BƏŞƏR ÖVLADININ

HÜRRİYYƏT VƏ İSTİQLALI

 

ƏNUŞİRƏVAN İBRAHİMİ QANUNLARI VƏ

FİRİDUN İBRAHİMİ ANAYASASI!

 

Fədakarlığınız nəticəsiz qalmayıb. Məsləkinizlə, mübarizə əzminiz və şəhadətinizlə yandırdığınız milli azadlıq məşəli bu gün sizin yolunuzu davam etdirən milyonlarla türk ərənlərinin ürəyində alovlanaraq azadlıq yoluna nur saçmaqla türkün milli azadlığını addım-addım yaxınlaşdırır.

 

1. Vətəndaş anadan olduğu gündən onu milli mülkiyyətin bir hissəsini ictimailəşdirərək bu ictimai mülkiyyət vasitəsilə onun cəmiyyətdə rəsmən qəbul edilmiş minimum istehlak zənbilinin dəyəri çərçivəsində gəlir gətirən mülkiyyətlə (kapitalla) təmin etməklə yanaşı, ona cəmiyyətdə qəbul edilmiş minimum yaşayış normasına müvafiq mənzil və ya torpaq sahəsi verilir.

2. Mülkiyyətsiz vətəndaşlar yetkinlik yaşına çatanda hər kəsi qabiliyyətinə görə sahibkarlıqla məşğul olmasını təmin etmək üçün onlara qanunla müəyyən edilən miqdarda, qeyd-şərtsiz. əvəzi ödənilmədən ilkin (start) kapitalı verilməsi mexanizmləri fəaliyyət göstərir.

3. Bu və ya digər səbəbdən müflisləşmiş sahibkarları yenidən sahibkarlıq fəaliyyətinə cəlb etmək üçün onlara aşağı tarif dərəcəsi ilə kredit verilməsi mexanizmləri fəaliyyət göstərir.

4. Cəmiyyət üçün strateji əhəmiyyəti olan sahələrə kapital qoyuluşunun təmin edilməsi məqsədilə sahibkarlara bu sahələrə əlavə kapital qoyuluşu üçün faizsiz kreditlər verilməsi mexanizmləri fəaliyyət göstərir.

5. Ayri-ayrı sahibkarların maliyyələşdirmək imkanından xaric olub cəmiyyət üçün zəruri, strateji əhəmiyyəti olan istehsal, ticarət və digər xidmət obyektlərini milli büdcədən maliyyələşdirərək onların işlək vəziyyətdə aksiyalaşdırılıb vətəndaşların mövcudluğunu təmin etmək, ilkin kapital kimi onlara əvəzi ödənilmədən verilməsi və vətəndaşlara satılması mexanizmləri fəaliyyət göstərir.

Əgər ilk üç mexanizm istehsalçının (vətəndaşın) mövcudluğunu və sahibkarlıq fəaliyyətini təmin etməyə görədirsə, sonrakı iki mexanizm sahibkarlığın inkişaf edərək azad sahibkarlığa çevrilməsinə və cəmiyyətdəki iqtisadi prossesləri dövlətin iqtisadi üsullarla idarə etməsinə xidmət edir.

Bu gün hətta dünyanın elmi ictimayyətinin belə bütövlükdə hər bir iqtisadi-ictimai quruluşun əsas və həlledici elementi olan mülkiyyətin tərkib hissələri, obyektiv Mülkiyyət, Bölgü, Əmək Haqqının Ənuşirəvan İbrahimi qanunlarını, istehsal üsulunu qurmaq və onu necə dəyişdirilməsi haqqında elmi bilgisi olmadığından cəmiyyətdə mövcud olan və yeni yaranan iqtisadi, ictimai ziddiyyətlərin sivil yolla necə həll edilməli olduğunu da müəyyən etmək çətin olur. Hər bir cəmiyyətin ziddiyyətlər, toqquşmalar içərisində çalxalanmaqla inkişafdan geri qalmasının əsas və başlıca səbəblərindən biri də budur. Məqalənin həcmi imkan vermədiyindən mən ancaq məzmununu kəşf etdiyim obyektiv "Mülkiyyət, Bölgü və Əmək Haqqının Ənuşirəvan İbrahimi Qanunları"nı elmi ictimayyətin nəzərinə çatdırıram. Ən azından iqtisadçı alimlər mülkiyyət elementlərinin sahibkar ilə muzdlu arasında bölüşdürülməsi nisbəti dəyişdikcə istehsal üsulunun, yəni cəmiyyətin iqtisadi sisteminin mahiyyət etibarilə necə dəyişdiyini anlaya biləcəklər.

Obyektiv Mülkiyyət Bölgü və Əmək Haqqı iqtisadi Ənuşirəvani İbrahimi qanunlarının məzmun və formulası aşağıdakı kimidir.

Mülkiyyət qanunu: M= (L+D+A+B+K)

burada M – mülkiyyət;

L – qüvvəsi;

D – istehsalçının özünün inzibati azadlığı;

A – istehsalçının əməyinin inzibati azadlığı

B – istehsalçının əməyinin iqtisadi azadlığı;

K – istehsalçının özünün iqtisadi azadlığı.

Bölgü qanunu: F = ( P + H + V + T + Z + I + U + C)

burada F – istehsal olunan əmtəənin dəyəri;

P – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin qüvvəsinin təkrar istehsalına zəruri olan hissəsi, başqa sözlə istehsalçının qul hüququnda mövcudluğunu təmin edən dəyər;

H – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin təhkimli statusunda mövcudluğunu təmin edən hissəsi;

V – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin onun satış qiymətinə bərabər olan hissəsi;

T – izafi dəyərin şəxsi istehlaka zəruri olan hissəsi;

Z – şəxsi istehlak tələbatından artıq olan əlavə izafi dəyər;

I – istehsal vasitələrinin ilkin dəyəri;

U – izafi dəyərin istehsal vasitələrinin geniş təkrar istehsalına zəruri olan hissəsi;

C – istehsal vasitələrinin geniş təkrar istehsalına tələbatından artıq olan əlavə izafi dəyər.

Əmək Haqqı qanunu; J = (P + H + V + T + Z)

J – bilavasitə istehsalçının əmək haqqı;

P – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin onun qul hüququnda mövcudluğuna zəruri olan hissəsi.

H – bilavasitə istehsalçının əməyinin ilkin dəyərinin onun təhkimli statusunda mövcudluğuna zəruri olan hissəsi;

V – bilavasitə istehsalçının əməyinin satış qiymətinə bərabər olan ilkin dəyəri;

T – izafi dəyərin bilavasitə istehsalçının şəxsi istehlak tələbatına zəruri olan hissəsi;

Z – şəxsi istehlak tələbatından artıq olan əlavə izafi dəyər.

Mülkiyyət qanunun elementlərinin sahibkar istehsalçı arasında gedən bölgüsündə dəyişiklik bölgü qanununda da dərhal öz əksini tapır. Yəni istehsal olunan məhsulun dəyəri sahibkar ilə istehsalçı arasında mülkiyyət elementlərinin dəyişdiyi nisbətdə bölünür.

Cəmiyyətin iqtisadi sistemində baş verən hər hansı bir köklü dəyişiklik onun ictimai sistemində həndəsi silsilə efekti ilə əks olunduğuna görə bu dəyişikliklər ictimai sitemdə nəzərə alınmalıdır.

Belə ki, cəmiyyətin iqtisadi, inzibati, hüquqi, sosial təminat digər sistemləri üzvü surətdə birləşmiş vahid mexanizmlər toplusu olduğundan onların mahiyyəti eyni olmalıdır. Bunların ən azından biri, onların ümumi mahiyyətinə uyğun gəlmədikdə bütövlükdə sistemin normal fəaliyyət göstərməsi imkansızdır.

Bütün bunları bunlardan xeyli çox məsələləri cəmiyyət üzvlərinin daha çox hissəsinin anlaması üçün Turan dövlətinin yaradılmasının hazırlıq keçid mərhələsi ilə yanaşı Turan dövlətinin Anayasası olmaqda iddialı olanTuran dövlətinin Firidun İbrahimi Anayasasınınəsas müddəalarının qısa şərhini oxucuya təqdim edirəm.

 

TURAN DÖVLƏTİNİN FİRİDUN İBRAHİMİ

ANAYASININ ƏSAS MÜDDƏALARININ ŞƏRHİ

 

Ardı var

 

Şapur Qasımi

 

Hürriyyət.- 2022.- 26 iyul.- S.13.