əsrlərin sonuncu ensiklopedist alimləri dəstəsindən hesab etmək mümkündür. Hərçənd ki, o, Şuşanın ictimai həyatında həmişə qabaqcıl, o dövr üçün mütərəqqi mövqelərdə durmuşdur.

İndi Mir Möhsün Nəvvabı ilk öncə musiqişünas, Azərbaycan dilində yazılmışVüzuhül-ərqam” (“Rəqəmlərin izahı”) risaləsinin müəllifi kimi tanıyırlar. Ən yaxşı klassik ənənələr ruhunda qələmə alınmış həmin əsər Şərqdə bu qəbildən yaradılmış son risalələrdən biridir. Azərbaycanda isə, Nəvvab sonuncu kimyagərlərdən, münəccimlərdən köhnə məktəbə mənsub rəssamlardandır.

O, 1833-cü ildə Şuşada Hacı Seyid Əhmədin ailəsində doğulmuş bütün ömrü boyu doğma şəhərindən kənara çıxmamışdır. İlk təhsilini ruhani məktəbində alan Nəvvab ərəb, fars, türk dillərini mükəmməl mənimsəmiş, sonra isə Abbas Sarıcalı mədrəsəsində astronomiya, kimya, riyaziyyat digər elmlərin əsaslarına yiyələnmişdir.

Uzun ömrü boyunca Nəvvab Şuşanın mədəni ictimai həyatında fəal iştirak edib. Şerlər yazmış, özünün açdığı mətbəədə kitablar nəşr etmiş, məktəblərdə dərs demiş, elm incəsənətin müxtəlif sahələrinə həsr olunmuş iyirmidən artıq kitab yazmış, “Məclisi-fəramuşanadlı ədəbi, “Məclisi-xanəndəadlı musiqi məclisləri qurmuşdur. Şairlərdən Abdulla bəy Asi, Fatma xanım Kəminə, Məşədi Eyyub Baqi, Xan Qarabaği, Abdulla Həsən Şahid, ifaçı müğənnilərdən Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski başqaları həmin məclislərin üzvləri idilər. Bu cəmiyyətlər Azərbaycandakı digər eyni məqsədli məclislər ŞuşadakıMəclisi-üns”, ŞamaxıdakıBeytüs-Səfa”, BakıdakıMəcməüş-şüərailə sıx saxlayırdı.

Yaradıcılığı

Mir Möhsünün əsərləri içərisindəTəzkireyi-Nəvvabtoplusu daha artıq maraq doğurur. Burada XIX orta əsrlərdə Qarabağdan çıxmış 100-dən artıq şairin həyatı yaradıcılığı haqqında məlumatlar toplanmışdır. Təzkirə 1913-cü ildə Bakıda kitab şəklində nəşr olunmuşdur.

Nəvvab riyaziyyat, kimya astronomiya ilə maraqlanırdı. O öz evində iki teleskop qoyaraq, kiçik bir rəsədxana kimya laboratoriyası yaratmışdı. 1899-cu ildə dərslik kimi qələmə aldığıKifayətül-ətfalkitabında o, göy cisimlərinin yerləşməsi günəş tutulmaları haqda cədvəllər tərtib etmişdir. Alim kimya laboratoriyasında şagirdləri ilə sınaqlar keçirir orta əsrlərdə yaşamış kimyagərlər tərəfindən verilən nüsxələri yoxlayırdı. Nəsihətnaməəsərində cavanlara verdiyi nəsihətlərin sayı 500-dən artıq idi. Tanınmış pedoqoq alimin etik görüşləri müəyyən mənada onunKifayətül-ətfal”, “Nurül-ƏnvarPəndnaməkimi kitablarında da öz əksini tapmışdı. Qarabağ bütün Azərbaycan incəsənətinə ən böyük töhfəsini isə Nəvvab heç şübhəsiz, öz bədii yaradıcılığı ilə vermişdi. Bir çox akvarel rəsmləri, kitab miniatürləri bir neçə bina məscidə vurduğu naxışlər bizə yadigar qalmışdır.

Mir Möhsün Nəvvabın məşhur musiqi traktatı Vüzuhül-ərqam ilk dəfə 1913-cü ildə Bakıda nəşr olunmuşdur (Onun musiqiyə həsr etdiyi Kəşfül-həqiqəti-məsnəvi əsəri məlumdur). Həmin risaləsində Mir Möhsün ayrı-ayrı muğamların, bəzi dəstgahların mənşəyi onların adlarının kökü haqqında məsələləri araşdırır, muğamların şer mətnləri ilə əlaqəliliyi, ifaçı ilə dinləyicinin qarşılıqlı münasibətləri, akustika baxımından onların optimal yerləşməsi problemlərinə toxunur. Nəvvab ilk dəfə olaraq, dəstgah terminindən istifadə edir, o vaxt Qarabağda məlum olan altı dəstgahın adını çəkir: Rast, Mahur, Şahnaz, Rahavi, yaxud Rahab, Çahargah Nəva. Nəvvabın sözlərinə əsasən, ifa olunan dəstgahın tərkibi bir çox hallarda ifaçının zövqündən qabiliyyətindən asılı olur. Alim həmin əsərində Qarabağ musiqiçiləri tərəfindən ifa olunan 82 mahnı muğamın adını çəkir. Mir Möhsün bir neçə muğamın mənşəyini onların adının etimologiyasını araşdırır. Belə ki, Azərbaycan, Nişapur, Zabuli, Bağdadi, Şirvani, Qacarı, Şah Xətai başqa muğamların adlarını onların yaranmasında rol oynamış şəxslərlə yer adları ilə əlaqələndirir. Rast muğamını bahar mehi, Rəhavini yağış damlaları, Çahargahı ildırım çaxışı, Dügahı fontan vuran bulaqlarla, Humayunu quşların uçuşu, Nəvanı bədbəxt sevgililərin ah-naləsi, Mahuru suların şırıltısı, Şahnazı bülbüllərin cəh-cəhi, Üşşaqı quşların havada süzməsi, Üzzalı meteoritlərin hərəkəti ilə əlaqələndirir.

Muğamların emosional təsiri haqqında Nəvvab yazır ki, Üşşaq, Busəlik Nəva şücaət hünər göstərməyə ruhlandırır, Bozarq, Rahavi, Zəngulə, Zirəfkəndi, Hüseyni kədərli duyğular oyadır. Nəvvab musiqinin müalicəvi əhəmiyyəti barədə bir sıra maraqlı fikirlər söyləyir. Əsər bu sözlərlə bitir: “Bu risalə Vətən elminin qüdrətini artırmaq məqsədilə yazılmışdır.”

Ömrünün bir neçə onilliyini Nəvvab yaradıcılığının tədqiqinə həsr etmiş musiqişünas Zemfira Səfərova yazır: “Vizuhül-ərqam keçən əsrdə yalnız Azərbaycanda deyil, bütün Şərq ölkələrində muğam ifaçılığının musiqi incəsənətinin vacib məsələlərindən bəhs edən qiymətli bir musiqi əsəridir.”

Nəvvab 1918-ci ildə Şuşa şəhərində dünyasını dəyişəndə artıq Azərbaycanda onun hüdudlarından qıraqlarda yaxşı tanınırdı.

 

Təqdim etdi: Məmməd MİRZƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

 

Hürriyyət.- 2021.- 9-10 mart.- S.14.