BirYay məktəbi” günü

 

 

Ekologiya və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit mövzusuna həsr olunan “Yay məktəbi”nin növbəti günü iştirakçılar “Eko Park”a ekskursiya etdilər

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ölkənin neft-qaz sənayesində ehtiyac duyulan yüksək ixtisaslı gənc mütəxəssislərin hazırlanmasını daim diqqətdə saxlayır.

Bu məqsədlə Şirkətdə xüsusi Təqaüd Proqramı həyata keçirilir, Azərbaycan gənclərinin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alması, müasir biliklərə malik yüksək səviyyəli mütəxəssislər kimi yetişməsi təmin edilir. Dövlət Neft Şirkəti respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin neft-qaz sənayesinə marağını artırmaq məqsədi ilə “Yay təcrübəsi” və “Yay məktəbi” layihələrini həyata keçirir. Bu il də gənclər üçün əhəmiyyətli olanYay Məktəbi” layihəsi həyata keçirilir. Artıq layihə iştirakçıları 5 gün maraqlı görüşlərdə iştirak ediblər, ekskursiyalarda olublar.

 

Yay məktəbinin 5-ci günündə iştirakçılar üçün ekologiya mövzusuna həsr olunmuş təqdimatlar keçirilmişdir. ARDNŞ-in Xarici Təqaüd məzunu, Neft-qaz emalı və neft-kimya kompleksinin Əməyin mühafizəsi təhlükəsizlik texnikası, ekologiya və keyfiyyətə nəzarət şöbəsinin rəis müavini Mehman Nəcəfli və Ekologiya İdarəsinin Texniki İstehsalat şöbəsinin rəis müavini Rakif QafarovARDNŞ-in ekoloji layihələri” mövzularında təqdimatlarla çıxış etdilər. M.Nəcəfli neft-qaz emalı və neft-kimya kompleksi layihəsi üçün ətraf mühitə və sosial sahəyə təsirlərin qiymətləndirilməsi, ƏMSSTQ hesabatının tərkib hissələri və R.Qafarov isə neftlə çirklənmiş torpaqların təmizlənməsi, çirklənmiş ərazilərin təmizlənməsi, atmosferə atılmaların azaldılması və Eko-Park layihəsi barədə məlumatlar verildi.

 

Növbəti təqdimatda İDEA İctimai Birliyinin Layihələr üzrə koordinatoru Surxay Novruzov “İDEA-nın fəailiyyəti və layihələri” və “Təmiz şəhər” ASC-nin Layihələrin idarə olunması sektorunun müdiri Faiq Məmmədov “Bakı şəhərinin məişət tullantılarının utilizasiyası” mövzularında çıxış etdilər. S.Novruzov İDEA-nın fəaliyyəti dövründə həyata keçirdiyi və hazırda davam edən beynəlxalq və yerli layihələri, xüsusi mühafizə proqramlarından, “Ağacların kəsilməsinə yox!” və başqa layihələrdən faktlar səsləndirildi. F.Məmmədov isə Bakı şəhərində bərk məişət tullantılarının idarə olunması, tullantıların zərərsizləşdirilməsi, Balaxanı Sənaye Parkının fəaliyyəti, investorlara yaradılmış şərait, o cümlədən “Təmiz şəhər” ASC tərəfindən həyata keçirilən ictimai məlumatlandırma kompaniyaları barədə məlumat verildi. Sonda iştirakçıları maraqlandıran sualları cavablandırdılar.

 

Sonra günün mövzusu ilə bağlı ARDNŞ tərəfindən həyata keçirilən ən mühüm ekoloji layihələrdən biri olanEkoloji parka ekskursiya təşkil edildi. İştirakçıları təhlükəsizlik qaydaları ilə tanış etdikdən sonra “”Eko-park” layihəsi” mövzusunda təqdimat oldu. Ekskursiya zamanı Ekologiya İdarəsinin mütəxəssisləri Yay Məktəbi iştirakçılarına layihə haqqında ətraflı məlumat verdilər. Yay Məktəbi” iştirakçılarının diqqətinə çatdırıldı ki, ARDNŞ hər bir sahədə olduğu kimi, bu sahədə də ön sıralarda olmaqla, son illərdə bir sıra mühüm ekoloji layihələri reallaşdırdığını, işin bu günuğurla davam etdirilir. Təqdimatdan sonra iştirakçıları parkın ərazisilə tanış oldular.

 

Günün axşam qonağı Ekologiya İdarəsinin rəisi Azər Əliyev oldu. Azər Əliyev ARDNŞ-in ekoloji layihələri haqqında ətraflı məlumat verərək idarənin bərpa olunan enerji, Bakı buxtasının təmizlənməsi və s. layihələri haqqında məlumat verdi. A.Əliyev vurğuladı ki, son illərdə Azərbaycan Hökuməti uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlərin həllindən ötrü müvafiq qərarlar vermiş milli ekoloji proqramlar həyata keçirməkdədir. İdarə rəisi bildirdi ki, ARDNŞ 2006-cı ildən başlayaraq keçmişdən qalmış ekoloji problemlərin həlli istiqamətində praktiki işləri yerinə yetirməklə yanaşı, bu günkü və gələcək fəaliyyətini ətraf mühitə təsirləri minimal səviyyəyə endirmək şəraitində qurmağı planlaşdırır. Sonda Dövlət Neft Şirkətinin Ekologiya İdarəsinin rəisi A.Əliyev iştirakçıları maraqlandıran sualları cavablandırdı.

Məktəbin 5-ci gününün qeyri-rəsmi hissəsində iştirakçılar üçün maraqlı interaktiv oyun təşkil edildi.

 

İki sahil.- 2014 .-9 avqust .-S.5.