“ARDNŞ-dəki yay təcrübəsi bizim gələcək karyeramıza müsbət təsir edəcək”

 

Bu fikirləri ARDNŞ-nin Ekologiya İdarəsində təcrübə keçən tələbələr bildirdilər

 

ARDNŞ-nin ali təhsil müəssisələrində təhsil alan istedadlı tələbələrə ayırdığı diqqət bu gündə davam etməkdədir. Artıq beşinci ildir ki, ARDNŞ Azərbaycanın və xarici ölkələrin müxtəlif ali məktəblərində neft-qaz, neft-qaz qurğuları, qazma, geofizika, geologiya, proseslərin avtomatlaşdırılması, informasiyakommunikasiya texnologiyaları, inşaat, boru kəmərləri, ekologiya, neft-kimyakimya mühəndisliyi, iqtisadiyyatenergetika ixtisasları üzrə təhsil alan Azərbaycan vətəndaşı olan tələbələrə yay tətili müddətində istehsalat təcrübəsi keçmək üçün ödənişli “Yay təcrübəsi proqramı”nı həyata keçirir. Proqram tələbələrin neft sənayesinin müxtəlif sahələrində təcrübi biliklərinin artırılması, onların real şəraiti ilə yaxından tanış olması, nəzəri biliklərinin təcrübədə yoxlanılması, həmçinin keyfiyyətləri barədə ARDNŞ-də daha dolğun informasiyanın toplanması məqsədi ilə həyata keçirilir. Qeyd edək ki, Yay təcrübəsi tələbənin istəyindən asılı olaraq, 1 və ya 2 ay müddətində davam edəcək. Proqramın şərtlərinə görə tələbə ilə həmin müddətə müvəqqəti əmək müqaviləsi bağlanılır və işə qəbul olunur. Təcrübəçi işlədiyi vaxta və vəzifəsinə müvafiq olaraq, əmək haqqı alır. Eyni zamanda ARDNŞ işçiləri üçün mövcud olan bütün güzəştlər təcrübəçilərə də şamil edilir. Proqramda təhsil aldığı ali məktəbdən asılı olmayaraq, qeyd olunan ixtisaslar üzrə bakalavriatın əsasən 2, 3, 4-cü kursları və magistraturanın 1 və 2-ci kurslarını bitirən tələbələr iştirak edirlər.14 aprel 2014-cü il tarixində ARDNŞ-nin saytında elan olunmuş müsabiqəyə ölkə daxilində və xaricdə 58 ali məktəbdə təhsil alan 1097 tələbə müraciət etmişdir. 32 ali məktəb üzrə 209 tələbə yay təcrübəsinə qəbul edilmişdir. Onu da qeyd etmək lazımdır ki, təcrübəyə qəbul edilmiş tələbələrdən 126 nəfəri ARDNŞ təqaüdçüsüdür. Seçim zamanı ARDNŞ-nin təqaüd müsabiqələrinin qaliblərinə, həmçinin müsabiqələrdə yaxşı nəticələr göstərən tələbələrə üstünlük verilmişdir.

 

Qeyd edək ki, dünən ARDNŞ-nin Ekologiya İdarəsinin Eko Parkında “Yay təcrübəsi proqramı”nın iştirakçıları olan tələbələrlə görüşdük. Görüşdə Ekologya İdarəsinin Kadlar şöbəsinin rəisi Əliabbas Aslanov çıxış edərək ARDNŞ barədə tələbələri məlumatlandıraraq dedi ki, dünya neft sənayesinin müasir texnologiya və təcrübələrini öz prinsipinə tətbiq edən ARDNŞ bu gün artıq beynəlxalq neft korporasiyalarının önündə gedir. İndi ARDNŞ neft-qaz sənayesinin inkişafına töhfələr verən bir şirkət kimi diqqəti cəlbedəcək qədər inkişafdadır və o son illərdə neftqaz yataqlarının axtarışı, kəşfiyatı və işlənməsi, neftqaz kondensatının hasilatı, emalı və nəqli, neftneft kimya məhsullarının, qazın daxilixarici bazarlarda satışı, habelə ölkə ərazisində sənayenin və əhalinin təbii qazla təchizatı ilə məşğul olmaqda, eyni zamanda ekoloji təmizliyin yaradılmasında sahənin söz sahibinə çevrilib. Ona görə də bu şirkətdə təcrübə keçmək və əmək kitabçasına ilk olaraq burada sahib olmaq sizin karyeranız üçün çox önəmlidir. Sizə yaradılan bu şəraitdən hərtərəfli yararlanmağa çalışın. Xüsusən də nəzəri biliklərinizi təcrübi sınaqdan keçirməkdən çəkinməyin. Ekologiya İdarəsinin Yaşıllaşdırma Departamentinin rəisi Sadiq Kərimov tələbələrə burada yaradılan təcrübə və şəraitindən danışaraq dedi ki, onların bu gün istehsalat təcrübəsi keçdikləri Ekologiya İdarəsi ölkənin neft sənayesində ekoloji tarazlığın qorunmasında, ekoloji təmizliyin yaradılmasında yaşıllıqların çoxaldılmasında önəmli yer tutur. Hazırda idarənin ekoloji fəaliyyətində müasirləşmə və təkmilləşmə işləri sürətlənibdir. Təcrübə müddətində tələbələrin buradakı peşəkar kadrlardan öyrənəcəyi çox mühüm məsələlər var. Eyni zamanda bizim tələbələrdən də böyük gözləntilərimiz var. Ona görə ki, tələbələrin əksəriyyəti keyfiyyətli təhsili ilə ad qazanmış ali təhsil müəssisələrində oxuyur.

 

Departament rəisi tələbələrə uğurlar arzulayaraq onları daha təşəbbüskar olmağayeni təkliflərlə çıxış etməyə çağırdı. Xüsusi olaraq bildirdi k, hər bir tələbəyə idarənin kollektivi və şəxsən müdiri Azər Əliyev tərəfindən qayğı və diqqət göstərilir. Onların problemlərinin həllinə, yeni təklif və təşəbbüslərinə dərhal reaksiya verilir.

 

Eko Parkın müdiri Tahir Şıxəliyev tələbələrə bildirdi ki, onlar işlədikləri müddətdə idarənin əməkdaşları hesab edilirlər və güzəştlərdən istifadə etmək hüquqları var. Bütün hallarda tələbələrdən gözləntimiz onların qazandıqları nəzəri biliklərini praktikaya uğurla tətbiq etmələridir: “Biz bu yolda sizə hər bir dəstəyi verməyə hazırıq.”

 

Görüşdə təcrübə keçən tələbələr də çıxış edərək şəraitlərindən, Ekologiya İdarəsində onlara göstərilən xoş münasibətlərdən danışdılar. Qeyd edək ki, burada yay təcrübəsi keçən tələbələr müxtəlif ali təhsil müəssisələrində- ADNA-da, BDU-da, NDU-da, Qafqaz Universitetində təhsil alırlar. Hətta tələbələrin bir neçəsi bu idarədə ikinci ildir ki, təcrübə keçirlər.

 

Çilənay Qurbanlı hazırda idarədə ekoloji mühəndis kimi təcrübə keçir. Naxçıvan Dövlət Universitetində təhsil alan tələbə burada peşəkar mütəxəssislərdən qayğı və diqqət gördüyünü bildirdi. O nəzəriyyədə qazandığı biliklərini praktikadan keçirmək üçün normal şəraitin yaradıldığını dedi.

Yay təcrübəsi proqramı”nın iştirakçısı olan digər tələbə Könül Mirsalamlı BDU-nun tələbəsidir və burada ekologiya mühəndisi kimi təcrübə keçir. Onun sözlərinə görə, burada zəngin təcrübəsi onun gələcək karyerasına kömək olacaq.

 

Təcrübədə olan digər tələbə Nüşabə Səfərova ARDNŞ-nin tələbələrlə bağlı həyata keçirdiyi layihələri yüksək qiymətləndirərək Şirkətin yaratdığı bu şansdan maksimum yararlanaraq daha çox yenilikləri öyrənməyi məqsədəuyğun hesab edir.

Təcrübəçi tələbə Ülkər Siracova onlar üçün yaradılan şəraitdən razı qaldığını bildirdi. O dedi ki, biliklərini təcrübədə sınaqdan keçirmək imkanı qazandığı, eyni zamanda, buYay təcrübəsi proqramı”nın ödənişli əsaslarla olduğu üçün ARDNŞ rəhbərliyinə təşəkkür edirik. Onun sözlərinə görə, buradakı peşəkar kadrlarla işləmək onlara yeni inkişaf imkanları yaradır. Ekologiya İdarəsinin prinsipimetodu onun urəyincədir və burada ancaq biliyinin üzərinə yenilərini də əlavə etmək imkanlarını əldə edəcəkdir.

 

Digər tələbələr-Nurlanə Əskərova, Ayşən Həmzəzadə, Araz Nağıyev, Aytən Ağaməmmədova birmənalı olaraq İdarədə yaradılan mükəmməl təcrübə şəraitinə görə rəhbərliyə minnətdarlıqlarını ifadə etdilər. Onlar dedilər ki, idarə rəhbərliyi təcrübələrinin daha səmərəli keçmələri üçün onların hər biri ilə şəxsən maraqlanır, köməyə ehtiyacı olanlara mənəvi və texniki dəstəyini əsirgəmir.

 

Sonra tələbələrin təcrübə rəhbərləri Nazim Məmmədov, Müşviq Hacızadə və Coşqun Bərxudarovla söhbət etdik. Onlar tələbələrin işə davamiyyətindən, işgüzarlıqlarından razı qaldıqlarını bildirdilər və əlavə etdilər ki, müşahidələrinə görə, ötən qısa dövr ərzində bu gənclər nəzəri biliklərini praktikaya uğurla tətbiq edirlər:Biz onlara hərtərəfli texniki dəstək göstərməyə çalışırıq ki, təcrübədən sonra onlar auditoriyaya zəngin təcrübəsi və xoş təəssüratlarla qayıtsınlar. Eyni zamanda, burada işgüzarlıq göstərən tələbələrdən səmərələşdirici təkliflər də gözləyirik. Axı, müasir gənclik, həm də müasir elmi axtarış deməkdir.”

 

İki sahil. - 2014.- 14 avqust. S.5.