Astara: sosial-iqtisadi

inkişaf sahəsində uğurlar artır

 

Astara Rayon İcra Hakimiyyətində bu ilin doqquz ayında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

AzərTAc xəbər verir ki, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin və ictimaiyyətin təmsilçilərinin iştirak etdikləri yığıncaqda hesabat dövründə rayonda sosial-iqtisadi inkişaf sahəsində bır sıra uğurların qazanıldığı diqqətə çatdırılıb.

Bildirilib ki, bu ilin doqquz ayında rayonda 111,3 milyon manatlıq məhsul buraxılıb. Bunun 7,8 faizi sənayenin, 46,7 faizi kənd təsərrüfatının, 1,8 faizi nəqliyyatın, 24,9 faizi xidmət sahələrinin, 18,3 faizi tikintinin, 0,5 faizi isə rabitənin payına düşür. Orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcmi 1075 manat təşkil edib. Bu dövrdə rayonda 603 yeni yeri açılıb.

Bildirilib ki, Şuvi Ojakəran ərazisində yaradılan yeni çayçılıq təsərrüfatlarında yetişdirilən 1 milyondan çox çay dibçəkləri 30 hektar yeni çay plantasiyaların salınmasına yanmış çay kollarının bərpasına sərf olunacaqdır. Rayonda çəltikçiliyin inkişaf etdirilməsi ilə bağlı Türkiyədən yeni texnika avadanlıqlar gətirilib.

Hesabat dövründə əkin sahələrindən 327 ton buğda, 1,5 ton arpa, 629 ton çəltik, 1299 ton dənli-paxlalı 830 ton qarğıdalı, 11 min 573 ton kartof, 2 min 753 ton tərəvəz, 8 min 105 ton bostan məhsulu yığılıb. İri xırdabuynuzlu mal-qaranın sayı 45 min 794 başa çatdırılıb. Diri çəkidə 2584 ton ət, 15 min ton süd, 2 milyon 956 min ədəd yumurta istehsal olunub.

Diqqətə çatdırılıb ki, əvvəllər olduğu kimi, bu il rayonda sosial məsələlərin həllinə diqqət artırılıb, bır sıra infrastruktur layihələri həyata keçirilib. Prezident İlham Əliyevinin müvafiq Sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqədi-Pəlikəş avtomobil yolunun tikintisi başa çatdırılaraq istifadəyə verilib. Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər-Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilib, Astara şəhərinin küçələrində 11 min kvadratmetr, Kijəbə qəsəbəsində 1200 kvadratmetr, Ərçivan qəsəbəsində 1800 kvadratmetr təmir işləri görülüb. Siyaku- Şağlazüzə, Siyaku-Marzəsəy avtomobil yollarında 4 körpü inşa edilib. Şəhərin prospekt küçələrində, xiyabanlarda tikinti-abadlıq işləri davam etdirilir.

Şəhərin Xəzər dənizi sahili boyu 8 hektar ərazisində park-bulvarın tikintisinə başlanılıb. Burada 250 min kubmetrə yaxın torpaq daşınıb, sahilboyu 600 metr məsafədə mühafizə bəndi, gəzinti yeri, istirahət meydanı dəmir-beton konstruksiyası ilə betonlanıb. Hazırda burada 2 ədəd fəvvarənin tikintisi aparılır.

Telman kəndində yeni çay emalı fabrikinin Züngüləş kəndində 0,3 meqavat gücü olan “Astara-1” kiçik su elektrik stansiyasının tikintisi davam etdirilir. Astara şəhərində maliyyə idarəsi üçün yeni ikimərtəbəli müasir tipli inzibati bina tikilib istifadəyə verilib.

Yeni dərs ilində Suparibağ kənd tam orta məktəbi üçün 220, Əzərud və Anboba kənd ibtidai məktəbləri üçün 80 şagird yerlik yeni məktəb binaları tikilib istifadəyə verilib, Sipiyəpard kənd tam orta məktəbi əsaslı təmir edilib.

Əldə edilən uğurlarla yanaşı, işdə yol verilmiş nöqsanlar da ətraflı müzakirə edilib. Payız-qış mövsümünə hazırlıqla əlaqədar rayon paylayıcı elektrik şəbəkəsinin, qaz istismar sahəsinin, 52 nömrəli yol istismarı və suvarma sistemləri idarələrinin fəaliyyətlərində nöqsanların olduğunu diqqətə çatdırılıb. MotlayataqAsxanakaran kəndlərində elektrik təsərrüfatının yaxşılaşdırılması, Telman və Züngüləş kəndlərinə təbii qazın verilməsi ilə bağlı təkliflər də irəli sürülüb.

Yığıncaqda müzakirə edilən məsələ ilə bağlı müvafiq qərar qəbul edilib.

 

İki sahil.- 2014.- 17 oktyabr.- S.14.