Naftalana səkkiz mindən çox turist gəlib

 

"Azərbaycan Respublikasında kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq Naftalanda genişmiqyaslı abadlıq yenidənqurma işləri uğurla davam etdirilir. Dövlət başçısının müvafiq sərəncam tapşırıqlarına uyğun olaraq şəhərin yüksək səviyyəli sanatoriya-kurort mərkəzinə çevrilməsi üçün son 3 ildə insanı heyrətləndirən işlər görülüb. Yeni istirahət sağlamlıq mərkəzləri - "Çinar" "Naftalan" otelləri, "Qarabağ" istirahət-sağlamlıq mərkəzi tikilərək istifadəyə verilib. Nəticədə şəhərə gələn istər yerli istərsə xarici turistlərin sayında nəzərəçarpacaq dərəcədə artım qeydə alınıb.

Bu sözləri Naftalan Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Arzu Məmmədov AZƏRTAC-a müsahibəsində deyib.

Diqqətə çatdırıb ki, dünyada analoqu olmayan bu kurort şəhərinin yüksək templə inkişafı Azərbaycandan kənarda da Naftalana marağı artırıb. Nəticədə Naftalana təkcə şəfa tapmaq üçün deyil, istirahət üçün gələnlərin sayı da gündən-günə artıb. Əgər 2014-cü ildə bura 3000 xarici turist gəlmişdisə, cari ilin ötən 7 ayında bu rəqəm 8000 nəfəri keçib.

İcra başçısının müavini onu da vurğulayıb ki, Naftalanda dincələn turistlərə yüksək xidmət göstərilir. Hazırda bir nəfərin bir günlük istirahəti cəmi 29 manata başa gəlir ki, bu da xarici turistlərlə yanaşı, gəliri az olan yerli vətəndaşları da qane edir. Həmin məbləğə gündə üç dəfə qidalanma, yatmaq, Naftalan nefti ilə müalicə digər xidmətlər daxildir.

Hazırda Naftalan kurort zonasının daha da inkişaf etdirilməsi üçün xüsusi plan hazırlanır. Həmin plana əsasən burada ailəvi istirahət mərkəzləri, uşaqların valideynsiz istirahət etməsi üçün xüsusi şərait yaradılacaq. Yeni kottec mehmanxanaların tikilməsi, 1,7 kilometr uzunluğunda kanat yolunun çəkilməsi, dünya standartlarına cavab verən qolf meydançasının, tennis kortunun, cıdır meydançasının yaradılması da nəzərdə tutulub. Digər bir yenilik Naftalanda beynəlxalq hava limanının tikintisidir. Bundan başqa nəzərdə tutulub ki, Naftalan neftinin emalı, müalicəvi neftdən dərmanların hazırlanması üçün farmaseptik zavod inşa edilsin. Söz yox ki, bütün bunlar Naftalanın şöhrətini, bu kurort şəhərinə turistlərin marağını daha da artıracaq.

 

İki sahil.- 2015.- 4 avqust.- S. 14.