YAŞASAYDI, 38
YAŞINI QEYD EDƏCƏKDİ...
Şəhid
Rusif Ağayevin ad günü
qeyd olundu
Aprel döyüşlərində Vətənini
canında üstün bilib və odlu-alovlu müharibə
meydanında yağıdan
ürəyincə qisas alıb şəhidlik zirvəsinə
ucalan Rusif İbrahim oğlu
Ağayevin ad günü qürurla qeyd olundu.
Rusif 1987-ci ildə Lənkəran rayonunun Hirkan
kəndində dünyaya gəlib.
Yurduna , xalqına qəlbən
sevdalanan igid yağıdan qisas almaq məqsədilə
orduya gedib, cəbhə bölgəsində
Vətənin keşiyində durub.
Azərbaycanın sabiq müdafiə naziri Səfər
Əbiyev Rusif Ağayevin xidmət etdiyi hərbi hissəyə
gəlir, əsgərlərin təlim-tərbiyəsi,
gün-güzəranı ilə maraqlanıb. Bu zaman Rusif
Ağayev hərbi təzim edərək, nazirə xüsusi təyinatlı
qüvvələrin tərkibində xidmət etmək istədiyini
bildirib. Nazirin adyutantı onun adını öz dəftərçəsinə yazıb. Sınaqlardan uğurla
keçən 12 hərbçi arasında Rusif Ağayev də
olub və Lənkəran elinin qəhrəman oğlu öz
muradına çatıb.
Rusif Ağayev 2016-cı ilin aprel ayında
baş verən 4 günlük müharibədə
böyük qəhrəmanlıq göstərərək
Talış yüksəklikləri uğrunda gedən
döyüşlərdə düşmənə
sarsıdıcı zərbələr endirməklə əsl
tarix yazıb. O, 2 aprel 2016-cı ildə əsgər
yoldaşlarını xilas etmək istəyən zaman
başından aldığı snayper gülləsindən qəhrəmancasına
şəhid olub. 29 illik ömrün imkanlarına
sığmayan bir ad,
şöhrət, ölməzlik qazanan Rusif
İbrahim oğlu Ağayev ölümündən sonra
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən
“Hərbi xidmətdə fərqlənməyə görə”
III dərəcəli medalla təltif edilib.
Zəfər ORUCOĞLU
Hürriyyət.-
2025.- 29 aprel, ¹15.- S.10.