Qardaş xalqlar ədəbiyyatı
Enaxan Siddiqova
1954-cü ildə Özbəkistanın Fərqanə
vilayətində anadan
olub. Fərqanə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsində təhsil
alıb. “Qaragöz durnalar”, “Sümənbər
nəsim”, “Könül
üfüqləri”, “Eşq
ifari” adlı şeir, “Sirli gecə fəryadı” adlı nəsr və bir sıra
ədəbi-publisistik kitabları
çap olunub. “Dostluq” və “El-yurd hörməti” ordenləri ilə təltif olunub. 2023-cü ildə vəfat edib.
Sevilmək üçün...
Biz sevilmək üçün gəldik dünyaya,
Eşq odun olum mən
ocaqlarına.
Bizi yaratmışdır qadir Allahım,
Eşqin
uca dari, sırtmaqlarına.
Bu dünya tuzakdır, fəryad gərək deyil,
Düşmüşük yalnız eşq tuzaqlarına.
Eşq məgər cəhənnəm
olsa, çağır
ki,
Cənnət qalıb girəcəyəm
cəhənnəmlərinə.
Eşq deyə qiyamətə qədər gedəcəyik,
Günahımız eşq deyə soraqlarına.
Eşqimiz ilahi, qurbanlıq
aslı,
Canımız tikilmiş bayraqlarına.
Bizi eşq mülkünə məhkum etsin Allah,
Sürgün etsin sonsuz azablarına.
Anagül,
tökülsək bir
damla kimi,
Əzəl sərkatibin mürəkkəblərinə.
Son gün
Ömür bircə dəfə
verilmiş fürsət:
Nanə
kimi bitmək, çiçəkləmək azad.
Gedərsən arxanca tökülsün
ehsan,
Arxandan bir dəfə ah çəksin günəş.
Ömür bircə dəfə
verilmiş fürsət:
Qərd
deyil, ürəyim ol bir böyük
dərd.
Arxanca
ah çəksin, ağlasın
səma,
Arxandan baş vursun qalan həmin bəxt.
Ömür bircə dəfə
verilmiş fürsət:
Parça-parça edib ürəyi yandırmaq.
Başından qurbətlər ərisin,
dövran,
Ləkələrini gizlət o gün, ey mahtab.
Ömür bircə dəfə
verilmiş fürsət:
Bu dünya üstündən
qəhqəhə vur,
gül.
Bir nəfəslik sussun axı bu cahan,
Arxandan əzilib ağlasın bir gül.
Son günün ardından ən son fürsət:
Saçını tozdursun, ah vurub
getsin.
Haqqın
dərgahında o günü
arman,
Qəmlər tabutunu götürüb
getsin.
O gün... o gün çox pıçıldayır,
Səssizlik darına asılmış
dilin.
Şeirlərini oxuyub gözü
yaşlanır,
Cəsədin üstündə əyilir
elin...
Ömür yalnız dəfə
verilmiş fürsət...
Ömür təqvimindən bahar,
payız keçdi...
Ömrüm təqvimindən altmış
bahar,
Altmış payız keçdi
qırılan yarpaqtək.
Həyat
arxasından qaçıb,
atılıb
Mən nəyə vuruldum, nə sözü deyim?!
Kor sərnişin kimi mən bu yollarda
Bəxti
səhvə saldım,
qəlbi itirdim.
Tapmışam, ama heç yadımda
deyil,
İsti
günlərdə elə
soyuqlandım.
Bəzən düşünmədən mişarla yıxdım,
Ürəyim böyüdən mavi
ağacı.
Bəlkə də oxuya bilmədən keçdim,
Alnıma
Allah bitmiş dəstxətti.
Ömrüm təqvimindən bahar,
payız keçdi,
Qış gəldi qəlibimə,
qarlar da yağdı.
Başımda hər zaman fırlanıb
uçan,
Səsi
gelən o qara qarğalardı.
Ürəyim unudur, geri dönərsəm,
Ah desəm, illərim tökülür tut kimi.
Xalqım
xatırlayırmı bir
misramı?
Sanki hamısı unudulub.
Amma həvəsim yox şairliyə heç,
Haqqın
dərgahında mən
də sərnişin.
Tale mənimlədir, Allah güc
verər,
Axı qaranlıq deyil, elçisiyəm işığın.
Bilirəm, qarşında çoxdur
vəzifəm,
Qəlbim
gül açdıran
yaradan haqqı.
Yaxşı, dualar et, alnımdan
da öp,
Borcum kəsəbilsəm, ey ana
xalqım!
* * *
Xorlanmaq,
təhqirə alışmış
ürək,
Gəlir
elə Ümid, Erk və Hürriyyət!
Ölməyəcəksənmi axı sevincdən.
Qorxundan
adını unutmuş
Yarpaq kimi titrəyən, ürəyim,
Mən sənə bir sütün qoymalıyam –
Böyük bir sütun:
Qürurdan –
Namusdan
–
İmandan demək.
Ta hər zaman
yeddi bükülüb əyilmə
deyə.
Enaxan Siddiqova
Özbək dilindən uyğunlaşdıran:
Rəhmət BABACAN
Hürriyyət.- 2025.- 29 aprel,
¹15.- S.15.