Xalqın qürur yeri
Şəhid
Emil Şıxəlizadə doğum günündə
anıldı
Ölümündən sonra əbədiyaşarlıq
qazanmaq hər kəsə nəsib olmur. Qaldı ki, özünü biləndən həyatının
dəyərini Vətənə,
xalqa təmənnasız
xidmətdə görənlər
heç vaxt unudulmur. Lənkəran rayonunun Gərmətük
qəsəbəsində boya-başa
çatan Emil Şahin oğlu Şıxəliyevin bu işıqlı dünyaya
gəlib getməsi cəmi 22 il oldu. 44 günlük haqq savaşımızda canın doğma Azərbaycana qurban etməklə əbədiyyətin
ən uca, ünyetməz zirvəsinə
ucaldı. Nəsibi şəhidlik zirvəsindən
boylanmaq səadəti
olan Emili xalq özünə iftixar mənbəyi, qürur yeri bilir. Qərinələr keçəcək yenə
onun adı yaddaşlarda yaşayacaq.
Azərbaycanın yeni, şanlı tarixini yazan qəhrəman oğlanlardan
bir olan Emil Şıxəliyev Gərmətük qəsəbəsində
orta məktəbi başa vurub. Ürəyi sevdalı yeniyetmə müstəqil
həyata qədəm
qoyanda onda olan Vətən eşqi, yaratma, yaşatmaq həvəsi insanları heyran qoyub. Yüksək əxlaqı, insanpərvərliyi,
canına hopmuş qeyrət, mərdlik hissi onun öz
millətinə ləyaqətli
oğul olmasından xəbər verib. Emil yağıdan qisas almağı özünə əsas amal sayıb, elə orduya bu məqsədlə yola düşüb.
2017-ci ildən cəbhə bölgəsində
Vətənin keşiyində
duran Emil ona layiqli övlad
kimi ləyaqətlə
xidmət edib. Mərdliyi, cəsarəti,
dosta sədaqəti onu əsgərlərin, zabitlərin ən sevimlisinə çevirib. Hansı tapşırığa
gedibsə, igidliyinə
görə fərqlənib.
Çətin təlimlərdə
belə uğur qazanıb, öz şəxsi nümunəsi
ilə əsgər yoldaşlarının ürəyində
Vətənə məhəbbət,
cəsurluq, kişilik,
dığalara nifrət
hissi alovlandırıb.
Necə deyərlər,
Vətən torpaqların
bütövlüyü naminə
yaşının çərçivəsinə
sığmayan işlər
görüb, cənnət-misal
Qarabağımızı əsarətdə
saxlayan erməni cəlladlardan qisas almaq üçün məqam axtarıb.
Emil əsgərlikdən
sonra yağıdan alacağı öcə görə orduda qalıb. Ermənistan işğalçı hərbi
birləşmələrinin 2020-ci ilin sentyabrın 27-dən cəbhə xətti boyunca Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini ağır
artilleriya atəşinə
tutmasına cavab olaraq Ordumuz Ali Baş Komandanın
əmri ilə əks-hücuma keçib.
Başlanan İkinci Qarabağ müharibəsinin
ilk günündə Emil Şıxəliyev odlu səngərdə öz yerini alıb. Füzulinin, Cəbrayılın, Qubadlının
mənfur düşməndən
təmizlənməsində rəşadət göstərib.
Hər dəfə savaş meydanında yağıya ciddi itkilər verib. Qəhrəman Vətən
sevdalısı oktyabrın
18-də atası Şahinlə
danışanda deyib:
- Ata, bu müharibə o müharibə
deyil. Bizim müharibə qələbə
müharibəsi olacaq.
Oktyabrın 22-də Füzuli istiqamətində
ağır döyüşlər
başlanıb. Qartal tək yağı üstə şığıyan
Emil onların xeyli canlı qüvvəsini məhv edib. Təəssüf ki, özü də qarşı tərəfdən atılan
artilleriya mərmisi nəticəsində şəhadətə
qovuşub. Beləcə
Vətən torpağının
azadlığı uğrunda
canını qurban verən qəhrəman əbədi olaraq milyonların ürəyinə
köçüb. Dövlət
də onu daimi ucalıqda saxlamaq üçün şəhid Emil Şıxəliyevi “Vətən
uğrunda”, “Cəsur döyüşçü”, Cəbrayılın,
Qubadlının azadlığına
görə medallarla təltif edib.
Bəli, ənənəyə
görə hər il şəhid Emil Şıxəlizadənin
doğum günü xalq, doğmaları tərəfindən böyük
məhəbbətlə anılır
və barəsində
unudulmayan xatirələr
danışılır. Ölümsüzlüyə
qovuşan qəhrəmanın
27 yaşının tamamında
da belə oldu. Həmçinin Lənkəran şəhər
Mədəniyyət Mərkəzinin
direktoru və əməkdaşları şəhidin
ailəsini ziyarət etdilər. Ziyarət zamanı mədəniyyət
nümayəndələri bildirdilər
ki, 44 günlük haqq savaşımızda Azərbaycanın qeyrətli
oğulları bir daha göstərdilər torpaq, əgər uğrunda ölən varsa, Vətəndir. Emil də əzəli
yurd yerlərimizin azadlığı uğrunda
şirin canından keçdi. Göstərdiyi
şücaət ona ölməzlik gətirdi.
Zəfər
ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.-
2025.- 22 aprel, ¹14.- S.12.