Natiq Qasımov - gerçək Milli Qəhrəman!

 

Tutduğu BAYRAQ bəlli, öldüyü TORPAQ bəlli

 

Azərbaycanın Milli Qəhrəmanı adı hələ kağızda gerçəkləşməyən Milli Qəhrəman Natiq Qasımovun igidliyi Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin filmdən bildiyimizlə oxşardır. Mehdi Hüseynzadə faşizmə qarşı vuruşub, Natiq Qasımov da. “Uzaq sahillərdəfilmində Mixaylo dinc sakinlərə görə, doğma yurddakı Natiq bəy Xocalı girovlarının ölümlərinin qarşısını almaq üçüntəslim olur”. M. Hüseynzadə haqqında da “satqınşayiələri yayılıb, N.Qasımov haqqında da.

Sovet DTK- (Dövlət Təhlükəsizlik Komitəsi) igid partizan Mehdi  Hüseynzadənin 1944-cü ildəki ölümündən 13 il sonra onun qəhrəmanlığını müəyyən edib elə həmin 1957-ci ildə o, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Deyilənə görə, mərhum prezident Heydər Əliyev Mehdi Hüseynzadənin təmiz adını aşkarlamaqda önəmli görüb. Natiq Qasımovun qəhrəmanlığını elə Azərbaycan Bayrağı ilə Xocalı girovlarınatəslim olduğuildə xarici jurnalistlərin foto-kameraları üzə çıxarır. Di gəl, 31 ildir layiq olduğu Milli Qəhrəman adı rəsmiləşdirilmir. Mehdi ölümləsalamlaşanda” 26 yaşında , Natiq 21 yaşında olub.

Adı rəsmiləşdirildi, rəsmiləşdirilmədi, Natiq Qasımov gerçək Milli Qəhrəman kimi tanınır. Niyə tanınmasın ? Əlində, başı üstündə tutduğu BAYRAQ bəlli, uğrunda öldüyü TORPAQ bəlli. Ölümü ilə  ölümdən qurtardığı GİROV XOCALI(LAR) bəlli.  Kim deyə bilər, Natiqin igidliyi tanınmır. O bir igid, gerçək Milli Qəhrəman!

 

Məğrur BƏDƏLSOY

 

Hürriyyət.- 2023.- 7 noyabr, ¹41.- S.12.