İLAHİNİN SEÇİMİ
Fitri istedadla
doğulanlar
birbaşa İLAHİnin seçdikləri olduqları üçün Allahın bu istedad sahiblərinə açdığı yolla bağlı bir qaydası pozulmazdır: seçdiklərini özünün yazdığı möhtəşəmliyə apardığı yolda onları müxtəlif labirintlərdən
- hadisələrdən keçirir. O yollar nahamar, ağrılı- acılı,
məşəqqətli və s. ola bilir. Maraqlı burasıdır
ki, o çətinliklərdən keçirərkən seçdiklərinə
əzm də, iradə də, mətanət də verir.
Dözməyə ürəyi,
daşımağa çiyni
də əsirgəmir. Çünki sonunda işığa,
nura qovuşdurur. Sonradan dərk olunur bu, üstündən
çox illər keçdikdən,
yaşandıqdan sonra...
Yeniyetmə vaxtı günlərin
birində dizindən ağır bir zədə alarkən hamı - özü, anası, yaxınları çox üzülmüşdülər.
O zaman həmin
ağrı onları
üzəndə
kimsənin ağlına
da gəlməmişdi ki, bu hadisə əslində böyük bir möhtəşəmliyə
gedən ilk
yoldu, zədə timsalında açılıb
yeniyetmə
Səməndərin qarşısında
və bu yıxılmaq əslində qalxmaq üçün bir səbəbdi. Belə olmalıymış:
dizindən aldığı
zədə səbəbindən müalicə almalı, heç yerə çıxa bilməməli,
uzun- uzun yay günlərini,
qara- qara qış gecələrini
ötürmək və darıxmaq hissini dəf etmək üçün
radio onun
dadına çatmalıymış. Radioda qulaq
asdığı
ədəbi - bədii
verilişlər onun ruhuna axmalı, onu qidalandırmalı, qanadlandırmalı
və
bir az sonra isə həyat yönünü, istiqamətini dəyişdirməli imiş.
Aktyorluq inandırıcı
şəkildə başqalaşa
bilmək bacarığıdır. Bu bacarıqsa hər bir aktyorda ayrı- ayrılıqda müəyyən
formada özünü
büruzə vermiş
olur. Kimi gözəl
plastikası, kimi gözəl səs tembri, kimi gözəl fakturası, kimi gözəl səhnə nitqi bacarığı
və s. ilə bu sənətə
gələ və işləyə
bilir. Amma bir şəxsdə
saydığımız və saymadığımız
bütün
xüsusiyyətlərin olması
nadir hallarda olur. Olursa, bu artıq çoxluqdan fərqlənmək deməkdir.
Olursa, bu, artıq aktyorluq sənətinin zirvəsi deməkdir. Olursa, bu, artıq İLAHİnin seçimi deməkdir.
Səməndər Rzayevdən bəhs
edirik, aktyor ömrü cəmi 20 illə
məhdudlaşan, fəqət sonrakı əsrdaşlarına
səsi-sədası yetən nəhayətsiz möhtəşəmlik mücəssəməsindən
- parlaq istedad sahibindən! Onun fakturası, plastikası, gözəl səs tembri, səhnə nitqi bacarığı, aktyor səmimiyyəti, bədən
dili və s. hər biri ayrı-
ayrılıqda
bir aktyor idi. Onun yaratdığı obrazlara baxanda bir
daha əmin olursan ki, oynadığı obrazları heç kim onun qədər cazibədar oynaya bilməzdi. Elə bircə yaratdığı obrazlarda gözləri və qaşları vasitəsilə
ifadə etdiyi mənalar kifayətdir ki, onun aktyor oyununa heyran olasan. Bircə səsi kifayətdir ki, bu ecazdan qurtulmayasan,
qulaq asmaqdan yorulmaya, doymayasan. Obrazın duyğularını,
yaşantılarını tamaşaçıya olduğu kimi çatdırmaq üçün təkcə plastikası kifayət edir ki, bu aktyor oyunu
qarşısında təzim edəsən.
Varlığında qərarlaşan,
bulaq kimi qaynayan istedadından danışmağa
hünərim çatmaz. Amma bir reallıq ortadadır: Azərbaycan teatr və kino səhnəsində, demək
olar ki, istedadın beləsi görünməyib. Düşünəndə
ki, ömrünün cəmi 41- ci
baharında həyatla vidalaşıb, amma yaratdığı obrazlardan boylanansa qocaman biridir, yenə heyrətdən diksinirsən.
Bu, qrimlə formalaşdırılmış obraz deyildi, içindəki
səssiz fəryadlardan
formalaşmış vücud idi, beləcə görünürdü. Həyatında
yaşadığı ədalətsizliklərdən dolayı bezmiş bir ürəyin vaxtsız yaşa dolmasıydı, qocaman bir şəkildə boylanırdı...
Yoxluğundan sonra
təəssüflər heç nəyi qaytarmasa da, bu il böyük sənətkarın 80 illik
yubileyidir. Verilməyən
haqların az da olsa, qaytarılması üçün gözəl
fürsətdir. Bu fürsəti
dəyərləndirərək 80 illik yubileyinin layiqli keçirilməsinə ümid etmək və inanmaq istərdik.
Yəqin
ki...
ŞAİQƏ
HƏMZƏQIZI
Hürriyyət.-
2025.- 6 may, ¹16.- S.13.