Avropa Oyunlarını

qəbul edəcək 16 arena

 

Onları yaxından tanıyaq

 

Məlum olduğu kimi, bu yay Azərbaycan çox böyük bir idman yarışına- İlk Avropa Oyunlarına ev sahibliyi edəcək. Artıq böyük idman həyəcanının başlamasına 44 gün qalmasına baxmayaraq, 20 növdə idman yarışlarının keçiriləcəyi 16 arena Oyunları qəbul etməyə hazır vəziyyətdədir. Bu yazıda oxucularımızı yarışların keçiriləcəyi arenalar, təmsil olunacağı idman növü, tamaşaçı tutumu barədə və digər göstəricilərlə tanış edəcəyik. Beləliklə, başlayaq “Baku-2015”-in rəmzi sayılan və ən möhtəşəm tikililərdən olan Olimpiya Stadionundan.

 

Bakı Olimpiya Stadionu futbol yarışları və atletika görüşlərinə ev sahibliyi etmək üçün nəzərdə tutulan çoxfunksiyalı kompleksdir. Stadion Böyük Şor gölünün yanında, Atletlər Kəndinin (AK) şimalında yerləşir. Burada atletika yarışları ilə yanaşı, Avropa Oyunlarının açılış və bağlanış mərasimləri də keçiriləcək. 68 min 195 tamaşaçı tutumuna malik olan kompleksin ərazisində yaşıllıq parkları və avtoparkların da olduğu atletlər üçün nəzərdə tutulmuş təlim-məşq yerləri mövcuddur. Komandaların atletika yarışları iki gün ərzində- iyunun 21-22-də bu stadionda baş tutacaq.

Bakı Atıcılıq Mərkəzi Avropa Oyunları üçün yeni inşa olunmuş atıcılıq obyektidir. Avtovağzal Kompleksinin yaxınlığında yerləşən mərkəzdə yarışlar iyunun 16-dan başlayaraq 7 gün davam edəcək. Burada 19 qızıl medal uğrunda 330 idmançı mübarizə aparacaq.Atıcılıq Mərkəzi 500 tamaşaçı tutumuna malikdir.

Dağ Velosipedi Parkı Bakı Atıcılıq Mərkəzinin cənubundakı təpəllik ərazidə yerləşir və “Bakı-2015” Avropa Oyunları üçün müvəqqəti olaraq hazırlanıb. Velosiped Parkında ümumilikdə 75-dən çox kişi və qadın idmançı iki qızıl medal uğrunda bir gün ərzində mübarizə aparacaq. Yarışları 1898 nəfərinizləyəcəyi bildirilir.

BMX Veloparkı da “Bakı-2015” üçün tikilən müvəqqəti obyektlərdəndir. Buna baxmayaraq, Oyunlardan sonra da ölkə ictimaiyyəti bu obyektdən istifadə edəcək. BMX Veloparkı Şıx çimərliyi ilə üzbəüz ərzidə yerləşir. BMX Veloparkında yarışlar iyunun 26-dan başlayaraq 3 gün ərzində davam edəcək. Ümumilikdə 48 idmançı 2 qızıl medal uğrunda mübarizə aparacaq.Yarış günlərində bu veloparkın tamaşaçı tutumu ən çox 990 nəfər olacaq.

Kürİdman və Avarçəkmə Mərkəzi Mingəçevir şəhərində, Kür çayının mənzərəli sahillərində yerləşir. Avarçəkmə idman yarışları üçün tikilmiş bu obyektin ərazisində otelin olması buranı mükəmməl bir yerə çevirir. Avarçəkmə üzrə yarışlar iyunun 14-dən başlayaraq 3 gün davam edəcək və 350 idmançı 15 medal dəsti uğrunda mübarizə aparacaq. Mərkəzin tamaşaçı tutumu 274, ayaqüstə izləmək üçün isə əlavə olaraq 1000 nəfərlikdir.

Bilgəh Çimərliyi “Amburan Çimərlik Klubunun şimalında yerləşir. Burada triatlon yarışı və şose velosipedi üzrə zamana qarşı yarış keçiriləcək. Triatlon yarışları iyunun 13-14-də, şose velosipedi idmanı üzrə zamana qarşı yarışlar isə iyunun 18-də keçiriləcək.

Bakı Su İdmanı Mərkəzi su idmanı növlərindən üçü - üzgüçülük, suya tullanmasinxron üzgüçülük üzrə yarışlara ev sahibliyi edəcək.Su idmanı növləri üzrə yarışlar 14 gün davam edəcək.Bakı Su İdmanı Mərkəzində 800-dən çox idmançının yarışacağı gözlənilir.Bu kompleksdə eyni anda 2003 tamaşaçı yarışları izləyə biləcək.

Voterpol Arenası Avropa Oyunları Parkının tərkibində təşkil olunan müvəqqəti obyektdir. Bu obyektdə 10 gün ərzində keçiriləcəkyarışlarda 364 idmançı mübarizə aparacaq. Arenayarış zamanı eyni anda 1282 tamaşaçı tutumuna malik olacaq.

Müvəqqəti olaraq inşa edilmiş Basketbol Arenasıda Avropa Oyunları Parkının bir hissəsində yerləşir. Bu obyektdə yarışlar 4 gün davam edəcək. 128 idmançının mübarizə aparacağı oyunları eyni anda 1843 tamaşaçı izləyə biləcək.

Avropa Oyunları Parkının digər bir hissəsində yerləşən Çimərlik Arenası da müvəqqəti olaraq inşa edilib.Burada çimərlik voleybolu və çimərlik futbolu üzrə yarışlar keçiriləcək. Çimərlik voleybolu üzrə yarışlar 6 gün, çimərlik futbolu üzrə yarışlar isə 5 gün davam edəcək.1506 tamaşaçı tutumuna malik olacaq mərkəzdə çimərlik voleybolunda mübarizə aparmaq üçün 128, çimərlik futbolunda isə 96 idmançının Bakıya gələcəyi gözlənilir.

Avropa Oyunlrını qəbul edəcək möhtəşəm tikililərdən biri də “Bakı Krystal Holldur. Bakı körfəzindəki yarımada üzərində inşa edilən “Bakı Krystal Holl” 2012-ci ildə keçirilmişEurovision” mahnı müsabiqəsi üçün inşa edilibsonradan müxtəlif biznesidman tədbirlərinə ev sahibliyi edib. Hazırda bura 3 hissəyə bölünüb və 5 idman növünə ev sahibliyi edəcək. Bunlar voleybol, boks, karate, taekvondo və qılıncoynatmadır. 3796 tamaşaçı tutumuna malik olan mərkəzdə 336 idmançı öz ölkəsini təmsil layiqincə təmsil etməyə çalışacaq.

Tbilisi prospektində yerləşən Heydər Əliyev adına İdman Arenası Şəhər Obyektlər Qrupuna daxildir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin adını daşıyan bu nəhəng obyekt 1990-cı ildə istifadəyə verilibbu tarixdən etibarən indiyədək müxtəlif idman növləri üzrə 30-dan çox beynəlxalq yarışlara ev sahibliyi edib.Oyunlar zamanı Heydər Əliyev adına İdman Arenasının tamaşaçı tutumu 4 min nəfər olacaq. Obyektdə cüdo və güləş üzrə yarışlar keçiriləcək.13-18 tarixlərində keçiriləcək güləş yarışları üzrə 400, 25-28 iyunda keçiriləcək cüdo yarışları üzrə isə 366idmançı mübarizə aparacaq.

Şose velosipedi idmanı üzrə yarışların keçiriləcəyi yarış yolu Hökumət Evinin qarşısında olan Azadlıq Meydanında başlayacaq və İçərişəhər də daxil olmaqla Bakının müxtəlif yerlərindən keçərək 13,5 km-lik məsafəni əhatə edəcək. Şose velosipedi idmanı üzrə yarışlarda kişilər treki 16 dəfə, qadınlar isə 9 dəfə qət edəcəklər. Yarışlar iyunun 20-21-də keçiriləcək.

1951-ci ildə tikilən, 2012-ci ildə Avropa standartları səviyyəsində təmir olunan və məhşur futbol hakimi Tofiq Bəhramovun adını daşıyan Respublika Stadionunda kamandan oxatma yarışları keçiriləcək. Metronun “Gənclik” stansiyası yaxınlığında yerləşən Stadionda yarışları 1200 nəfər izləyəcək. Yarışlarda 64 kişi və 64 qadın olmaqla ümumilikdə 128 idmançı medallar uğrunda qüvvəsini sınayacaq.

Yarışların keçiriləcəyi digər bir tarixi məkan Şəhər Obyektlər Qrupuna daxil olan və dənizkənarı bulvarda yerləşn Bakı İdman Zalıdır. Bu obyektdə əvvəllər voleybol çempionatları keçirilib. Avropa Oyunları zamanı isə badmintonstolüstü tennis yarışlarına ev sahibliyi edəcək. 126 tennis və 160 badmintonçunun mükafatlar uğrunda yarışını 1000 nəfərə yaxın tamaşaçı izləyəcək. Bakı İdman Zalında 13-19 iyun tarixlərində stolüstü tennis, 22-28 iyun tarixlərində isə badminton yarışları baş tutacaq.

Avropa Oyunlarını qəbul etməyə hazır olan ən müasir obyektlərdən biriheç şübhəsiz ki, Atletlər Kəndinin cənubunda yerləşən Milli Gimnastika Arenasıdır. Adından da göründüyü kimi, 5407 nəfər tutuma malik olan kompleks gimnastika yarışlarına ev sahibliyi edəcək.Oyunlar zamanı bu obyektdə 447 idmançının yarışacağı gözlənilir.Birinci dəfədir ki, gimnastikanın beş növü üzrə yarışlar keçiriləcək. Bunlar idman gimnastikası,bədii gimnastika,batut gimnastikası, aerobika gimnastikası və akrobatika gimnastikasıdır.

Nəhayət Atletlər Kəndi (AK). Bakı şəhərinin şimal-qərb hissəsində, Milli StadionMilli Gimnastika Arenasından az aralıda yerləşir. AK Avropa Oyunları zamanı Bakıya təşrif buyuran atletləri və komanda rəsmilərini təhlükəsiz, rahat, mehriban və stresdən kənar yaşayış mühiti ilə təmin edəcək. “Evdən kənar ev” sayılacaq bu məkan yarışlara və hazırlıqlara diqqəti cəmləyə bilmək və Oyunlardan zövq almaq üçün iştirakçılara yaxşı imkan yaradacaq.Atletlər və komanda rəsmiləri 8-13 mərtəbəli 13 yeni tikilmiş daimi binalarda qalacaqlar. Hər binanın birinci mərtəbəsində ümumi istirahət mərkəzi yerləri olacaq. Bu yerlərdə yumşaq mebellərdə dincəlmə imkanı, Oyunların yayımlandığı televiziyapulsuz internetə çıxış olacaq.

 

Taleh Bağırov

 

İki sahil.- 2015.- 30 aprel.- S.18-19.