Qəhrəmanlıq salnaməsini yazan igid
44 günlük haqq savaşımızda
Vətəni canından
əziz tutub onun yolunda şəhid olan qeyrətli oğullardan biri də 1997-ci il mayın 21-də Cəlilabad
şəhərində dünyaya
göz açan, Qum
Ali Dini Elmi Hövzəsinin
Cameətul-Mustafa
Beynəlxalq İslam Elmləri
Akademiyasının Təbriz
filialının tələbəsi,
ilahiyyatçı Maarif
Səfərovdur.
Bu ölümsüzlüyə qovuşan
Vətən sevdalısı
cismən aramızdan getsə də, Azərbaycan xalqı onu öz ürəyində
yaşatmaqla
hər yerdə,
həmişə böyük
ehtiramla yad edir. Layiq görüldüyü Cəbrayılın,
Qubadlının azadlığına
görə , "Vətən
uğrunda",
"Cəsur döyüşçü"
medalları və “Vətənə xidmətə
görə” ordeni şəhid Maarif Səfərovun çətin müharibə meydanında
göstərdiyi rəşadətə
gözəl nümunədir.
Maarif Mikayıl oğlu Səfərov özünü
bilən gündən həyatının mənasını
Vətəninə, xalqına təmənnasiz xidmətdə görüb. Amalı düzlük, halalıq olan Maarifi xeyirxah
əməllərinə görə
el ürəkdən sevib, ona hörmət
bəsləyib. Ağıllı,
zəhmət sevər
bir gənc olaraq hamının işinə
yarayıb, həyatını xalqa, Vətənə layiqli övlad kimi yaşayıb.
Düşmənə əsir düşən
Qarabağın dərdi
də Maarifi gecə-gündüz
narahat edib. Erməni qəsbkarların
işğal etdikləri Vətən torpaqların hər qarışı uğrunda
döyüşə hazır
olub. Həmçinin, hələ
Murov dağında həqiqi xidmət zamanı komandiri olan general-mayor Polad Həşimovun şəhid
olması xəbəri
Maarifi çox sarsıdıb. Odur ki, Vətənin ağır günlərində öz
yerini cəbhə bölgəsində görən
vətənpərvər gənc Tovuz istiqamətində mənfur
düşmənin növbəti
təxribatı zamanı
könüllü olaraq
cəbhəyə getmək
üçün Səfərbərlik
və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət
Xidmətinə müraciət edib.
Maarifin bu arzusu reallaşıb. Əsgərlik dövründə öz bacarığı hesabına
hərbin sirlərinə yiyələndiyi
üçün bir başa səngərə yollanıb, əzəli yurd yerimiz Qarabağın son qarış
torpağının azad olunacağı günədək
düşmənlə döyüşəcəyinə
and içib.
İkinci
Qarabağ müharibəsi
başlanan gündən
igid döyüşçü
yağıya qan qusdurub. Hər zəfərdən sonra onun qəlbində erməni dığalardan intiqam, qisas almaq alovu
get-gedə güclənib.
Döyüşdən-döyüşə
mərdliyi, qəhrəmanlığı ən ağır savaşda əsgər yoldaşlarını qələbəyə
aparıb.
Çox
rayonların azadlığı
uğrunda gedən vuruşlarda birbaşa iştirak edib, düşmənə
layiqli cavab verib. Neçə-neçə ölüm-dirim
sınaqlardan qalib çıxan qəhrəman oktyabrın
21-də Qubadlı istiqamətində
gedən müharibədə
yağı gülləsinə
tuş gəlib, 23 yaşında əbədiyyətə
qovuşub.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.- 2025.- 29 aprel,
¹15.- S.10.