Əmək kitabçası olmadan yaşadı…

 

Ənvər Börüsöyun yoxluğu millətimiz dövlətimiz üçün böyük itkidir

 

 Onun haqqında keçmiş zamanda yazmaq, cismani yoxluğunu qəbul etmək çox çətindir. Əminik ki, Tanrı dərgahına qovuşması ilə içimizdə yaratdığı boşluq heç vaxt da dolmayacaq. Həftələr, aylar keçəcək, hər dəfə qəzet çapa hazırlananda Ənvər Börüsoyun zəng vurub, “gözəl insan, yazıları göndərdim” (bir-birimizə belə müraciət edərdikmüəl.), – deməsini gözləyəcəyik. Necə ki, həmin telefon zəngləri 17 ildir aramsız şəkildə daxil olurdu. Bu illər ərzində cəmi iki dəfəənənəpozulmuşdu: bir neçə il əvvəl müalicə məqsədilə İrana gedəndə ölümündən bir gün öncə

Ənvər Börüsoy olduqca sərbəst müstəqil düşüncəli insan idi. Onu heç bir çərçivəyə salmaq mümkün deyildi. Görünür, elə bu səbəbdən heç vaxt rəsmi yeri olmamışdı. Hətta bir dəfə tanışlardan biri, “Ənvər, sən təkbaşına bu qədər görə bilməzsən, yəqin ki, arxanda hansısa bir güc var”, – deyə söz atanda, “mənim heç vaxt əmək kitabçam olmayıb”, – cavabını vermişdi

Daimi yeri kimiHürriyyət”də çalışsa da, çox nadir hallarda yazılarını redaksiyada yazardı. Evdə həmişə gecə saatlarında işləyərdi. Bu səbədən , çox vaxt məqalələrini qəzetimizin elektron poçtuna gecə saat 2-3-də, bəzən isə səhərə yaxın göndərərdi. Günorta saatlarında isə zəng vuraraq, yazıları göndərdiyini xəbər verərdi

4-5 il öncədən ağciyər xərçənginə tutulduğunu bilsə , bunu uzun müddət yaxınlarından dostlarından gizli saxlamışdı. Heç kimin onun halına acımasını istəməzdi. Təxminən iki il əvvəl İrana müalicəyə getdiyini bilirdik. Hansı xəstəlikdən əziyyət çəkdiyini soruşduqda, ciddi bir şey olmadığını demiş, sualdan yayınmışdı. Biz çox israr etməmişdik. Çünki onun ağır xəstəliyə tutulduğunu ağlımıza belə gətirə bilməzdik.

Əksər hallarda işə piyada gedib-gələrdi. Bizə məsləhət bilirdi ki, sağlam olmaq, cavan qalmaq istəyirsinizsə, piyada çox gəzin. Həkimə getməyin tərəfdarı deyildi. Deyirdi ki, ən yaxşı müalicətürkəçarəüsuludur. Hər bir xəstəliyin çarəsini bilirdi. Bütün bunlardan sonra, Ə.Börüsoyun öz dərdinə çarə tapmayacağını necə düşünə bilərdik?!

Bu yazının mövzusu olmasa da, əminliklə deyə bilərik ki, onu ağciyərini sarmış xərçəng deyil, Azərbaycan səhiyyəsi öldürdü. Ölümündən bir neçə həftə əvvəl özü bu haqda danışmışdı. Etiraf etmişdi ki, bir neçə il İranda kimyaterapiya seansı alıb. Deyirdi ki, hər seansdan sonra Bakıya çox gümrah şəkildə qayıdıb. Ötən il pandemiya səbəbindən İrana gedə bilmədiyindən, Azərbaycanda kimyaterapiya qəbul etmişdi. Üzülərək bildirirdi ki, İrandan fərqli olaraq Bakıda həkimlər ilk növbədə onun xəstəliyi ilə deyil, pulunun olub-olmaması ilə maraqlanıb. Üstəlik, seans üçün yetərli vəsait ödənsə , kimyaterapiyadan sonra halı pisləşmişdi. Səhv etmirəmsə, iki gün komada qalmışdı. Özünə gəldikdən sonra bunun səbəbi ilə maraqlınmış bu zaman məlum olmuşdu ki, kimyaterapiya zamanı keyfiyyətsiz yararlılıq müddəti keçmiş dərmanlardan istifadə olunub. Həkim bu xəbərin mediaya çıxacağından ehtiyat edərək, bütün məsuliyyəti tibb bacısının üstünə atmış növbəti seansa özü nəzarət etmişdi

Həmişə bir yaxınımız, tanışımız rəhmətə gedəndə özümüzə onunla təsəlli veririk ki, Allah-təalanın yazdığı ömürdür, demək, bura qədər yaşamalıymış. Amma bir daha əminliklə qeyd edirik ki, Ənvər Börüsoyu Azərbaycanın yarıtmaz səhiyyə sistemi məmur biganəliyi öldürdü. Müalicə xərclərini qarşılamağa çətinlik çəksə , özünüsındırıb”, kimsədən kömək istəmirdi. Nəhayət, ardıcıl israrlardan sonra ölkə rəhbərliyinə müraciət olunmasını qəbul etmişdi. Azərbaycanın əksər media orqanlarının rəhbərləri, tanınmış jurnalistlər bu müraciətə imza atmışdılar. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya ünvanlanan müraciət rəsmi qaydada göndərilməklə yanaşı, “Hürriyyətqəzetində başqa bir neçə saytda dərc olunmuşdu.

Həmin müraciət ikinci Qarabağ savaşının qızğın vaxtına təsadüf etdiyindən, obyektiv səbəblərdən dərhal reaksiya verilməmişdi. Təxminən iki həftə sonra Səhiyyə Nazirliyinin xanım əməkdaşı Ənvər Börüsoya zəng vuraraq, sanki bütün müalicə xərcləri onun cibindən çıxacaqmış kimi, çox kobud tərzdə ünvanını soruşmuşdu. Məmur xanımın bu rəftarı onu incitsə , müharibə getdiyindən yaralı əsgərlərimizin sayı çox olduğundan, nazirlik əməkdaşına özlüyündəhaqqda qazandırırdı. Savaş bitdikdən sonra isə məlum oldu ki, Mehriban xanım onun müalicə xərclərinin qarşılanması ilə bağlı göstəriş veribmiş.

Bütün bunlara rəğmən, o, İrana getməyi düşünürdü. Çox inanırdı ki, İranda bir seans kimyaterapiya qəbul etdikdən sonra sağlıq durumu əvvəlkitək qaydasına düşəcək. Jurnalist dostlarından biri müvafiq sənədləri hazırlayacağına dövlət qurumlarından icazə alınmasına köməklik göstərəcəyinə söz vermişdi. Ölümündən bir neçə gün əvvəl bu haqda danışmışdıq. Dedi ki, yaxın günlərdə sənədlər hazır olacaq

Çərşənbə günü günortadan xeyli keçsə , 17 ildə ikinci dəfə qəzet üçün material göndərməmişdi. Hansısa səbəbdən yazını gec hazırlamağa məcbur olduğu halda, əvvəlcədən mütləq zəng vuracağını bilirdim. Amma Ənvər Börüsoy 17 il ərzində ikinci dəfəənənə”ni pozmuşdu. Həmin gün qəzetdə materiallar yetərincə olsa da, Ə.Börüsoyun zəng etməməsi bizi xeyli narahat etmişdi. Odur ki, səhifələr hazır olduqdan sonra ona zəng vurub, həm o gün əlavə yazıya ehtiyac olmadığını bildirmək, həm səhhəti ilə maraqlanmaq istədim. Uzun illər ərzində onun telefonunu ilk dəfə həyat yoldaşı Afaq xanım götürəndə, artıq Ənvər Börüsoyun sağalma şansının olmadığını hiss etmişdim. Afaq xanımdan Ənvərin səhhətinin necə olduğunu soruşdum. Təcili yardım çağırdıqlarını dedi. Daha sonra kənardanbu gün yazı göndərə bilmədim, növbəti nömrədə iki yazı göndərəcəm”, – deyə Ənvərin güclə eşidilən səsi gəldi. Xanımı dediklərini təkrar etdikdə, səsi titrədi. Artıq hər şey bəlli idi, biz onu itirmək üzrəydik. Təbii ki, Afaq xanıma yazının önəmli olmadığını deyib, sağollaşdım.

Səhərisi günHürriyyət”in baş redaktoru Vüqar Məmmədovla birlikdə ona baş çəkməyə gedəcəydik. Saat 13:00-da redaksiyada bir qonağımız olacağı üçün, nahardan sonra getməyi qərara aldıq. Qonağı yola saldıqdan sonra Ənvərin telefonuna zəng vurdum. Son vaxtlar tez-tez xəstəxanaya getdiyindən, evdə olub-olmadığını dəqiqləşdirmək istədim. Onunla çalışdığımız illər ərzində ilk dəfə zəngimizə cavab vermədi. Artıq hər şey aydın idi, biz millət, dövlət Hürriyyətolaraq Ənvər Börüsoyu itirmişdik. Çox təəssüf ki, o, artıq bizim, sevdiklərinin çoxsaylı oxucularının heç bir zənginə cavab verə bilməyəcək. Lakin ona əminəm ki, Haqqın dərgahına qovuşmuş bir neçə dostum kimi, Ənvərin nömrəsi telefonumun yaddaşından heç vaxt silinməyəcək.

 

 

Allah sənə rəhmət eləsin, GÖZƏL İNSAN!

 

Anar HƏSƏNLİ

P.S. Son iki gündə Ənvər Börüsoyun ölümü ilə bağlı sosial şəbəkələrdə yüzlərlə status paylaşılıb, mətbuatda bu haqda çoxsaylı xəbərlər yer alıb. Hər kəs onun Türk dünyası və Türk milləti üçün əvəzsiz xidmət göstərməsindən, dövlətimiz üçün gördüyü işlərdən yazır. Bu statusları oxuduqca, mərhum Cabir Növruzun “Sağlığında qiymət verin insanlaraşeirini xatırladım…

 

Hürriyyət.- 2021.- 30 yanvar – 1 fevral. S. 3.