Bakıdan Nyu-Yorka birbaşa uçuşlar başladı

 

“Azərbaycan Hava Yolları” QSC sentyabrın 24-dən etibarən Amerika Birləşmiş Ştatlarının ən böyük şəhərlərindən biri olan Nyu-Yorka birbaşa uçuşlara başlayıb.

 

AzərTAc xəbər verir ki, Bakı-Nyu-York-Bakı istiqamətində ilk uçuşu həyata keçirən yüksək komfortlu “Aerobus-340” təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportundan səhər saat 6-da havaya qalxıb.

Qeyd edək ki, təyyarə Kennedi hava limanına yerli vaxtla saat 9.30-da (Bakı vaxtilə 16.30-da) enəcək. Bakı-Nyu-York-Bakı marşrutu üzrə biletin qiyməti 599 avro, Nyu-York-Bakı-Nyu-York istiqamətində isə 799 ABŞ dolları təşkil edir.

 

İki sahil.- 2014.- 25 sentyabr.- S.17.