İlham Əliyev sülh əsrini başladır

 

30 il toqquşdurulan mərkəzlər indi birləşməyə məcburdular

 

 Avraam Linkoln gələcəyin vahid ABŞ dövlətini qurmaq üçün vətəndaş müharibəsində milyonlarla insanın ölümündən keçməli olmuşdu, lakin məqsədindən dönməmişdi. Hesabını canı ilə ödədi, lakin bütöv ölkəni qura bildi. İradə siyasi liderin ən mühüm keyfiyyətidir. Hər bir amerikalının siyasi idealına çevrilən məşhur sözlər, onun parlaq şəxsiyyət obrazını göstərir: “xalq üçün, xalqın naminə, xalqla birlikdə”. Bəli, milyonların mənafeyini əks etdirməyəndə, imperiyalar da məhvə məhkumdur.

İlham Əliyev atasınının bioloji övladı olmaqdan çox Ulu öndərin siyasi varisidir. Vətən müharibəsi onun ruhu ilə aparıldığı üçün missiya, vəsiyyət, proqram tapşırıq nəhayət, Zəfərə qovuşdurdu.

Vərəsəlikictimai şüurda daha çox mülkiyyət mirası kimi qavranılır, lakin siyasi irsin qorunması sadə geneologiya deyil, “institusional davamlılıqdeməkdir.

ABŞ-da Ruzveltin siyasəti Trumen dövründə necə sistemləşdirildisə, Azərbaycanda da Heydər Əliyev siyasi xətti İlham Əliyev tərəfindən elə tamamlandı yeni zirvələrə qaldırıldı.

Siyasi liderliyin müharibə şəraitində effektivliyi klassik siyasi elmdə üç əsas parametr üzrə ölçülür: strateji məqsədin dəqiqliyi, resursların rasional səfərbərliyi müharibədən sonrakı siyasi nizamın formalaşması.

Uinston Çörçilin İkinci Dünya müharibəsindəki liderliyi üçlüyün tarixi nümunəsidir. Qəlyanlı viskili rəhbər müharibəni yalnız hərbi qarşıdurma kimi deyil, Britaniya dövlətçiliyinin varlıq mübarizəsi kimi təyin etmişdi. Onun məşhurheç vaxt təslim olmadoktrinası emosional şüar yox, strateji səbr uzunmüddətli legitimlik siyasəti idi.

İlham Əliyevin Vətən müharibəsindəki liderliyi isə daha böyük siyasi rasionalizm üzərində quruldu. Müharibənin məqsədi ərazilərin azadlığı ilə məhdudlaşdırılmadı, geosiyasi inqilab edib üç əsr bölgəni sümürən imperiya varislərini regiondan çıxardı, müharibəni bitirməyi bacardı, Qələbəsini ən güclü dövlətə tanıtdırdı, “erməni məsələsi”ni coğrafiyasından çıxardı nəhayət, sülhü qazanmaq üçün post-müharibə regional geosiyasi arxitekturasını qurmağa nail oldu.

İlham Əliyevin liderliyi Çörçillinmüharibə liderliyimodelindən daha üstündür: savaş təkcə cəbhədə deyil, diplomatiyada, hüquqda, informasiya müstəvisində institusional quruculuqda aparılır.

Franklin Ruzvelt müharibə dövrü liderliyinin ikinci böyük tipini təmsil edir: koalisiya qurucusu institusional liderlik. 4 dəfə prezident seçilən, ölkəsini Böyük Depressiyadan çıxaran, lakin sonda əlil arabasına məhkum qalan şəxs ABŞ-da müharibə dövründə: daxili siyasi parçalanmaya yol vermədi, savaşı sosial rifah gələcək nizamla əlaqələndirdi, qələbəni təkcə hərbi deyil, siyasi-mənəvi kapitala çevirdi.

İlham Əliyevin Qarabağ Zəfərini yeni milli kimlik, fiziki mənəvi quruculuq, Qayıdış, məşğulluq kollektiv yaddaşın qaytarılmasına yönəltməsi onu sözügedən tarixi şəxsiyyətlərdən önə çıxarır.

Azərbaycan rəhbərinin postmüharibə kursu Ruzveltinmüharibədən sonra yeni müqaviləfəlsəfəsi ilə müqayisə edilə bilər: yalnız qələbə qazanılmır, həm idarə olunur.

Şarl de Qoll Konrad Adenauer müharibədən çıxan cəmiyyətlər üçün fundamental sualı cavablandırmışdılar: “Keçmişin intiqamı üzərindəmi, yoxsa, gələcəyin dövləti üzərindəmi inşa olunmalıyıq?” İlham Əliyevin siyasəti Qarabağ məsələsini etnik revanşizm, sonsuz düşmənçilik hissi üzərindən deyil, suveren dövlətçilik Cənubi Qafqazı bütöv qorumaq missiyasına bağladığı üçün yalnız bir xalqın deyil, dünyanın hazırda ehtiyac duyduğu yeni nizamın lideri oldu. Onun qlobal proseslərdə qazandığı mandatın səbəbi budur.

Siyasi elmdəpost-konflikt dövlət qurucusubir lideri təkcə müharibə qalibi etmir, onu sülhün arxitektoru səviyyəsinə yüksəldir.

Maks Veberin liderlik tipologiyasına əsasən İlham Əliyevin siyasi profili üç elementin sintezidir: xarizmatik liderlik (müharibə dövrü səfərbərlik), rasional-hüquqi liderlik (institusional qərarlar, beynəlxalq hüquq), tarixi-milli legitimlik (Heydər Əliyev siyasi məktəbi).

İlham Əliyev Birinci Katib, imperiyanın 3-cü Adamı Prezident övladı olmasına rəğmən sadə xalqın ruhunu duyur, yaşantılarını hiss edir, əli qabarlı insanları bağrına basır. Yüzlərlə görüşlərdən biri Kəlbəcərin uca dağ silsiləsində yaşandı. Azad Murovun qüruru siyasi protokolları aşdı. Ali hüquqi normalar həyatını torpaq üçün verən oğulların qanı ilə yaranan qanunlardır. Dünyada ən ədalətli Konstitusiya Murovdan enən xalqın yenidən o yüksəkliyə qaytarılmasıdır.

Son 200 ildə ən azı 7 böyük müharibəni uduzan bir toplumu az qala təzədən yaratmaq qeyri-mümkün vəzifətək görünür. Kədər, matəm soyqırımlar, məğlubiyyət kimliyi üzərindən Şərqin daşlaşan gerçəkliyini dəyişdirməkQordi düyünü”nü kəsməkdən daha çətindir. İlham Əliyev yüz illərinkimdir günahkardilemmasını həll edərək, nəsillərarası lənəti günahı sonlandırdı. İndi sabahın övladlarına işğal soyqırım deyil, məhz qalibiyyət miras edilir.

Son 5 ildə iki Qələbə yaşamışıq: Xankəndinin azadlığı Şuşa Zəfərinin nəticəsi davamıdır. Daha sonra onu 8 avqustda Vaşintonda təsdiqlətmək, adətən, ordunun qazandığını diplomatiyada itirən millətlərdən fərqli gerçəklikdir. İndi qalibiyyət silsiləsini irəliyə aparıb daxildə xalqımızın gözləntilərini reallaşdırmaq ən böyük vəzifədir.

Ruh yüksəkliyi ilə bayraq ucalığımız ilk dəfədir, eynidir. Şuşa qayaları 8 noyabrdan sonra ölkəmizdə bütün coğrafi yüksəkiliklərdən, o cümlədən, Qobustan abidələrindən daha qədim ucadır. Çünki sinəsinə sancılan bayrağı, nişanı, təsvirləri geoloqlar deyil, igid əsgər zabitlər yazıb.

Beynəlxalq münasibətlərdə xarici qoşunların ölkə ərazisində mövcudluğu suverenliyinməhdudlaşmış formasıkimi dəyərləndirilir. Xüsusilə, postsovet məkanında hərbi bazaların çıxarılması faktiki yox, nominal müstəqillikdən real müstəqilliyə keçidin əsas göstəricisi sayılır. 1990-cı illərdə Rusiya qoşunlarının ölkəmizdən çıxarılmasını deklarativ siyasi nailiyyət kimi təqdim edənlər, o zaman dövlətin hərbi-siyasi zəifliyi nəticəsində həmin qüvvələrin 20 faizlik torpaqlarda yerləşməklə faktiki olaraq, ərazilərimizdən heç yerə getmədiyini etiraf etmirlər.

Lakin İlham Əliyevin son 20 ildə formalaşdırdığı təhlükəsizlik doktrinasıreaktivdeyil, “önləyici balanslaşdırılmış suverenlik siyasəti”dir. Qəbələ RLS-dən başlayaraq, xarici hərbi bazaların ölkə ərazisində qadağan edilməsi, təhlükəsizliyin yalnız milli ordu strateji tərəfdaşlıqlar üzərində qurulması klassik neytral, lakin güclü dövlət modelinə uyğundur.

Rusiya hərbi kontingentinin Azərbaycan ərazisini müharibəsiz, itkisiz Bakı tərəfindən müəyyən edilmiş qrafik çərçivəsində tərk etməsi həmin modelin nadir uğurlu nümunəsidir. Təkcə Şuşa Zirvəsində mövqelənmə deyil, ardınca Fərrux Qırxqız yüksəkliyi, daha sonra Kəlbəcərin neytral əraziləriində 12-14 sentyabr əməliyyatları, kulminasiyada hərbi qüvvələri əvəz edən yumşaq güc siyasəti-Xankəndi-Laçın yolunun dinc etirazçılarla tutulması, nəhayət, Topxanadan başlayan savaşın elə orada da bir günlük Xankəndi blits-kriqi ilə başa çatması 1962-nəfərlik rus hərbi birləşmələrinə heç bir alternativ saxlamadı. 1-ci Pyotrdan sonra Qafqazda belə qalaqurma hərbi taktika olmamışdı. Siyasi strategiya düzgün qurulanda ordu Birinci Şəxsin planlarını doğrulda bilir. Xarici orduları torpaqlarımızdan belə çıxararlar, cənablar!

Tarix göstərir ki, çarizm dövründə rus imperiyası, XX əsrin əvvəllərində ingilis hərbi kontingenti, sovet dövründə Qızıl Ordu sonradan Qarabağda hərbi cinayətlərdə iştirak edən alaylar regionda xaos üzərində qərar tutublar, yeni müdaxilələrə ona görə imkan qazanıblar. İlk dəfədir ki, xarici hərbi qüvvələr Azərbaycandan güclü, qalib suveren dövlətin siyasi iradəsi ilə bərabər, məhz Zəfərin nəticəsində çıxarılır. Tarixdə ikinci belə nümunə olmayıb!

İmperiyalar ordularla gəlir, iradə ilə gedir. Qılıncla açılan qapını yalnız ağıl saxlaya bilər. Torpağımız üzərində qərar verən artıq başqası deyil. Bəli, real müstəqillik xarici hərbi mövcudluğun sıfırlanması ilə ölçülür.

Qalibin qazandığı suverenlik, müharibəsiz çıxan orduların yeni tarixi belədir, derjavaların geri çəkildiyi yer Azərbaycandır, Qələbədən sonra da döyüşən liderliyin yeni nümunəsidir. Savaşı qazanmaq yetmir, gərək elə sülh qurasan ki, tarixi reallığı dəyişə bilsin. Linkolndan Şuşaya gələn yol, Çörçilin müharibəsi, Ruzveltin nizamı Əliyevin Qələbəsi zaman fərqi ilə vahid xətdə birləşir.

AzərbaycanTürkiyəPakistanİsrail-TDT xətti klassik blok deyil, “funksional təhlükəsizlik alyansıkimi xarakterizə oluna bilər. Regionda daimi hərbi mövcudluq yaranmır, lakin istənilən müdaxilənin qarşısı sərt şəkildə alınır.

İlham Əliyev içində əzab dağı olan milləti döşündə Şuşatəsvirli 70 min ordenlə əvəzləyib, düşmənin medallarını isə dəmir parçasına çevirib.

Ali Baş Komandanın ən böyük mükafatı tarixdə qazandığı addır. O, 3 əsrlik əcdadlarımızın arzularını, ideallarını gerçəkləşdirən liderdir. İndi başqa xalqların əsatirlərinə həsrətlə həsədlə baxmırıq, əksinə türk, islam ədalət istəyən bəşər övladları bizim qələbəmizlə qürur duya bilər.

İkinci dünya müharibəsindəki qəhrəmanlığımızı öymək üçün hamı deyirdi-bizim oğullar Qafqazdan Berlinədək şərəfli döyüş yolu keçiblər. Lakin işğal olunan torpaqlara-Savalandan Ağdama, Qubadlıya, Füzuliyə gedə bilməmək millətin keçmiş hekayələrini ləkələyirdi. Biz indi istənilən alman şəhərinə Zəngilandan, Füzulidən uça bilərik. Torpaqlarımız kimi hava məkanımız da azaddır, təyyarələrimiz bayraktarların açdığı yolu gedir.

Şuşanın azad olunduğu gün Ulu öndərə qələbə raportu verən rəhbər indi quruculuğun, qayıdışın hesabatını verir.

Hərbi taborları tikinti inşaat batalyonları əvəzləyir, onları əməyə, ocağa gələcək yaşayış məskənlərinə daşıyır, hər vətəndaşın evinin nümunəsində milyonlarla çıraq yandırır, Yeni Vətən qurur!

Prezidentin Qarabağa səfərləri təkcə infrastruktur hadisəsi, yaxud digər bölgələrindəki təqdimatlarla eynigüclü hadisə deyil, daha böyük ölçüdə, dünyaya xalqımıza verilən yeni mesajdır-biz qayıtmışıq, özü əbədi dönmüşük təkcə binalar inşa etmirik, həm siyasi gələcəyimizi tikirik, tarixi-milli yaddaşı oyadırıq mənəvi-mədəni dirçəlişə nail oluruq.

On illərin humanitar fəlakətləri məhrumiyyətləri fonunda Prezident psixoloji-mənəvi reabilitasiya aparır, Qarabağı özü boyda yeni milli kimlik platformasına çevirir. Məsələn, Şuşa mədəni pasport kimi minillik tarixə malikdirsə, dövlət rəhbəri hər addımında çoxəsrlik qan yaddaşını tərpədir, hər repertuar nümunəsində o ərazilərdə itirilən maddi-mədəni irsini mənəvi keçmişini qaytarır.

İndinin qəhrəmanı fəhlədir, icraçısıdır, layihə başçısıdır. Xüsusi təyinatlılıq yalnız silahlı hərbi birləşmə deyil, çətin relyefdən keçən, dəmir karkaslarla elektrik stansiyaları quran, azad torpaqlara aydınlıq işıq bəxş edən, yaxud, yerin bətnini minasızlaşdırıb ora təhlükəsiz həyat qaytaran, taxıl zəmilərində nemətlər yaradanlardır. İndi mükafatı bənnaya, dağları aşan elektrikə əli qabarlı, alnı açıq mühəndisə vermək gərəkdir.

Qarabağın gələcəyinə münasibətdə millətimizin vahid baxışı var, yəni, azad edəndə , quranda da xalqın iradəsi əsasdır.

Ağdamda 76 yaşlı müəllimə ilə prezidentin görüşü çox təsirli idi. Ulu Öndərin dəfələrlə ziyarət etdiyi, açılışlarında olduğu yüzlərlə binanın, el bayramlarının hər birini təkrar xalqa qaytarmaq, yaşatmaq müharibədəki qəhrəmanlıqlar qədər müqəddəsdir, çünki millətin gələcəyi uğur keçmişini qorumaqdan keçir. Müəllimə deyir ki, yaşıdları artıq həyatda yoxdur, lakin doğma ocağına yetirmələri ilə birlikdə qayıdıb.

Bəli, müharibə erası bitib, prezident sülh əsrini-Yeni Qalib yüz ili başladır. Liderin yeni Qarabağ siyasəti təkcə tikinti deyil, həm azad torpaqları ölkənin siyasi gələcəyini qurmağa yönəltməsidir. Şuşa mədəniyyətdən çox siyasi paytaxta çevrilir, dövlət protokolu ilə qarşılanan xarici ölkə başçıları Azərbaycanı yeni ünvanla tanıyır, qəbul edir, hesablaşırlar.

Bütün tribunlarda yalnız işğaldan danışan xalq artıq yoxdur.

Gələcəyin təməlləri Qarabağda formalaşır, çünki son iki əsrdə ora dağıdıcılıq məkanı olub. Şuşa haqqında yazılan əsərlər ötən yüzildən indiyədək xalqaların faciələrini özündə daşıyır-hər pəncərədən yalnız hüzn yağır, imperiyaların qırdığı acı talelər danışır.

İndi əksinə, Qarabağ harmoniyaya xidmət edir. Təmizlənən torpaq deyil, zərərsizləşdirilən dövlətçilyimizin altına qoyulan minalardır. Yeni qəsəbə kəndləri salanların korrupsiyaya uğraması iddiaları təsdiqlənsə belə, tikilən Yeni Həyatın - Yeni Yüz İlin qarşısında çox bəsit faktlardır. Qarabağı oğurlamaq mümkün deyil!

Xankəndini könüllü, dinc tərk edənlər İrəvanda hakimiyyəti yıxmaq planına uyaraq, Ermənistanda Qarabağı yenidən törədənlər görürlər ki, onların yaşadıqları 30 illik saxta qalibiyyət dövrü torpaqlara fəlakət, əsarət qorxu gətirib. Lakin torpağın əsil sahiblərinin gəlişi ilə yeni dövr başlanıb.

İndi Qələbəni bütün sferalara daşımaq, onu dövlət quruculuğunun yaradıcı gücünə çevirmək gərəkdir. Prezident azad torpaqlarda gələcək mədəni kimlik yaradır, ruhumuzun dirilişinə nail olur. Bir vaxtlar düşmənin baş ideoloqunun qanlı savaşa xidmət edənOcağ”ından fərqli olaraq, ölkə rəhbərinin yandırdığı ocaqlar sülh əminamanlığa xidmət edir.

İndiQarabağsözü beynəlxalq leksikonda ənənəvi savaş deyil, ayrı bir semantikada assosiasiyada qəbul edilir.

Müstəqillik dövrümüzün heç bir rəhbərinin səngərdə əsgərlə, əmr verən zabitlə birgə şəkli yoxdur. Ayaz Mütəllibovun Əbülfəz Elçibəyin prezident obrazı xalqın yaddaşında fərqli hadisələrlə qalıb. Heydər Əliyev onun hərbi varisi İlham Əliyevin sərkərdə simasını misilsiz ordu quruculuğu, Naxçıvanskidən başlayan oğulların müasir texnologiya strateji planlarla çatdıqları uğur salnaməsi, nəhayət, ruh paradı müəyyən edir.

İndi silahlı hüquqi bitən savaşı sülh müqaviləsi ilə başa çatdırmaq tarixi missiyadır. Barış yalnız iki dövlət xalq arasında bağlanmır. Regionu əsrlərdir istismar edən qüvvələr müstəmləkə xalqlarına belə hüququ heç vaxt tanımayıblar. İstər sisianovlar, yermolovlar olsun, istərsə tiqq consonlar, yaxud 11-ci qızıl ordunu üstümüzə göndərən orconokidzelər, mikoyanlar işğalçı dövlətlərin əmrlərini qədim Şərqə yalnız hökm edib, imzalatdırıblar.

Geosiyasi baxımdan ədalətli müharibəni 8 avqustda Ev Zirvəsinə daşımaq bölgənin gələcəyini xarici dövlətlərin planlarından xilas etmək deməkdir. İndi Paşinyanla birlikdə İrəvanı da Qafqazın yeni arxitekturasında Bakıdan ayırmadan qorumaq tələb olunur. Çətin dərk olunan, düşmənçiliyin imkan vermədiyi, lakin daha strateji düşündükdə məhz belə böyük plan qurmaqla nəinki Orta dəhliz, yaxud, Yaxın Şərqlə böyük Orta Asiyanı vahid siyasi arxitekturada birləşdirmək mümkün olur, üstəlik, müstəqil oyun qurucusu kimi ənənəvi güclərə qarşı sipər qura bilərsən.

Dünya erməniçiliyinin neytrallaşdırılması növbəti məsələdir. Lakin əvvəlcə Bakı İrəvanı eyni siyasi dalğada birləşdirmək gərəkdir. Tranzit məhdudiyyətlərinin aradan qaldırılması, neft məhsullarının Ermənistana göndərilməsi gələcək Zəngəzur-Tramp yolu həmin məqsədlərə xidmət edir. 30 illik toqquşdurulan mərkəzlər indi birləşməyə məcburdular.

Faciələrlə akkumulyasiya edilən ideoloji mübarizə Qarabağ üzərində qurulanböyük Ermənistanideologiyası, dövlətçilik sütunları, Eçmiədzinin dini rituallardan çox siyasi ayinlərin baş qərargahı olması, kilsə, dövlət diaspora triadasına artıq son qoyulur. Qələbəmiz 3 əsrlik erməni tarix şüurunu, fəlsəfəsini dövlət konseptini dəyişir.

Müharibədəki qalibiyyəti sosial rifaha, 100 minlərlə yerinin açılmasına, əlçatan tibbi sığortaya, vətəndaşla şəffaf dialoqa daşımasaq, məğlubiyyəti başa düşən toplum qalibiyyəti anlayacaq, yaşayacaq. Zəfər himnləri gimnaziya universitetlərdə yazılsa da sətirləri ruhu millətdən gəlir. Hərbi qələbə yalnız fiziki-siyasi nəticə deyil, tükənməz mənəvi sərvətdir. Onu mədəni kodlara-musiqiyə, ədəbiyyata, memarlığa, rituallara kollektiv yaddaş səlnamələrinə köçürməsən, cəmiyyət məğlubiyyətdən psixoloji olaraq çıxa bilməyəcək.

Alman politoloqu Yan Assmanınkollektiv yaddaşnəzəriyyəsinə görə, xalqlar tarixdə qalib ya məğlub olduqlarını arxivlə yox, mədəni mətnlərlə xatırlayırlar. Əgər kültür sistemi yalnız elegiya, yas, itki faciə üzərində qurulursa, cəmiyyət zamanla məğlubiyyət identikliyini təkrar istehsal edir.

Qələbə yalnız o zaman tarixə çevrilir ki, himnə, simfoniyaya, monumental memarlığa estetik normaya daşına bilir. Ona görə, Qalibiyyət səlnaməsini himnə simfoniyaya çevirmək təkcə mədəni vəzifə deyil, yeni millət quruculuğu hadisəsidir. Qalib dövlət musiqidə, rəmzlərdə rituallarda yüksələn tonallıq yaradır; yas dominantını yox, qürur üstünlüyünü normaya çevirir.

Romalılar qələbəni yalnız hərbi paradlarla deyil, simfonik mədəniyyətlə, Ruzveltin Amerikası isə müharibədən sonra qələbə ruhunu kino, musiqi ictimai rituallarla möhkəmləndirmişdi.

Azərbaycan nümunəsində Şuşanın quruculuğu təkcə keçmişin bərpası deyil, qalibiyyətin ruh məbədini yaratmaqdır. Yeni musiqilər, festivallar simvolik aktlar milli kimliyi yasdan azad edib qalib subyekt mövqeyinə gətirir.

Zəfər simfoniyaları uduzduğumuz dövrün himnlərindən daha təsirli cazibədar olmasa, insanlar itki dövrünün havası ilə oyanacaqlar, onunla yaşacaqlar.

Qələbəmizi milli həyatın bütün sferalarına daşımaq ən böyük vəzifədir. Yalnız erməni amili ilə sinxron inkişaf etmək, həyat, təhsil siyasət kursunu formalaşdırmaq mümkün deyil. Belə ikili mövcudluğun sonu yoxdur. Bəli, məğlub erməni daha təhlükəlidir.

Azərbaycan liderləri Qafqazda zəif olanda həmişə torpaq sərvət itiriblər. Son 100 il bariz sübutdur.

İlham Əliyev İrəvan Tiflisdən üstün liderliyin nümunəsini yaradır, qlobal regional siyasətdə ölkəsinə yeni status qazandırır.

24 dekabr Prezidentin özəl günü olmaqdan çox, millətin taleyinə qarışaraq, Zəfərdən yaranan yeni siyasi təqvimdir!

Xalqın mənəvi doğuluşu yüksəlişi şəxsiyyətlərin tərcümeyi-halı ilə birbaşa bağlıdır!

İlham Əliyevin siyasi təvəllüd günü-8 noyabrdır, Yeni milli qalib Yüzilin başlanğıc tarixidir!

 

Zahid ORUC,

Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili

 

Hürriyyət.- 2025.- 23 dekabr, ¹46.- S.5; 12.