HEYDƏR ƏLİYEVİN İRSİNİ ÖYRƏNİRİK

 

YAP Gəncə şəhər təşkilatında ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr edilmiş ənənəviBilik yarışıkeçirilmişdir

 

YAP Gəncə şəhər təşkilatı hər il ənənəvi olaraq, dahi Heydər Əliyevin doğum gününə həsr edilmiş silsilə tədbirlər keçirir. Bu il həmin məqsədlə hazırlanmış geniş tədbirlər planına uyğun olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü ilə əlaqədar şəhərin ali orta ixtisas məktəbləri YAP Gənclər Birliyi ərazi ilk təşkilatlarının nümayəndələri arasındaHeydər Əliyev irsini öyrənirikadlıBilik yarışıkeçirilmişdir. YAP Gəncə şəhər təşkilatının İdarə Heyətinin müvafiq qərarı ilə yarışın Təşkilat Komitəsi yaradılmışdır. Yarış üç mərhələdə keçirilmişdir. Yarışlarda ADAU, GDU, AzTU, AzMİ Gəncə filialı, Musiqi Texnikumu, Texniki Kollec, Humanitar Kollec Tibb məktəbinin komandaları iştirak etmişlər. AzTU, GDU, AzMİ Gəncə filialı, Musiqi Texnikumunun komandaları yarımfinala vəsiqə almışlar. Bu il bilik yarışının birinci ikinci mərhələləri müvafiq olaraq, neytral məkanda olmaqla, ərazi təşkilatlarında keçirildi. Yarımfinal final görüşləri isə YAP Gəncə şəhər təşkilatının qərargahında keçirildi.

Bilik yarışı”nda ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərə, xüsusilə müstəqil Azərbaycan dövlətinə rəhbərliyi dövrünə, prezidentlik fəaliyyətinə, ölkə Prezidenti İlham Əliyevin daxili xarici siyasətinin əsas istiqamətlərinə, YAP-ın cəmiyyətdə mövqeyinə, Heydər Əliyev Fondunun fəaliyyətinə, Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramına, Seçki Məcəlləsinə, keçirilən seçkilərə, ərazi bütövlüyümüzün qorunmasına, milli-mənəvi dəyərlərimizə, Gəncə şəhərinin qədim tarixinə müasir dövrünə dair maraqlı, konkret suallar cavablandırıldı. Hər görüşdə komandalara 5 sual verilirdi. 5 mümkün baldan ən çox xal toplayan komanda yarışın qalibi olurdu. Yarışın qaydalarına görə komandalar rəqiblərini püşkatma yolu ilə müəyyənləşdirirdilər.

Yarışın final görüşü 29 aprel 2010-cu il tarixdə YAP Gəncə şəhər təşkilatının qərargahında yarımfinal görüşlərinin qalibi olaraq finala vəsiqə almış AzMİ Gəncə filialının AzTU-nun komandaları arasında keçirildi.

Yarışın qalibi -AzMİ Gəncə filialının komandasına ikinci yerə çıxmış Azərbaycan Texnologiya Universitetinin komandasına xüsusi sertifikat verildi. Yarışda iştirak edən komandaların hər bir üzvünə YAP Gəncə şəhər təşkilatının qiymətli hədiyyələri sertifikatlar təqdim edildi.

Yarışa yekun vuran YAP Gəncə şəhər təşkilatının sədri, professor İsrafil İsmayılov Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin şəhər Təşkilatı İdarə Heyətinin adından yarışın qaliblərini təbrik etdi.

 

 

Süsən Tağıyeva

 

İki sahil.- 2010.- 30 aprel.- S. 5.