Azərbaycan bayrağıordenli

şəhidin anım mərasimi

 

44 günlük İkinci Qarabağ müharibəsində minlərlə qeyrətli Azərbaycan oğlu öz qanları bahasına yağı üzərində tarixi qələbə qazanaraq, Vətən torpaqlarını azad etdilər. Odlu səngərlərdə tarix yazan belə Vətən sevdalılarından bir şəhid, “Azərbaycan Bayrağıordenli Tərzan Qəhraman oğlu Haşımovdur. Bu, dağlar qartalının əbədiyyət adlı dünyasına qovuşduğu gündən 3 il ötür. Bu münasibətlə şəhidin doğulub boya-başa çatdığı Lerik rayonu, Bibiyani kəndində anım mərasimi keçirilib.

Lerik rayonun rəhbər işçiləri sakinləri şəhidin ailə üzvləri ilə bərabər onun məzarı önünə gül-çiçək dəstələri düzərək, əziz xatirəsini ehtiramla anıblar. Eləcə eyni məzarlıqda olan Vətən müharibəsi şəhidi Balaş İltizam oğlu Fərziyevin yatdığı müqəddəs torpaq xatirəsinə ehtiram olaraq ziyarət edilib.

Dağlar qartalı, şəhid Tərzan  Qəhrəman oğlu 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibiyani kəndində dünyaya göz açıb. 2010-cu il mart ayının 6-da gizir hərbi rütbəsi almış Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb. 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub.

Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də başlanan 44 günlük haqq savaşımızda Cəbrayıl Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər göstərib. Füzuli rayonu uğrunda ölüm-dirim müharibəsində ən ali məqam olan şəhidlik  zirvəsinə ucalıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, Tərzan Qəhrəman oğlu Haşımov ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”, "Cəsur döyüşçü" medallarına Azərbaycan Bayrağıordeninə layiq görülüb.

Bəli, Tərzan kimi qəhrəmanların bəşər tarixində misli-bərabəri olmayan döyüş nümunələri hesabına 30 il həsrətində olduğumuz günlərin sevincini yaşaya bildik. Məhz buna görə qalib şəhidlərin ruhu qarşında baş əyməyin özü böyük şərəfdir.

 

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Hürriyyət.- 2023.- 24 oktyabr, ¹39.- S.14.