Vətən sevdalısı
yad edildi...
Şəhid Bünyadəli Pələngovun
65 yaşı
qeyd olundu
Vətən, torpaq uğrunda
şəhidlik zirvəsinə ucalanlar
heç
vaxt unudulmur, onlar əbədi olaraq köç etdikləri
ürəklərdə
yaşayırlar. Belə unudulmaz
qəhrəmanlardan biri də dağlar diyarı
Lerikin Züvuç kəndindən olan Birinci Qarabağ
müharibəsi
şəhidi Bünyadəli Qulam oğlu Pələngovdur.
Bu günlərdə qəhrəmanın 65 yaşı tamam oldu. Adət üzrə Bünyadəlinin doğum günü leriklilər və doğmaları tərəfindən böyük ehtiramla yad edildi, barəsində unudulmayan xatirələr dilə gətirildi.
Rayon rəsmilərin, şəhid ailə üzvlərin, ictimaiyyətin, şagird və müəllimlərin qatıldığı tədbir qəhrəmanın adını daşıdığı Züvüç kənd tam orta məktəbində baş tutdu.
Əvvəlcə doğma Azərbaycanımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı.
Dövlət Himnin sədaları altında başlanan tədbirdə çıxış edənlər şəhidin şərəfli ömür və döyüş yolundan danışaraq bildiriblər ki, baş leytenant Bünyadəli Pələngov 35 illik qısa, lakin şərəfli həyat yolunda əsl qəhrəmanlıq nümunəsi göstərmişdir. Bu gün onun həyat yolu hər bir gənc üçün örnəkdir.
Natiqlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ordumuzun qazandığı qələbədən, tarixi Vətən torpaqlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətindən böyük qürurla söz açdılar.
Məktəblilərin ifasında səslənən Vətəni, qəhrəmanlığı tərənnüm edən şerlər tədbirə sevdalı bir ovqat gətirdi.
Məlumat üçün qeyd edək ki, ölümsüzlüyə qovuşan qəhrəman Bünyadəli Pələngov 1957-ci il Lerik rayonunun Züvüç kəndində dünyaya göz aşıb,1992-ci il iyunun 26-da Aran zəmin yüksəkliyində gedən qanlı döyüşlərdə Vətən üçün canından keçib.
Şəhidin cənazəsi Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra “İgidliyə görə” medalla təltif olunub.
Zəfər ORUCOĞLU,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Hürriyyət.-
2025.- 15 aprel, ¹13.- S.10.