Xatirələrdə yaşayan neftçi-geoloq

 

Nəzəri biliklərin istehsalatda tətbiqini yüksək səviyyədə həyata keçirən Hamlet  Nəbiyev gənclərin işində peşəkar əsl vətəndaş kimi hazırlanmasına xüsusi önəm verirdi

 

Ömür hər bir insanın keçdiyi yol, alın, tale yazısıdır. Bu yazının son nöqtəsinin zaman qoyulacağından isə xəbərsizik. Yalnız ötən illəri arxada qoyub, gələcək arzularımızın təsiri altında yaşayır, illərlə yanaşı izlər qoyuruq. Bu izlər tutduğumuz mövqedən, seçdiyimiz sənətdən asılı olaraq müxtəlifdir.

Sözsüz ki, həyatını elmə həsr edənlərin keçdiyi ömür yolu daha zəngin olur. Nəzərə alsaq ki, hər bir ölkəni dünyada tanıdan onun elmi potensialıdır, o zaman bu sahədə çalışanların qiymətinin qədər böyük olduğunu qeyd  etməyə ehtiyac duymuruq. Elmi-texniki tərəqqi, yeni təcrübələrin tətbiqi hər bir ölkənin inkişafında mühüm amillərdən biridir. Bu mənada Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynayan neft sənayesində yeni üsul texnologiyaların tətbiqinə daim geniş yer verilib, mühüm uğurlara imza atılıb.

Zəngin neft-qaz ehtiyatına malik olan Azərbaycan bu potensialdan səmərəli istifadə edərək mühüm uğurlara imza atıb. Bu nailiyyətlərdə neftçilərin rolu daim önə çəkilir, zəhmətləri yüksək dəyərləndirilir. Ölkəmizin bu gün yeni yataqların kəşf olunmasında böyük perspektivlərə malik olması da uğurlu təmələ əsaslanır. Neft qaz yataqlarının geologiyası işlənməsi sahəsinin nüfuzlu mütəxəssisi, tanınmış neftçi-geoloq Hamlet İdris oğlu Nəbiyevi tanıyanlar az deyil.

Hamlet Nəbiyev 1935-ci il dekabrın 22-də Goranboy rayonunda anadan olub, 1958-ci ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirib. Əmək fəaliyyətinəŞirvanneft” NQÇİ- operator vəzifəsi ilə başlayan H.Nəbiyev idarənin geoloji şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib.

1969-cu ildəXəzərdənizneftqazbirliyinin neft qaz yataqlarının işlənməsinin texnologiyası şöbəsinin müdiri təyin olunan Hamlet Nəbiyev 1972-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi  adını alıb.

1977-ci ildə AzNSETLİ-nə neft yataqlarının geologiyası işlənməsi sahəsində elmi işlər üzrə direktor müavini vəzifəsinə göndərilib. 1980-ci ilin mart ayından 1982-ci ilin noyabrınadək Hindistanda xidməti ezamiyyətdə olaraq neft yataqlarının işlənməsi üzrə baş mütəxəssis vəzifəsində əmək fəaliyyətini davam etdirib. Ezamiyyətdən qayıtdıqdan sonra AzNQSDETLİ-də neft qaz yataqlarının işlənməsinin layihələndirilməsi təhlili laboratoriyasının müdiri vəzifəsinə təyin olunub.

O, 1986-cı ildən 1989-cu ilədək Vyetnamda xidməti ezamiyyətdə olarkən ETLİ neft-qazVyetsovpetro” BM- laboratoriya müdiri vəzifəsində işləyib. 1989-cu ildə növbəti xidməti ezamiyyətdən qayıdan H.Nəbiyev AzNQSDETLİ-də yataqlara su ilə təsir proseslərinin təkmilləşdirilməsi laboratoriyasına müdir təyin olunub.

1992-ci ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə baş mütəxəssis kimi dəvət olunan H.Nəbiyev daha sonra neft qaz yataqlarının işlənməsi ehtiyatların hesablanması şöbəsinə müdir təyin olunub ömrünün sonuna kimi bu vəzifədə işləyib.

İşlədiyi dövr ərzində özünü istər elm, istərsə istehsalatda yüksək səviyyəli mütəxəssis kimi göstərib. O həm quruda, həm dənizdə neft-qaz yataqlarının işlənməsi, texnologiyası, geologiyası, ehtiyatların hesablanması, yeni istismar quyularının qazılması, layların son neftvermə əmsalının artırılması haqqında 80-dən çox elmi məqalənin səmərələşdirici təklifin müəllifi, onlarla texnoloji sxemin layihənin rəhbəri olub. O daim gənclərlə işləməyə üstünlük verib, onların nəinki mühəndis alim kimi, eləcə bir insan kimi formalaşmalarında böyük rol oynayıb.

Keçmiş SSRİ, Azərbaycan Vyetnam Respublikalarının neft, qaz kimya sənayelərinin nazirlikləri H.Nəbiyevin əməyinə yüksək qiymət verərək, daim onu fəxri mükafatlarla təltif ediblər. Vyetnamda fəaliyyət göstərdiyi vaxt ərzində gördüyü işlərin nəticələrinə görə Vyetnam Nazirlər Kabineti tərəfindən Vunqtau şəhərinin fəxri vətəndaşı adına layiq görülüb.

Hamlet Nəbiyevin bütün əmək fəaliyyəti ərzində özünü tələbkar, işində ciddi, diqqətli məsuliyyətli geoloq kimi göstərib. Yüksək mədəniyyət erudisiya, qeyri-adi qabiliyyət, ziyalılıq onu ətraf mühitdən həmişə fərqləndirib. O, çox gözəl ailə başçısı, sevimli ata, istəkli baba, bacarıqlı rəhbər, ağıllı məsləhətçi olub.

Azərbaycan Hamlet Nəbiyevin simasında bacarıqlı təşkilatçını, peşəkar neftçini, humanist prinsipial bir insanı itirsə o, yoldaşlarının, dostlarının, həmkarlarının ailə üzvlərinin yaddaşında çox təvazökar, zəhmətkeş, sadə düzgün insan kimi əbədi yaşayacaq.

 

 

Sevil Təhirova

 

İki sahil.- 2010.- 22 dekabr.- S. 13.