Vətənlə bir vuran qəlb
sahibi
İkinci
Qarabağ müharibəsi
Mirlətif Mirislam oğlu Ağayev kimi qeyrətli igidlərin qanı bahasına zəfərimizlə
bitdi. Cəlilabad rayonunun Göytəpə şəhərində boya-başa
çatan Mirlətif ömrünü canından
artıq sevdiyi Vətəni üçün
yaşadı, 30 yaşında
əbədiyyətə qovuşdu.
Ağır müharibə
meydanında qəhrəmanlığı
ilə tarix yazan Cəlilabad elinin igid oğlu
cismən aramızdan getsə də, iftixar mənbəyimizə,
qürur yerimizə döndü. İndi o, Günəş
ömrü yaşamaqla
daha əzəmətli
görünür. İnsanın
həyatda ləyaqətlə,
şərəflə yaşaması
üçün bütün
dəyərləri bu
əzəmətdən görüb-götürmək
olur.
Qəlb
dünyası sevdalı
olan Mirlətif Ağayev 2008-ci ildə orta məktəbi bitirib. Həyat amali insanlara daha çox fayda vermək, qəlb sevindirmək olan yeniyetmə elə həmin il Tibb Universitetinə daxil olub, 2013-cü ildə ali təhsilini
mükəmməl şəkildə
başa vurub. Vətən məhəbbəti
Mirlətifi ordu sıralarına aparıb.
Cəbhə bölgəsində
zabit kimi doğma Azərbaycana ləyaqətlə xidmət
edib. Öz şəxsi nümunəsi
ilə əsgərlərin
qəlbində də Vətənə məhəbbət,
cəsurluq, Qarabağımızı
işğal etmiş yağıya nifrət hisslərini aşılayıb.
Vətən eşqli zabit 2015-ci ildə ehtiyata buraxılıb.
Doğma
elində Mirlətif əynində ağ xalatı görəndə
qürur hissi keçirdib. Xəstələrinə
həssas, qayğıkeş
münasibət bəsləyib.
Onlara ikinci həyat bəxş edəndə dünyalar qədər sevinib. Gözəl həkim, ləyaqətli, vicdanlı,
təmiz oğul olaraq el-obada hamının hörmətini
qazanıb. Bütün
bunlara baxmayaraq Mir lətf həmişə düşmən tapdağında
qalan Qarabağımızın
taleyini düşünüb
və Vətən çağıracağı, işğal
olunmuş ərazilərin
hərbi yolla azad olunacağı təqdirdə hər an ön sıralarda yer almağa, düşmənə qarşı
son nəfəsinə qədər
döyüşməyə hazır durub.
İkinci
Qarabağ müharibəsi
başlanan günü
Azərbaycan Ordusunun leytenantı Mirlətif Ağayev Vətəni hər şeydan üstün bilməklə
savaş meydanına girib. Cəbrayılın və Qubadlının azadlığı uğrunda
gedən döyüşlərdə
yağıya ağır
zərbələr vurmaqla
yanaşı, yaralanan
hərbçilərə yerindəcə
yardım edib, onlara ikinci həyat
verib. 247 yaralı əsgəri, 20 şəhidi
döyüş meydanından
çıxarıb. Özü
isə oktyabrın
26-da Qubadlı döyüşləri
zamanı qəhrəmancasına
şəhid olub. Noyabr ayının 7-də
ata yurdu olan Ləkin kəndində torpağa tapşırılıb. Müharibə
meydanında göstərdiyi
şəxsi şücaətinə
görə ölümündən
sonra “İgidliyə görə”, “Vətən
uğrunda”, Cəbrayılın
və Qubadlının
azadlığına görə
medallarına layiq görülüb.
Bəli,
deyirlər ki, hər bir insanın tarixi dəyəri onun öz Vətəni,
xalqı üçün
gördükləri ilə
ölçülür. Mirlətif
dünyadan tez getsə də, göstərdiyi qəhrəmanlıqla
Azərbaycanın yeni, şərəfli
tarixinə daxil oldu.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü
Hürriyyət.-
2025.- 27 may, ¹19.- S.12.