“SOCAR Yay məktəbi-2014”ün rəsmi açılış mərasimi keçirildi

 

İştirakçılar üçün Şirkətin idarə və müəssisələrinə ekskursiyalar təşkil ediləcək ki, bu da onların istehsalat prosesi ilə yaxından tanış olmasına imkan yaradacaq

 

2010-cu ildən hər il olduğu kimi “SOCAR Yay məktəbi”ni təşkil edir. “Yay məktəbi” Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəalliyət göstərdiyi enerji sektorunun bütün sahələrini-neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, neft-qaz emalı və neft kimyası, ekoloji normalar və alternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neft və neft məhsullarının satışını əhatə edir.

 

Bu layihə qısa dövrü əhatə etsə də tələbələr müəyyən bilikləri əldə edir. “Yay Məktəbin”də iştirakçılar interaktiv formada şirkətin rəhbər işçilərinin, ARDNŞ-in Təqaüd Proqramı əsasında dünyanın qabaqcıl ali məktəblərində təhsillərini başa vurub geri qayıtmış gənclərin mühazirələrini dinləcəyir, praktik məşğələlər keçir, Şirkətin idarə və müəssisələrinə ekskursiyalar ediblər. Bu layihə ilə bağlı da müəyyən yeniliklər nəzərdə tutulurdu. Yeniliklərdən biri 2012-ci ildən tətbiq olunan “Yay məktəbi”nin iştirakçıları arasında ARDNŞ-in idarə və müəssisələrində çalışan gənc kadrlardan seçilən nümayəndələrin olmasıdır. Bir sözlə, ARDNŞ-in gənc nəslin təhsilinin inkişafı ilə bağlı planları genişdir. Onların uğurlu icrası öz müsbət nəticəsini verəcək.

 

“SOCAR Yay Məktəbi 2014” layihəsinə start verildi. Avqustun 3-də layihənin iştirakçıları və təşkilatçıları ARDNŞ-in İnsan Resurları Departamentinin qarşısından məktəbin keçiriləcəyi Şıx çımərliyində yerləşən “Ramada-Baku” otelinə yola düşdülər. Oteldə yerləşdirildikdən sonra əvvəlcədən iştirakçı seçilən gənclərə verilən ev tapşırığına müvafiq olaraq təmsil etdikləri ali təhsil məktəbləri, ARDNŞ-in idarə və müəssisələrində çalışan iştirakçılar işlədikləri müəssisə barədə “ prezentasiyalarla çıxış edərək iştirakçılara məlumatlar təqdim etdilər. Günün sonunda isə iştirakçılar hər komandada 7 üzv olaraq komandalara bölündülər.

 

Avqustun 4-də “Ramada-Baku” otelində ‘’SOCAR Yay Məktəbi-2014’’ layihəsinin rəsmi açılış mərasimi keçirildi. Mərasimdə çıxış edən ARDNŞ-in Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov ‘’Yay Məktəbi’’ iştirakçılarını salamlayaraq onları müsabiqənin qalibi olmaları münasibətilə təbrik etdi. Əsası ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan və hazırda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilən yeni neft strategiyası çərçivəsində qazanılmış nailiyyətlərdən danışan Xalik Məmmədov Azərbaycanın qədim neft ölkəsi olduğunu, neft tarixində ölkəmizdə qazanılan nailiyyətlərdən də ətraflı bəhs etdi.

 

ARDNŞ-in kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti bildirdi ki, Dövlət Neft Şirkəti artıq 4 ildir ki, bu proqramı həyata keçirir. “Ölkə başçısı İlham Əliyevin tapşırığı ilə ARDNŞ öz işini beynəlxalq standartlara uyğun olaraq qurub. 2005-ci ildən başlayaraq ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin tapşırığı əsasında Dövlət Neft Şirkətində kadrların hazırlanması üzrə strategiya müəyyənləşdirilib və bu istiqamətdə işlər xeyli gücləndirilib. Hazırda Prezident İlham Əliyevin göstərişi ilə ARDNŞ tələbələrin xaricdə təhsil alması ilə bağlı proqram həyata keçirir. Dövlət Neft Şirkətində son illər ərzində neftçi ixtisası, peşəsi artıq Azərbaycanda gənclərin seçimində xüsusi rol oynayır.”

 

Xalik Məmmədov qeyd etdi ki, “SOCAR Yay Məktəbi 2014” layihəsi ARDNŞ-in ölkə təhsilinə, gəncliyə mühüm bir töhvəsidir. “Bu müddət ərzində iştirakçılar şirkətin müəssisələrində olacaq, rəhbər şəxslərlə görüşəcəklər. İnanıram ki, “SOCAR Yay Məktəbi 2014” layihəsi tələbələrin dünya görüşlərinin genişlənməsinə, təcrübi biliklərinin artmasına müsbət təsir göstərəcək.” X.Məmmədov ARDNŞ-in həyata keçirdiyi təhsil proqramları haqqında məlumat verdi. ‘’SOCAR Yay məktəbi’’ proqramının ənənə halını aldığını vurğulayan X.Məmmədov proqramın məqsədlərindən danışaraq bildirdi ki, Dövlət Neft Şirkəti 2005-ci ildən təhsildə seçilən istedadlı gəncləri daxili təqaüd proqramlarına cəlb etməyə başlayıb. Yüzdən artıq gənc isə hazırda Şirkətin Təqaüd Proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsillərini davam etdirir. Qeyd olundu ki, Yay məktəbində mühazirəçilərin də çoxu ARDNŞ-in Təqaüd Proqramı çərçivəsində təhsillərini xaricdə başa vurub Şirkətin idarə və müəssisələrində çalışan gənclərdir. Xalik Məmmədov xüsusi vurğuladı ki, 2012-cü ildən etibarən “Yay məktəbi” layihəsinə tələbələrlə yanaşı ARDNŞ əməkdaşları da cəlb olunurlar. Eyni zamanda, 2013-cü ildən etibarən ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin təşəbbüsü ilə “Yay Məktəbi” layihəsində fərqlənən iştirakçıların şirkətin xarici ölkələrdəki müəssisələrinə ekskursiyası təşkil olunur. “Yay məktəbi” layihəsində fərqlənən iştirakçıların ARDNŞ-in Türkiyənin İzmir şəhərindəki “Petkim” neft-kimya kompleksinin zavodlarına ekskursiyası təşkil edilir. Bu ilki layihənin ən fəal iştirakçılarından olan komandalar İsveçrə, Türkiyə və Gürcüstanda ARDNŞ tərəfindən idarə olunan müəssisələrdə bir həftəlik təcrübə keçmələri nəzərdə tutulur.

 

“SOCAR Yay Məktəbi-2014” layihəsində iştirakçı sayının 36 nəfərdən 50 nəfərə çatdırıldığı qeyd olunan açılış mərasimində bildirildi ki, indiyə kimi Şirkətin “Yay Məktəbi” layihələrinə ümumilikdə 1230 nəfər müraciət etmiş (2010-cu ildə 80 nəfər, 2011-ci ildə 222 nəfər, 2012-ci ildə 272 nəfər, 2013-cü ildə 276 nəfər, 2014-cü ildə 380 nəfər), onlardan 192 nəfəri iştirakçı olmaq hüququ qazanıb.

 

Sonra ARDNŞ-in Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov tədbir iştirakçılarının suallarını cavablandırdı.

Tədbirdə çıxış edən ARDNŞ-in İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli bildirdi ki, gənclərin seçilməsi, onların tanıdılması çox şərəfli bir işdir ki, bunu da Dövlət Neft Şirkəti uğurla həyata keçirir. O, layihə barədə məlmat verdi. 2014-cü ildə layihədə 41 yerli və xarici universitetlərdən 35 tələbə və ARDNŞ-in idarə və müəssisəsindən 15 işçi olmaqla 50 nəfər iştirak edir. A.Bəkirli qeyd etdi ki, burada elə bir şərait yaradılıb ki, siz Dövlət Neft Şirkətinin bütün vitse-prezidentləri ilə ünsiyyət qurmaq, istədiyiniz suallara cavab ala bilərsiniz.

 

Qeyd edək ki, “SOCAR Yay Məktəbi-2014” iştirakçıları üçün maraqlı proqram hazırlanıb. Avqustun 13-dək davam edəcək Yay məktəbində enerji sektorunun bütün sahələrini - neft-qaz yataqlarının geologiya-geofizikası, qazma texnologiyası, neft-qaz hasilatı, nəqli və saxlanması, ekoloji normalaralternativ enerji mənbələri, neftneft məhsullarının satışı, neftin qiymətinin formalaşmasını və s. mövzularda çıxışlar olacaq, diskusiyalar keçiriləcək, iştirakçılar Şirkətin məsul şəxslərinin mühazirələrini dinləyəcək, praktiki məşğələlər keçəcəklər. Yay məktəbi dövründə gənclər üçün Şirkətin idarə və müəssisələrinə ekskursiyalar da təşkil ediləcək ki, bu da onların istehsalat prosesi ilə yaxından tanış olmasına imkan yaradacaq.

 

Sonda Xalik Məmmədov jurnalistləri maraqlandıran sualları cavablandırdı. X.Məmmədov bildirdi ki, “Yay Məktəbi” layihəsi artıq ənənə halını almış proqramlardandır. “Burada iştiakçılar günün bir hissəsində nəzəri biliklər əldə edirlər, günün ikinci yarısında Dövlət Neft Şirkətinin müəssisələrində olaraq istehsalat prosesləri izləyəcək, texniki biliklər qazanacaqlar. Bu ilki layihənin ən fəal iştirakçılarından olan komandalardan ilk üç yeri tutanlar İsveçrə, Türkiyə və Gürcüstanda ARDNŞ tərəfindən idarə olunan müəssisələrdə bir həftəlik təcrübə keçmələri nəzərdə tutulur. Bu da gənclər üçün bir stimuldur.”

 

Jurnalistlərin suallarını cavablandıran X.Məmmədov vurğuladı ki, Bakıda bağlanmış “Çag ögretim İşletmeleri” müəssisələrinin binaları dövlətin mülkiyyətidir və dövlətin balansına qaytarılacaq. X.Məmmədovun sözlərinə görə, Bakı Özəl Türk Liseyinin binası istisna olmaqla, həmin binaların xeyli hissəsi icarəyə götürülüb. “Bakı Özəl Türk Liseyinin binasına gəldikdə, onun Qafqaz Universitetinə verilməsi haqqında təklif var. Bu barədə konkret qərar qəbul ediləcək.” X.Məmmədovun dediyi kimi, bağlanmış “Çag ögretim İşletmeleri” təşkilatının tədris müəssisələrinin binalarında olan əmlak Beynəlxalq Tədris Mərkəzinin mülkiyyətidir. “Biz ondan gələcəkdə istifadə olunmasına dair qərar qəbul edəcəyik.” Bakı Özəl Türk Liseyinin aqibətinə gəlincə, ARDNŞ-in vitse-prezidenti bildirdi ki, liseyin Qafqaz universitetinin tərkibinə verilməsi nəzərdə tutulub. “Lakin bununla bağlı konkret qərar verilməyib. İdarə heyəti toplanaraq bu barədə qərar verəcək.”

 

“SOCAR Yay Məktəbi 2014” layihəsinin rəsmi açılış mərasimindən sonra məktəb iştirakçıları ilk təqdimatları dinlədilər. Enerji sektoruna girişadlanan gün çərçivəsində dinləyicilər qarşısında ARDNŞ-in Xarici Təqaüd Proqramının məzunları “Azneftİstehsalat Birliyi Geologiyageofizika şöbəsinin geoloqu Fuad AbbasovBaş Ofisin İşlər İdarəsinin əməkdaşı Təbriz Əmmayev “Enerji sektoru haqda ümumi məlumat və Azərbaycanın neft-qaz sənayesi” mövzusunda, Baş Ofisin İqtisadiyyatUçot departamenti Risklərin idarə olunması şöbəsinin mühəndisi Ləman Qayıdova və “Azneftİstehsalat Birliyi İqtisadiyyatUçot departamenti Maliyyə hesabatlarının konsolidasiyasının iqtisadçısı Ülviyyə Quluzadə “Layihələrin və Reputasiyanın idarə olunması” mövzusunda və Əmək Şəraiti Normalarının İşlənməsi İdarəsinin İqtisadi göstəricilər və maliyyə modelləşdirilməsi şöbəsinin iqtisadçısı Tərlan İskəndərov “Risk və qeyri-müəyyənlik zamanı qərar vermə” mövzusunda geniş təqdimatlarla çıxış etdilər. Çıxış edənlər “Yay Məktəbi”nin iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.

Şam yeməyi fasiləsindən sonraYay Məktəbi”nin iştirakçıları onlar üçün təşkil olunan komanda yarışlarında iştirak etdilər.

 

Orxan Vahidoğlu, “İki sahil

İki sahil.-2014.-5 avqust.-S.12-13.