İnsan dəniziÖlüm yuxusu

 

Vaqif Sultanlının eyniadlı romanları İngiltərədə dərc olundu

 

Bu günlərdə yazıçı Vaqif Sultanlınınİnsan dəniziÖlüm yuxusu” (The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilib.

AZƏRTAC xəbər verir ki, tanınmış ingilis yazıçısı ədəbiyyat araşdırıcısı Maykl Brannokun redaktəsi ilə yayımlanmış kitab Böyük BritaniyanınRossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsriseriyası ilə oxuculara təqdim olunub.

Qeyd edək ki, “İnsan dəniziÖlüm yuxusuromanları müəllifin dünya oxucularına təqdim olunan ilk kitabı deyil. Belə ki, yazıçının hər iki romanı, həmçinin hekayələr toplusu müxtəlif dövrlərdə dünyanın bir sıra dillərinə çevrilərək, İngiltərə, Amerika, Almaniya, Danimarka, Türkiyə, Rusiya, Ukrayna, Misir, İran, Özbəkistan başqa ölkələrdə nəşr olunub.

Vaqif Sultanlının yeni kitabına daxil edilmişİnsan dəniziÖlüm yuxusuromanlarını birləşdirən ümumi cəhət onların mənəvi-əxlaqi ovqata köklənərək yazılması, mövzu-problem ideya baxımından aktuallığı, çağdaş dünyaya hakim olan ədalətsizliyə, insan taleyinə münasibətdə müşahidə edilən getdikcə dərinləşməkdə olan özgələşmə, yaddaşsızlaşma, biganələşmə, gərəksizləşmə probleminə etiraz ruhu ilə seçilməsidir.

 

Hürriyyət.- 2023.- 28 noyabr, ¹44.- S.14.