Sənayeləşdirmə siyasətində yeni mərhələ

 

Ölkə başçısının fərmanı ilə yaradılacaq Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılmasında, kooperasiya əlaqələrinin gücləndirilməsində, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində mühüm rol oynayacaqdır

 

Ötən illər ərzində ölkəmizdə qeyri-neft sektorunun əsas istiqaməti kimi sənayenin inkişafına böyük diqqət yetirilmiş, sənayeləşmə siyasəti geniş miqyasda həyata keçirilmiş, yüzlərlə sənaye müəssisəsi inşa edilmiş, bu sahədə güclü potensial yaradılmışdır. Həm iqtisadi, həm də siyasi cəhətdən inkişafla xarakterizə olunan bütün sahələrdə uğurlar qazanılmışdır.

 

Ölkə başçısı İlham Əliyev tərəfindən uğurla aparılan sosial-iqtisadi inkişaf siyasəti nəticəsində ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin olunmuş, unikal nailiyyətlərə imza atılmış, sənayeləşmə iqtisadiyyatın əsas prioritetlərindən birinə çevrilmiş, Azərbaycan iqtisadi qüdrəti gündən-günə artan etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuz sahibinə çevrilmişdir.

“Azərbaycan Respublikasında 2014-cü ilin “Sənaye ilielan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladağı sərəncam kənd təsərrüfatı, sənaye, turizminsan kapitalının inkişafı sahəsində gələcək perspektivlərin reallaşması istiqamətində atılan addımlar üçün mühüm rol oynadı.

Prezident İlham Əliyevin bu günlərdə sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında imzaladığı fərman ölkədə aparılan sənayeləşdirmə siyasətinə böyük töhfələr verəcəkdir. Fərmana görə sənaye məhəlləsi - sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçikorta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Ölkə başçısının apardığı siyasət iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsini, o cümlədən yüksək texnologiyalar əsasında sənayenin dinamik inkişafını və şaxələndirilməsini nəzərdə tutur. Uğurla həyata keçirilən bu siyasətin nəticəsi olaraq son illərdə regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı yüzlərlə sənaye müəssisəsi tikilib istifadəyə verilib, minlərlə yeni yeri yaradılıb. Ölkədə rəqabətədavamlı sənaye məhsulları istehsalını daha da artırmaq məqsədi ilə hazırda sənaye parklarının yaradılması istiqamətində aparılır.

Təbii ki, sənaye məhəllələrinin yaradılması regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsində və yerli ehtiyatlardan səmərəli istifadə etməklə sənaye sahələrinin inkişaf etdirilməsində stimullaşdırıcı rol oynayacaqdır. Sənaye məhəllələri istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, kooperasiya əlaqələrinin gücləndirilməsi, kiçikorta sahibkarlığın inkişaf etdirilməsi və s. məsələlərin həlli baxımından böyük əhəmiyyət kəsb edir.

Sənayeləşmədə yeni mərhələ olan sənaye məhəllələrinin yaradılması ilə böyük infrastruktur layihələri həyata keçiriləcək, yeni yerləri yaradılacaq, regionlarda əhalinin məşğulluq fəaliyyəti yüksələcəkdir. Onların fəaliyyəti ilə bağlı müvafiq ərazilərin yararlı vəziyyətə gətirilməsi, xaricidaxili infrastrukturun (elektrikistilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə obyektlərinin, inzibati və digər təyinatlı obyektlərin) qurulması və sənaye məhəllələrində sahibkarlıq fəaliyyətinin səmərəli təşkili ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcəkdir.

Ölkədə aparılan islahatların verdiyi nəticələr yeni perspektivlərin yaranması üçün stimul rolunu oynayır və inkişafı davamlı etmək üçün yeni layihələr irəli sürülür. Bu perspektivlərin də əsas məqsədi sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsidir. Eləcə də mövcud təbii və iqtisadi resursların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni prioritet istehsal sahələrinin yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da qarşıya qoyulan məqsədlərdəndir. Qeyri-neft sektorunda əldə olunmuş əhəmiyyətli artım, heç şübhəsiz, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının şaxələndirilməsi istiqamətində reallaşdırılan tədbirlərin məntiqi nəticəsidir. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da yüksək nailiyyətlər əldə edilmiş, sənaye məhsulları istehsalının həcmi artmışdır. Bu da ölkədə rəqabət qabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələrin icrasının davam etdirilməsi stimullaşdırıcı tədbirlərin məntiqi nəticəsidir. Qeyd etdiyimiz kimi, bu artım özünü həm neft, həm də qeyri-neft bölməsində büruzə vermişdir.

Azərbaycanın yeni neft strategiyasının uğurla reallaşdırılması, regionların inkişafının daha da sürətləndirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsi, eləcə də yerli istehsalın stimullaşdırılması istiqamətində həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının əsasını təşkil edən sənayeyə daha yüksək inkişaf perspektivləri açır.

 

Zahid Rza

 

İki sahil.- 2014.- 10 oktyabr.- S.6.