“Səkkiz qadın”

 

Aprelin 21-də Azərbaycan Dillər Universitetində (ADU) məşhur fransız dramaturqu Rober TomanınSəkkiz qadınəsərinin səhnələşdirilmiş tamaşası nümayiş olunub. APA-nın məlumatına görə, tamaşa universitetin tədrisi metodikası kafedrasının müdiri, professor Gülnar Hüseynzadənin təşkilatçılığı kafedranın əməkdaşı Günel Qasımovanın bədii rəhbərliyi ilə ADU-nun I kurs tələbələrinin ifasında ingilis dilində səhnələşdirilib. Tamaşanın nümayişində ADU-nun rektoru Səməd Seyidov Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətov çıxış ediblər. S.Seyidov qeyd edib ki, müxtəlif tamaşaların səhnələşdirilməsi tələbələrə xarici dil biliklərini kommunikativ baxımdan daha da inkişaf etdirməyə kömək edir.

 

 

İki sahil.- 2010.- 22 aprel.- S. 16.