AVTOBUSDA...  

 

Hekayə

 

Bir sərnişin mənə yaxınlaşdı, maskasını azacıq endirib düz üzümə:

Məəə... – dedi.

Sözün doğrusu, əvvəl çaşdım təəccüblə:

Sizi başa düşmədim, – deyə mızıldandım. – istəyirsiniz ki?..

Sərnişin heç olmamış kimi növbəti dəfə mələdi. Bəli-bəli, sözün əsl mənasında qoyun kimi, keçi kimi mələdi...

Məə-əə...

Boğazdan gələn bu ekzotik səs, təbii ki, digər sərnişinlərin diqqətini cəlb elədi...

Neyləycəyimi kəsdirə bilmədiyimdən, susub mat-məəttəl ətrafdakılara baxdım; sanki kimsə köməyə gələcəkdi...

...Sərnişinin budəfəki mələrtisi daha bərk daha amiranə tərzdə səsləndi:

– MƏƏ-ƏƏƏ-Ə!!!

Nədənsə, özümdən asılı olmadan, yəni qeyri-ixtiyari mən eyni cürcavabverdim:

Məə-ə...?!

Nəhayət, sərnişin maskasını çıxarıb, rahatca nəfəs aldı:

Həə, bax bu başqa məsələ, müəllim! - dedi.- Biz hamımız qoyunuq, “nastoyaşiqoyun!

Bəzi sərnişinlərin qaşları, bəzilərininsə yumruqları düyünləndi. Ancaq aşkar etiraz eləyən olmadı...

Qəribə sərnişin isə sözünə davam elədi bu dəfə onun dedikləri daha çox monoloqu xatırlatdı:

Qardaşlar, bacılar, gözümüz görə-görə dənizimizi, meşələrimizi oğurlayıb hasarlayırlar... qoyun kimi, başımızı sallayıb gövşəyirik... Hər dəfə seçkilərimizə mız qoyur, səslərimizi çırpışdırırlar, qoyun kimi susuruq!.. Nöyüt ölkəsində ayda, ya iki ayda bir, benzinin, işığın qiymətini qaldırırlar, yenə qoyun kimi... “səhər örüşə, axşam yoxuşa”, məzlun-məzlum baxıb dillənmirik... Qaz ölkəsinin qazlı adamları qazın qiymətini kəlləçarxa qaldırıb bizi qaz kimi yolurlar... biz yenə özümüzü qoyun yerinə qoyuruq heç "mıqq" da eləmirik! Dükan-bazarlarda qiymətlər əqrəbə dönüb bizi çalır... amma biz yenə key-key donub qalır, qoyun kimi öz "tupoy" başımızı bir-birimizin dalına soxuruq!.. Hara gedirik, hara əl uzadırıqsa, başımıza qapaz vururlar. Bizi qoyun sanıb yunumuzu qırxır, Nəsimi bilib dərimizi soyurlar. Uzunqulaq zənn edib şallaqlayır, təpikləyirlər... Adam yerinə qoymurlar! Çünki gözəlcə bilirlər ki, ən uzağı, yəni ən yaxşı halda, heç mələşəcəyik...

Qəribə sərnişin bu yerdə dərindən köks ötürüb ətrafa boylandı ...

... çox boğuq, eyni zamanda olduqca kədərli bir səslə soruşdu:

Düz demirəmmi, əzizlərim?..

Bax, bu məqamda, doğrudan da, tamamən gözlənilməz bir reaksiya baş verdi...

üçünsə bu sadə suala sərnişinlər, mən daxil, xorla cavab verdik:

Məə-əəə!

 

***

 

Avtobus tövşüyə-tövşüyə tıxacda " irəliləyirdi...

Sərnişinlərdən biri:

– …Noolsun ki, biz fil qulağında yatmağı sevən millətik, “zatoçörəyi qulağımıza yemirik!..-dedi.

İkinci sərnişin:

Alə, “akazıvayetsa”, bunnar neçə illərdi ki, çörəyi heyvan buğdasınnan bişirib satıllarmış bizə...

Heyvan?

Həə.. yəni mal-qara buğdasınnan...

– Ola bilməz...

Nöşün olmur, alə?.. İnanmırsan Mameddən, ya Əhməddən soruş.

Mamed, ay Mamed, bu düz deyir?

Mamed:

Mooo!..

Əhməd, qədeş, sən canın, bu hökumət, doğrudan, bizə mal-qara çörəyi yedirir?..

Əhməd:

Məə-əə!

Gördün, “vot”! “Lişniöz qulaqlarınnan eşitdinmi?..

– Qu... quu... ququlu-quu!

 

***

 

Pırpız saqqalı bir sərnişin dönüb məndən soruşdu:

-Müəllim, siz bilərsiniz, şəhərin quşları niyə azalıb belə? Sərçələr yoxa çıxıb, qağayılar seyrəlib, qumru quşları heç görünmür... Niyə?

Gözlənilməz sualdan çaşdım...

- bilim, vallah...yəqin ekologiya...ya insanların sıxlığı-filan...

-Yox!- dedi.- Çünki  camaat saxtalaşıb, riyakarlaşıb. Yadlaşıblar. Aralarındakı ünsiyyət bağları çirklənib, qırılıb...çiliklənib... Çünki ölkə müxalifəti göyə mismar vurmaqla, iqtidarı isə buludlardan marojna düzəltməklə məşğuldu..

-Necə yəni... anlamadım, dəxli...- deyəcəyimi kəsdirə bilmədim.

-Necəsi-zadı yoxdu. Göy üzünün quşları Yer üzünün insanlarından küsüblər...uçub gediblər...

-Necə...hara gediblər?.. - Yəqin bundan səfeh sual ola bilməzdi ki, verdim...

-Yalan olmayan məmləkətə!

...Avtobus dayanacağa çatdı, qapılar açıldı... Sərnişinlərdən kimsə arxaya boylanıb yoldaşını səslədi:

-Həmzə, ay Həmzə!.. Koroğludu ey, düşməyək?..

 

***

 

...Bu dəfə iki sərnişin arasındakı "söhbəti" eşidəndə, inanın, özümə yer tapmadım. Onlardan bir oturacaq qabaqda əyləşmişdim...

Birinci sərnişin:

– ...Belə əndirabadi ölkə olar?! Adambaşına bir polis, bir cüt dəyənək, üç dənə qapaz düşür... Ağzını açıb ədalətli bir söz deyən kimi, az qala iki gözünü bir deşikdən çıxarırlar!..

İkinci sərnişin:

Allahına şükür elə ki, bizdə belə deyil!..

Birinci sərnişin:

– A kişi, hara üz tutursan, hayana gedirsən, yalan, fırıldaq, qanunsuzluq... dərdini deməyə bir idarədən-midarədən, təşkilatdan-zaddan tapa bilmirsən!.. Məmurlar yayda sənin əlinə, qışda cibinə baxır!.. səhiyyəsi bir zibildi, təhsili. Qiymətlər od tutub yanır; xəstəlik çox, dərmanlar baha!.. Maaş az, pensiya da dilənçi payı. Vallahi-billahi, yaşamalı ölkə deyil... əslində, heç ölməli ölkə deyil! Mədəniyyəti mədəniyyətsiz, məhkəməsi məzhəkə... hara gedirsən qarşına çıxan axmaqlar, hara baxırsan, rəqsi təlim eləyən axsaqlar...

İkinci sərnişin:

Yenə şükür elə, şükür elə ki, bizdə belə deyil...

Birinci sərnişin:

Əşşi bu boyda hoqqa, bu boyda həngamə olar?! Ölkə başçısı barmağını qədər stola döyəcləməli, iribuynuzlu məmur tayfasına qədər deməlidir ki, adam olun, camaatla adam balası kimi davranın, vətəndaşlar rəiyyət deyil, siz  onun ağası deyilsiniz, atılıb başına dırmaşmayın camaatın, heç kimi incitməyin. Siz onların qulluğunda dayanmalı, problemlərini həll etməlisiniz. Neçə dəfə demək olar axı, bu sizin vəzifə borcunuzdur! Rüşvətə, oğurluğa qurşanmayın! Əl çəkin bu əməllərdən, ölkənin malını-pulunu yeyib-dağıtmayın. Bax təkrar edirəm, qulaqlarınızı yaxşıca açıb eşidin: belə getsə, kimliyindən asılı olmayaraq, çox sərt şəkildə cəzalandıracam!!! A kişi, day adam bunnan artıq deməlidir ki?.. Şəhadət barmağını qədər silkələməli, qədər stola vurmalıdır ki?.. Barmaq da dəmir deyil ki, dözmür, döyənək olub. Di gəl ki, məmur sürüsünün heç vecinə deyil...

İkinci sərnişin:

Ox, ax, vay, uyy...

Birinci sərnişin:

Deyirəm, lappadan yapışasan o məmurların qulağından, dartasan, dartasan... heç bilirsən o pələ qulaqların dalından qədər qulaqardına vurulan tapşırıqlar, əmir, göştərişlər tökülər?..

İkinci sərnişin:

Allahım, deyirəm, yaxşı ki, bizdə belə deyil... İrağ olsun, yaxşı ki, belə səfehlik bizdən uzaqdı... Şükür, min şükür!..

Bu məqamda istədim geri çevrilib bu qəribə dialoq sahiblərinin üzünə baxım...

...amma çəkindim.

Qorxdum ki, arxaya dönsəm, onlar gözlərimin yaşla dolduğunu görəcəklər...

 

Eldəniz QULİYEV

 

Hürriyyət.- 2025.- 15 aprel, ¹13.- S.6.