Babanın Vətənə sevgi borcu...
Şanlı tariximizin unudulmaz
səhifəsinə çevrilən
44 günlük Vətən
müharibəsində qazanılan
qələbə qəhrəman
Vətən övladların
qanı, canı bahasına əldə olundu. Astara rayonunun Ərçivan qəsəbəsində dünyaya
göz açan Baba Əhməd oğlu Qasımov da haqq savaşımızda erməni
dığalara qarşı
döyüşdə misilsiz
şücaət göstərərək
ömrünün 31-ci ilində
şəhidlik zirvəsinə
ucalıb.
Vətən sevgisi, torpağa
bağlılıq ana südü
ilə birgə keçmişdi Babanın
qanına. Odur ki, həyatı dərk edən gündən müqəddəsliyinə tapınmış
doğma Azərbaycanının
ayrılmaz hissəsi olan Qarabağda erməni işğalçıların
vəhşi hərəkətlərini
heç cür vicdanına sığışdıra
bilmirdi. Qəlbində
düşmənə sonsuz
nifrət gəzdirən
Baba əsgər yaşına
çatıb ordu sıralarına yola düşəndə əsas
amalı məqamı
gələndə dığalardan
Vətənin, millətin
qisasını layiqincə
almaq olur...
Əsgər Baba o dövrün ən
qaynar bölgəsində
əlinə silah alıb adına can dediyi Azərbaycanın keşiyini çəkir. Ləyaqətli xidməti,
mərdliyi, Vətənə
sədaqəti onu əsgərlərin, komandirlərin
yanında üzüağ
edir. Təlimlərdə
göstərdiyi fəallığı
nümunə olur. Baba
müqəddəs əsgəri
borcunu başa vurub doğma kəndinə qayıdır.
Amma Vətən torpaqlarının
erməni dığaların
tapdağında olduğu
bir vaxtda heç cür evdə qərar tuta bilmir. Yerini
cəbhə bölgəsində
görən Baba yenidən
hərbi xidmətə
yollanır. Və gizir rütbəsində yağıdan alacağı
qisas gününə
hazırlaşır.
Baba
2016-ci ilin Aprel döyüşlərində yağıya
qan qusdurur. Belə ki, ölüm-dirim
savaşında çoxlu
sayda erməni yaraqlısını məhv
edir. Azad olunmuş Lələ-təpədə Azərbaycanının
qələbə bayrağı
dalğalananda hamıda
çox sevinən
Baba olur. Həm də göstərdiyi igidliyə görə komandirləri tərəfində
“Canavar” ləqəbini
alır.
Baba Qasımov adəti üzrə təlimlər
zamanı xüsusi peşəkarlıq göstərir,
gördüyü işlərlə
yalnız özünə
hörmət qazandırir.
Bir müddət sonra Xüsusi Təyinatlı Qüvvələrində xidmətə
keçir. Vətən
müharibəsi başlayanda
kəşfiyyatçı kimi
odun-alovun içinə
atılır. Füzulinin,
Qubadlının, Xocavəndin
azadlığı uğrunda
gedən ağır müharibələrdə rəşadət
nümunəsi göstərir,
düşmənə ciddi
itkilər verir. 30 ilə yaxın işğalda olan Azərbaycan torpaqlarında
bayrağımız ucaldıqca
"Bu günü görmək
üçün yaşamışam
mən. Bundan sonra ölsəm də olar", - kəlmələri Babanın
dilindən düşmür.
Vətən, torpaq uğrunda hər an canından keçməyə
hazır olan qəhrəman 2020-ci il oktyabrın
20-də Qubadlıda gedən
gərgin döyüşlərdə
şəhadətə qovuşur.
Şərəfli ölümü bütün
xalqı üçün
başucalığı olan
Baba dövlət tərəfindən
"Vətənə xidmətə
görə" 3-cü dərəcəli
ordenə, "Vətən
uğrunda", Füzulinin,
Qubadlının, Xocavəndin
azad olmasına görə medallara layiq görülür.
Vətənə sevdalanıb, ömrünü
ona verən Baba kimi mərd insanlar heç zaman unudulmur. Cismən aramızda olmasalar da, mənən qəlblərdə
yaşayır, qərinələr
boyunca böyük ehtiramla xatırlanırlar...
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.- 2025.- 15 aprel,
¹13.- S.10.