QARDAŞ
XALQLAR ƏDƏBİYYATI
Çari Əvəz 1957-ci ilin
dekabr ayının
11-də Özbəkistan Respublikasının
Qaşqadərya vilayətinin
Güzar rayonunun Tacik kəndində dünyaya gəlib.
“Dartılmış kaman”,
“Payız səhəri”,
“Oyanışdan başqa
tale axtarma”, “Seçilmə”
ləri, balacalar üçün “Bir dünya
sual”, “Mən də bir Özbəkistanam”
topluları, həm də “Xoşbəxtlik bu deyilmi?” adlı
esse, ədəbi fikirləri və tərcümələri daxil
edilən kitabları nəşr edilib. “Almanax”, “Əsr avazı”, “Payızda gülən çiçəklər”,
“Yolqun” və başqa ümumi toplularda şeirləri, ədəbi məqalələri
nəşr edilib.
Çari Əvəz milləti
yüksəldən, Vətənin
müstəqilliyi üçün
yanaraq səs salan yaradıcı idi. 35 yaşında həyatla vidalaşsa da onun adı, şeirləri kitabsevərlər,
ədəbiyyat araşdırıcılarının
qəlbində hər
zaman sağdır.
BİR
ŞAİR HAQQINDA MAHNI
Bir şair yaşardı Daşkənd şəhrində,
Daima özü də özünə gülüb.
Bir şair yaşardı Daşkənd şəhrində,
Hər gün min doğulub, min dəfə ölüb.
Bir şair yaşardı Daşkənd şəhrində,
Böyük, yaraşıqlı, nurlu xanəsi.
Bir şair yaşardı Daşkənd şəhrində,
Damcı
daman evdə yaşar anası.
Bir şair yaşardı Daşkənd şəhrində,
Yuxuda kənd, vadi, təpəni gəzir.
Bir şair yaşardı Daşkənd şəhrində,
Anası
kəndçidir, yarısa
şeir.
* * *
Hər addımda tuş gələrsən,
Bir nakəsə, ya da xama.
Daş ya kəsək atacaqdır,
Gizli, aşkar pak bir adama.
Eyb söykənər günahsızlara,
Aldadar, töhmət toxuyar,
O nakəslər bilməyəntəkdir
Bəşər nə qədər
azad yaşar.
Qəfil
canda qan dalğalanar,
Oyaqmısan, varmısan, üsyan!
Tez ol, sən də
dayan ey dünya!
Tez ol, sən də
ey dünya, oyan!
Lakin dünya sakit,
Elə sakit ki,
Yaxasından tutub dünyanın
Silkələməyin gəlir.
Ta
Pislikləri tökülüncə!
SÜBH
DÜŞÜNCƏLƏRİ
Ay var idi, Ay batıb getdi,
Ulduzlar oldular lal – qayib.
Demək
yenə bir gecə ötdü…
Ta ki sağam, varlığım
mənim,
Şadlıq bəxş eləyə
dostlara.
Hətta
adımı yad etsə
hər kim,
Dost kimi gülümsəsin bu ara.
Qəmgin
olsa, qayğısı
bitsin,
Kənar
olsun könül qubarı.
Təzə ottək daş
yarıb çıxsın,
Qova bilsin qəmi, ağrıları.
* * *
Vətən, mənim ürək
iplərim.
Olar-olmaz
səmavi qüdrət.
Səmavi
bir inam - avara
Ürəyinə bağlanıb fəqət.
Yaşayıram, dinclikdən keçib,
Anlarımı rəngə salıb
mən.
Oyaq gecə fərəhin içib,
Şəklini çəkirəm, Vətən!
Nəğmələrimə yar olub siman.
Qəlb
yerindən çıxar
atılıb.
Hər sətrimdən gülüb
durar dan,
Yurdu, getsəm sənə tapınıb.
Fəxri
uca, eşqi tükənməz,
Qoynunda bir müti insanam.
Torpağında can verməyim bəs,
Özüm də bir Özbəkistanam!
Çari Əvəz
Özbək şairi
Özbək dilindən uyğunlaşdıran:
Şahməmməd Dağlaroğlu
Hürriyyət.- 2025.- 29 aprel,
¹15.- S.15.