Lənkəranda  Əbədi qəhrəmanlaraksiyası

 

“Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!”

 

44 günlük haqq savaşımızda son damla qanına qədər yağıya qarşı döyüşüb canı bahasina xalqına qələbə sevincini yaşadan Vətənin qeyrətli oğlanlardan bir Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, şəhid Vüsal Kazımovdur. İndi adı milyonların dilində iftixarla, qürurla səslənən bu, igid Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində dünyaya göz açıb. İkinci Qarabağ müharibəsi başlananda həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görən Vüsal iki ali təhsil almaqla , Lənkəran şəhər Gənclər İdman İdarəsinin nəzdində  Uşaq-Gənclər İdman Mərkəzinin direktoru vəzifəsində çalışırdı.  Vətənin harayına könüllü səs verib ölümün gözünə dik baxmaqla odlu- alovlu səngərdə yer alıb. Düşmənə ilk atəş açanda dediyi sözlərdə belə olub:”  Şəhid  qanı axmayan torpaqdan Vətən olmaz!” 

Bəli,  köksündə əsl qəhrəman ürəyi döyünən Vüsal Füzulidə, Cəbrayılda, Xocavənddə    şiddətli döyüş zamanı yüksək şəxsi rəşadət, şücaət göstərib, düşmənə böyük itkilər verib. Vətəni hər şeydən üstün tutan, yağıya qan qusduran igid ondan ürəyincə qisasını alandan sonra Şuşada şəhidlik zirvəsinə ucalıb. Özü getsə , yazdığı tarixlə torpağa gömülmədən könüllərə köç edib. Ölümündən sonra həm dövlət tərəfindənİgidliyə görə”,  Vətən uğrunda”, eləcə Füzulinin, Cəbrayılın, Xocavəndin azadlığına görə medallara 3-cü dərəcəliVətənə xidmətə görəordeninə layiq olub.

Vətən, torpaq uğrunda qanından, canından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəfdir. Bu möhtəşəm zirvənin səadətini dadanlar mənən heç zaman ölmürlər. Lənkəranın igid oğlu Vüsal da belə. İndi burada onun şərəfinə yaradılan hər bir yadigara insanlar müqəddəs varlıq kimi baxırlar. Adını daşiyan yaraşıqlı park hər gün iftixarla ziyarət olunur.

Zəfər Günü ərəfəsində isə Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin təşkil etdiyiƏbədi qəhrəmanlaraksiyası çərçivəsində Vüsal Kazımovun xatirə parkında ağac əkmə aksiyası keçirildi. Aksiyada şəhidin ailə üzvlər, balaca qızları, Lənkəran-Astara Regional Gənclər İdman İdarəsinin, eləcə Lənkəran Olimpiya İdman Kompleksinin əməkdaşları könüllü gənclər iştirak etdilər.

Söhbət zamanı bir daha bildirildi ki, Vüsal bütün lənkəranlılar üçün iftixar mənbəyi, qürur yeridir. O, elə bir qəhrəmanlıq göstərib ki, dünyanın bütün yaxşılıqlarına layiqdir. Hər dəfə onun adı çəkiləndə Vətən millət sevgisi insanın qəlbinə hakim kəsilir.

 

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 7 noyabr, ¹41.- S.12.