İstehsalatda modern metodlar

 

“Neftqaztikinti” Trestinin 1 saylı Tikinti-Quraşdırma İdarəsi ARDNŞ-in dənizdə və quruda olan obyektlərində elektrik quraşdırma işlərinin yerinə yetirilməsini təmin edir

 

Bu gün ölkəmizin enerji sektorunda aparıcı rol oynayan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) artıq dünya enerji sektorunda özünə layiqli yer tutan çoxşaxəli sənaye komplekslərindən biridir. ARDNŞ müxtəlif ölkələrdə öz nümayəndəliklərini yaradaraq irimiqyaslı enerji layihələri həyata keçirir, həmin ölkələrin enerji sektoruna böyük həcmdə investisiyalar yatırır. Azərbaycan neftçilərinin zəngin təcrübəsi, neft sənayesinin geniş imkanları ARDNŞ-in tərəfdaşı olan xarici neft şirkətlərinin ölkəmizə inamını artırır. Bu siyasətin uğurla icra olunmasında ARDNŞ-in struktur təşkilatlarından biri olan “Neftqaztikinti” Trestinin, o cümlədən trestin struktur vahidlərinin xidməti olduqca böyükdür. Trestin 1 saylı Tikinti-Quraşdırma İdarəsinin (1 saylı TQİ) həyata keçirdiyi işlər barədə məlumat almaq üçün idarə rəisi Bəhruz İsmayılovla görüşdük.

 

B.İsmayılov məlumat verdi ki, 1 saylı TQİ ARDNŞ-in bütün neft və qazçıxarma obyektlərində, eləcə də mülki təyinatlı obyektlərdə elektrik avadanlıqlarının quraşdırılması, hava elektrik ötürücü xətlərinin, sualtı elektrik kabel xətlərinin çəkilməsi, elektrik yarımstansiyalarının tikintisi, tikilən mülki və sənaye təyinatlı obyektlərdə elektrik təchizatı ilə bağlı əsaslı təmir, elektro-kimyəvi mühafizə, obyektlərdə nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə sistemlərinin quraşdırılması işlərini yerinə yetirir. İdarədə Tikinti quraşdırma, Elektrik quraşdırma və Təmir tikinti quraşdırma sahələri və Elektrik avadanlıqlarının hazırlanması, quraşdırılması və təmiri (EAHQT) sexi fəaliyyət göstərir. Neft strategiyasının tərkib hissəsi olan dənizdə yerləşən yataqlarda neftqaz quyularının qazılması üçün tikilən Dərin Dəniz Özüllərinin (DDÖ) tikintisində və qazmadan sonra DDÖ və meydançalarda abadlıq işlərinin aparılmasında elektrik-quraşdırma işlərinin və DDÖ-lər arası sualtı kabel xətlərinin çəkilməsi, hava elektrik ötürücü xətlərinin çəkilməsinin yerinə yetirilməsi 1 saylı TQİ-nin istehsalat sahələri tərəfindən aparılır. İdarənin nəzdində fəaliyyət göstərən EAHQT sexində elektrik avadanlıqlarının, nəzarət ölçü kolonkalarının, kompleks paylayıcı məntəqələrinin və müxtəlif təyinatlı elektrik dirəklərinin hazırlanması, transformator yağının qurudulması, Stasionar Elektrik Laboratoriyası ilə sınaq işlərinin aparılması və elektrik mühərriklərinin təmiri işləri yerinə yetirilir. İdarədə avtomaşında quraşdırılmış elektrotexniki laboratoriya vasitəsi ilə səyyar qaydada elektrik kabellərinin müxtəlif təyinatlar üzrə yoxlama-sınaq işləri də həyata keçirilir.

İdarə rəisi vurğuladı ki, 1 saylı TQİ-nin kollektivi bir qayda olaraq, onlara göstərilən etimadı doğruldaraq tapşırılan işlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edirlər. İdarə üçün nəzərdə tutulan plan və tapşırıqlar vaxtında və artıqlaması ilə yerinə yetirilir. Belə ki, 2013-cü ilin 10 ayı üzrə öz gücü ilə 17503500 manat həcmində plan tapşırıq faktiki olaraq 20097300 manat həcmində yerinə yetirilərək 114.8%, ümumi podrat qaydada isə 20879300 manat plan tapşırıq faktiki olaraq 20969500 manat həcmində yerinə yetirilərək 100.4% təşkil edib.

Qeyd edək ki, son illərdə idarə tərəfindən nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə sistemlərinin quraşdırılması üzrə də işlər uğurla yerinə yetirilməkdədir. Cari ilin 10 ayında “Abşeronneft” NQÇİ-nin yığım nəql sisteminin yenidən qurulması”, “Qaradağ 2 saylı QKS-in yenidən qurulması”, “Qalmaz Yeraltı Qazsaxlama anbarının yenidən qurulması”, “Günəşli” yatağında 4 saylı DDÖ-də köpüklə avtomatlaşdırılmış yanğınsöndürmə sisteminin yenidən qurulması” obyektlərində idarənin mütəxəssisləri tərəfindən nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə sistemlərinin quraşdırılması istiqamətində işlər uğurla yerinə yetirilib.

“Azneft” İB-nin “28 May” NQÇİ-nin obyektlərində tikinti və əsaslı təmir işləri aparıldığını deyən B.İsmayılov vurğuladı ki, “Günəşli” yatağının istismarı üçün DDÖ-lərin tikilməsində, qazmadan sonra istismara verilməsində və DDÖ-lər arası 100-160 metr dərinlikdə sualtı kabel xətlərinin çəkilməsində, elektrik-quraşdırma işlərinin yerinə yetirilməsində idarənin elektrik-quraşdırma üzrə mütəxəssislərinin xüsusi əməyi var. Cari ilin 10 ayı ərzində “”28 May” NQÇİ-nin “Günəşli” yatağında DDÖ-19-da elektrik təchizatının əsaslı təmiri”, “DDÖ-2-DDÖ-3 arası 6 kVt-luq kabel xəttinin əsaslı təmiri”, “DDÖ-6-DDÖ-11 arası 6 kVt-luq sualtı kabel xəttinin təmiri”, “DDÖ-5-DDÖ-15 arası 6 kVt-luq kabel xəttinin əsaslı təmiri” obyektlərində işlər uğurla yerinə yetirilərək sifarişçi təşkilata təhvil verilib. “”Neft Daşları”nda subpodrat qaydada Yeni Paylayıcı məntəqənin tikintisi” obyektində 1302400 manat dəyərində tikinti işləri yerinə yetirilib. Qaz Turbin Elektrik Stansiyasının tikintisində elektrik işlərinin, sosial, mülki və sənaye təyinatlı obyektlərin elektrik təchizatı işlərinin yerinə yetirilməsində də idarə tərəfindən nəzərə çarpacaq dərəcədə işlər görülüb. “”Neft Daşları” yatağında 12 ədəd quyunun qazılması üçün 2585 saylı DSP-nin tikintisi”, “”Neft Daşları”nda 14 ədəd istismar quyusunun qazılması üçün 418 A saylı estakadayanı meydançanın tikintisi”, “”Neft Daşları”nda 2415 saylı DDÖ-nün qazmadan sonra genişləndirilməsi”, “”Neft Daşları” yatağında 12 ədəd istismar quyusunun qazılması üçün 2150 saylı SDP-nin tikintisi” obyektlərində elektrik-quraşdırma və nəzarət ölçü cihazlarının və avtomatik idarəetmə sistemlərinin quraşdırılması işləri 1 saylı Tikinti-Quraşdırma İdarəsinin mütəxəssisləri tərəfindən həyata keçirilib. “”Neft Daşları” NQÇİ-nin 810-2346 saylı özüllər arası 6 kVt-luq sualtı kabel xəttinin təmiri”, “2192-1841 meydançalararası sualtı kabel xəttinin əsaslı təmiri”, “1284-1047 meydançalararası 0,4 kVt-luq sualtı kabel xəttinin əsaslı təmiri”, “1100-1183 meydançalararası sualtı kabel xəttinin əsaslı təmiri”, “”Neft Daşları”nda “Palçıq Pilpiləsi” yatağında, Çvanov adasında, yataqxana korpuslarında, inzibati binalarda, evciklərdə sualtı kabellərin və elektrik avadanlıqlarının təmiri”, “1954-516 A saylı meydançalararası kabellərin təmiri” obyektlərində əsaslı təmir işləri yerinə yetirilərək təhvil verilib.

İdarə rəisi onu da bildirdi ki, N.Nərimanov adına NQÇİ-nin obyektlərində də tikinti və əsaslı təmir işləri yerinə yetirilib. “NQÇİ-nin Səngəçal burnu 35\6 kVt-luq yarımstansiyasının 6 kVt-luq hissəsinin avadanlıqlarının müasir tipli avadanlıqlarla əvəz olunması”, “N.Nərimanov adına NQÇİ-nin EYM607-EYM 604 arası 2 ədəd 6 kVt-luq kabel xəttinin quraşdırılması”, “EYM 171, ERYM 407-EYM482 arası 6 kVt-luq kabelin quraşdırılması” obyektlərində elektrik-quraşdırma işləri hal-hazırda da uğurla yerinə yetirilməkdədir. “N.Nərimanov adına NQÇİ-nin QKS-də qradirni və nasosxananın yenidən qurulması”, “272, 307, 283, 287, 432, 485, 604, 409 saylı estakadayanı meydançalarında qaz paylama sisteminin yenidən qurulması”, “429 saylı EYM-dən 698 saylı EYM-ə qədər əvəzedici estakada sahəsinin tikintisi” obyektlərində yerinə yetirilmiş elektrik-quraşdırma işlərində 1 saylı TQİ-nin kollektivinin özünəməxsus payı vardır.

“Abşeronneft” NQÇİ-nin obyektlərində də tikinti-təmir işləri yerinə yetirilib. “Abşeronneft” NQÇİ-nin yığım nəql sisteminin yenidən qurulması” obyektində elektrik-quraşdırma işləri yerinə yetirilırək, 79050 metr kabel xətti çəkilib. NQÇİ-nin “Darvin burnu” yatğında 660, 670, 720 saylı SDÖ-lərin abadlaşdırılması üçün 617100 manat dəyərində elektrik-quraşdırma işləri aparılıb.

Quruda da elektrik quraşdırma işlərinin 1 saylı TQİ tərəfindən aparıldığını deyən B.İsmayılov idarənin mütəxəsisləri tərəfindən “Ə.Əmirov adına NQÇİ-nin 2 kVt-luq elektrik şəbəkəsindən 6 kVt-luq elektrik şəbəkəsinə keçid obyekti” üzrə 29792 metr kabel xətti çəkildiyini, elektrik-quraşdırma işləri yerinə yetirildiyini əlavə etdi. Dövlət Proqramı çərçivəsində Bibiheybət ərazisinin ekoloji cəhətdən təmizlənməsi və sahənin abadlaşdırılması məqsədi ilə “Bibiheybətneft” NQÇİ-nin 1, 2, 5 saylı NQÇS üzrə lay məhsullarının yığım-nəql sisteminin tikintisi obyekti” üzrə 19779 metr kabel xətti çəkilib, abadlıq işlərində elektrik-quraşdırma işləri yerinə yetirilərək ərazi abadlaşdırılıb.

QaradağQalmaz ərazisində Dövlət əhəmiyyətli “Azneft” İB-nin Qaz Anbarlarının İstismarı İdarəsinin “Qaradağ 2 saylı QKS-nin yenidən qurulması”, “Qalmaz Yeraltı Qazsaxlama anbarının yenidən qurulması”, “Qalmaz Yeraltı Qazsaxlama Anbarında olan mövcud 35/6 kVt-luq yarımstansiyanın yenidən qurulması” obyektləri üzrə hava elektrik ötürücü xəttinin çəkilməsi, elektrik-quraşdırma, elektro-kimyəvi mühafizə və nəzarət ölçü cihazlarının, avtomatika sistemlərinin quraşdırılması işləri yerinə yetirlib.

“Yerinə yetirdiyimiz və xidmətlərdə hər zaman ARDNŞ prezidenti Rövnəq Abdullayevin və “Neftqaztikinti” Trestinin müdiri Mirkazım Abasovun diqqət və qayğılarını hiss edirik” deyən B.İsmayılov sonda qeyd etdi ki, 1 saylı TQİ-nin kollektivi üzərinə düşən işləri vaxtında və keyfiyyətlə yerinə yetirərək, ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsinə öz töhfələrini verməkdə davam edəcək.

 

Orxan Vahidoğlu

 

İki sahil.- 2013.- 19 dekabr.- S.9.