Əhməd bəy Ağaoğlu Avropada qalmaq

təklifindən niyə imtina etmişdi…

 

19 may Azərbaycan Türkiyənin milli düşüncə mücadilə tarixində önəmli yeri olan dahi mütəfəkkir, istedadlı qəzetəçi, bənzərsiz ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun anım günüdür.

M.Ə. Rəsulzadənin onun vəfatı ilə əlaqədar 1939-cu ilin mayında qələmə aldığı aşağıdakı cümlələr Əhməd bəyin ömür mübarizə yolunu, fikrimizcə, tam dolğun əks etdirir:

Əhməd bəyin şəxsində biz, türk təfəkkür yazısnın ən canlı həyəcanlı bir simasını, Avropa qəzetəçiliyinin Şərqdə çox qüvvətli bir nümayəndəsini Yaxın Şərqdəki tarixi Avropalaşma hərəkatının ən səmimi ideoloqunu qayb etdik.

Onunla əməkdaşlıq etmiş bir adam sifətilə, mərhumun əsrin başlanğıcındakı qəhrəmancasına çalışmalarına yaxından aşına bir adam sifətilə söyləyə bilərəm ki, o zamankı qızğın sənələrdə Əhməd Ağaoğlu qədər heç bir adam milli hərəkat milli dava cəbhəsinin atəş xəttində bulunmamışdır.

Bütün düşmən propaqandaçılarının o dövrdə ən çox vurduqları hər türlü ittihama hədəf aldıqları şəxsiyyətƏhməd Ağaoğlu idi”.

1894-ci ildə Parisdə təhsilini başa vurub vətənə dönən Əhməd bəy Ağaoğlu öncə Tiflisdə yaşamağa qərar verir. O, yerli gimnaziyada fransız dilindən dərs deyir, eyni zamanda da, “Kavkazqəzeti ilə əməkdaşlığını davam etdirir. Maraqlıdır, o dönəmin görkəmli filosof şərqşünaslarından biri olan Ernest Renan tələbəsi Əhməd bəyə təhsilini başa vurduqdan sonra həmişəlik Avropada qalmağı məsləhət görür:

Sən dünya miqyaslı alim olmaq imkanına malik bir insansan, məmləkətinə qayıtma. Şərq səni udacaq”.

Ə.Ağaoğlunun sevimli müəlliminin bu təklifinə cavabı isə qısa qəti olmuşdu: “Şərqin oxumuş insanlara ehtiyacı var. Sizdən öyrəndiklərimi məmləkətimdəki soydaşlarıma öyrədəcəyəm”.

Bu baxımdan Tiflis, Qafqazın siyasi mədəni mərkəzi olsa da, Azərbaycanın hüdudlarından kənarda yerləşirdi. Əhməd bəy isə vətəninə xidmət etmək istəyi ilə geri dönmüşdü. Bunun üçün isə xalq kütlələrinin içində, onlarla birbaşa təmasda olmaq gərək idi. Görünür ki, elə bu səbəbdən , o, iki il Tiflisdə yaşadıqdan sonra, 1896-cı ildə doğma Şuşaya qayıtmaq qərarına gəli.

Əhməd bəy Şuşada, yerli realnı məktəbdə müəllimlik etməyə başlayır. Azərbaycanın görkəmli dövlət xadimi yazıçısı Yusif Vəzir Çəmənzəminli həmin illərdə bu məktəbdə təhsil alırdı. O xatırlayır ki, təhsil müəssisəsindədirektor bütün müəllimlər rus idi. Yalnız fransız dilindən Əhməd bəy, alman dilindən isə bir erməni müəllim dərs deyirdi. Müəllimlərin arasında erməninin olması tamamilə təbii idi, çünki onlara icazə verilirdi, türklər isə belə bir hüquqa malik deyildilər. Bu səbəbdən, Əhməd bəyin müəllimliyi istisna idi”.

Ə.Ağaoğlu pedaqoji fəaliyyətlə kifayətlənməyərək, şəhərin ictimai-mədəni həyatında fəal iştirak edir, imkanı daxilində xalq kütlələrinin maarıflənməsinə yerli müsəlman toplumunun tərəqqisinə yardım göstərməyə çalışır. Məsələn, Şuşanın türklər yaşayan hissəsində ilk qiraətxana kitabxananın əsasını 1896-cı ildə Əhməd bəy qoymuşdu. Bu fəaliyyətinə görə həmyerliləri onuFirəng Əhməddeyə çağırırdılar.

Aydındır ki, Ə. Ağaoğlunun bu fəaliyyəti patriarxal adət-ənənələrin hələ hökmranlıq etdiyi Şüşa kimi bir əyalət şəhərində müəyyən dairələri açıq-aşkar qıcıqlandırırdı. Xüsusilə ona görə ki, Avropada təhsili almış Əhməd bəy, eyni zamanda, islam dinibilicimütəxəssis”lərinə dərs vermək fürsətini əldən qaçırmırdı. Üstəlik, Əhməd bəy sadəcə savadlı zəkalı deyildi, həm istəniklən situasiyada özünü müdafiə etmək iqtidarında olan fiziki cəhətdən güclü bir insan idi.

Y.V. Çəmənzəminli yazır ki, Əhməd bəyislam türk tarixinə hər kəsdən artıq vaqif idi... Məclisdə danışanda håç bir mîlla cəsarət ådib înun fikirlərinə qarşı çıxa bilmirdi. Əhməd bəy sərt əsəbi bir adamdı, bilxassə bəylərin qudurğanlıqlarına dözə bilməzdi, înlarla bir məclisdə qarşı-qarşıya gəldimi, həmişə dalaşardı, həmişə tapançasını hazır saxlardı”.

Bu bəylər əqli, mənəvi fiziki baxımdan özlərindən qat-qat üstün olan Əhməd bəylə açıq təkbətək qarşıdurmada gücsüz olduqlarını yaxşı anlayır müxtəlif iyrənc üsüllarla ondan intiqam almağa çalışırdılar. Belə ki, bir gün înu təhqir åtmək məqsədilə klubdan şapkasını paltîsunu îğurlatmışdılar o, åvinə başıaçıq dönməyə məcbur îlmuşdu.

Əhməd bəy Qarabağın tanınmış nəsillərindən birinin nümayəndəsi olan Əbdürrəhman Vəzirovun qızı Sitarə xanımı məhz Şuşada görüb sevmişdi. Lakin Sitarə xanımın olduqca tərs şıltaq qadın olan anası öz qızını adət-ənənələrə, eləcə , mövcud dini normalara qarşı çıxanFirəng Əhməd”ə verməkdən qətiyyətlə imtina etmişdi.

Bu izdivac yalnız Sitarə xanımın anasının vəfatından sonra, 1902-ci ildə baş tutdu. Sitarə xanım ömrünün sonunadək Əhməd bəyə sadiq vəfalı həyat yoldaşı oldu. Baxmayaraq ki, Səməd Ağaoğlunun da qeyd etdiyi kimi, valideynləri tamamilə fərqli xarakterlərə malik idilər. Sərt, əsəbi, şıltaq xasiyyətli Əhməd bəydən fərqli olaraq, Sitarə xanım yumşaq üzüyola təbiətə sahib idi, öz hiss həyəcanlarını cilovlamağı bacarırdı. Sitarə xanım məhz bu keyfiyyətləri sayəsində, ərinin mürəkkəb təbiəti səbəbindən mütəmadi olaraq ortaya çıxan problemləri yoluna qoymağı, ailədə rahatlıq hüzuru təmin etməyi bacarırdı. Üstəlik, Səməd Ağaoğlunun vurğuladığı kimi, “otuz üç sənəlik yoldaşlığında, ta gözlərini əbədi olaraq qapamasından yarım saat əvvəlinə qədər, ərinin ən qüvvətli mücadilə dayağı oldu”.

Səməd Ağaoğlu yazır ki, “anam, hamımız üçün fırtınalı dənizlərdən qaçaraq sığındığımız xoşbəxtlik dincəlmə limanıydı”.

 

Aydın Balayev,

tarixçi

 

Hürriyyət.- 2021.- 27-28 may.- S.13.