Azərbaycan güclü və müstəqil siyasi iradəyə sahibdir

 

Prezident İlham Əliyev: Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz.

 

Bu ilin ilk aylarından, xüsusilə I Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı bir sıra beynəlxalq təşkilatlar tərəfindən aparılan əks-təbliğat kampaniyası sanki ölkəmizə qarşı “səlib yürüşü”nə çevrilmişdi. Bəzi hallardatənqidlərbütün çərçivələri aşır, hətta heç bir məntiqlə izah olunmayacaq formada təzahür edirdi. Hücumların güclənməsi Bakıda keçirilən ilk Avropa Oyunları öncəsi əsl mahiyyətini ortaya qoydu. Məlum oldu ki, (bu əvvəlcədən də açıq hiss edilirdi) Azərbaycanı demokratik prinsipləri və insan hüquqlarını pozmaqda ittiham edənlərin əsl məramları əslində nə demokratiya, nə də insan haqlarıdır. Necə deyərlər, “ayının yüz oyunu bir armuda görə” imiş...

Proseslərin gedişi göstərdi ki, əslində, bütün bu həngamələr birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsini həzm edə bilməyən, Oyunların uğurla keçirilməsinə kölgə salmağa çalışan, bundan istifadə edərək ölkəmizin beynəlxalq imicini ləkələmək istəyən qüvvələrin düşünülmüş planlarından başqa bir şey deyil. İş o yerə çatmışdı ki, mütəmadi olaraq Azərbaycana qarşı qərəzli mövqeləri ilə tanınan bir sıra beynəlxalq qeyri-hökumət təşkilatları məhz birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qarayaxma təbliğatlarını gücləndirmək məqsədilə birləşərək “İdman və İnsan Hüquqları Alyansı” adlı birgə təşkilat da yaratmışdılar. Maraqlı tərəflərdən biri o idi ki, yeni yaradılan bu qurumun ilk müraciəti Azərbaycanda guya azad sözün boğulmasına və insan hüquqlarının pozulmasına görə Avropa dövlətləriniBakı-2015”də iştirakdan imtina etməyə həsr edilmişdi. Sonradan bəlli oldu ki, bu müraciət həmin qondarma təşkilatın elə həm də son müraciəti olub. Oyunlar başa çatandan sonra sözügedən qurumunfəaliyyətidə dayandırılıb.

Əlbəttə, antiazərbaycan kampaniya təkcə bir qrup QHT-lər tərəfindən aparılmırdı, bu addımlar bəzən istər ABŞ-da, istərsə də bəzi Avropa dövlətlərində müəyyən rəsmi qurumların təmsilçiləri tərəfindən də “dəstəklənirdi”. ABŞ Dövlət Departamentinin bəzi açıqlamaları, eləcə də Avropa Şurası Parlament AssambleyasınınAzərbaycandakı vəziyyətlə bağlı” qətnamə qəbul etməyə cəhd göstərməsi və s. addımlar sübut edirdi ki, bəlli QHT-lər əslində müəyyən dövlətlərin siyasi maraqlarının ifadəçisi funksiyalarını yerinə yetirməklə məşğuldurlar. Bu isə göstərir ki, Azərbaycanın regionda gücə çevrilməsi və müstəqil siyasət yürütməsi bəzi beynəlxalq dairələri və dövlətləri ciddi narahat edir. Bu dairələr yaxşı başa düşürdülər ki, birinci Avropa Oyunları kimi mötəbər və tarixi bir tədbirin Azərbaycanda baş tutması ölkəmizin gələcək beynəlxalq siyasətində, onun müsbət imicinin güclənməsində hansı rolu oynayacaq.

Lakin Azərbaycanın güclü siyasi iradəsi yenidən qalib gəlməyi bacardı. Bütün təzyiqlərə və qarayaxma kampaniyalarına rəğmən Azərbaycan güclü və demokratik yolla inkişaf edən dövlət olduğunu bir daha sübut edə bildi. Yuxarıda deyilənlər Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr edilən iclasındakı nitqində özünün mükəmməl ifadəsini tapmışdır: “Bizim siyasətimiz Azərbaycan maraqları üzərində qurulubdur. Heç bir kənar qüvvə bizim siyasətimizə təsir edə bilməz. Onu da deməliyəm ki, -Azərbaycan ictimaiyyəti də bilir, -bizə qarşı çox çirkin kampaniya aparılır. Bu kampaniya dayanmır, önəmli beynəlxalq tədbirlər ərəfəsində daha da alovlanır, güclənir, əgər belə demək mümkündürsə, ondan sonra bir az səngiyir. Ancaq bu, daimi bir kampaniyadır, səbəbləri də aydındır. İlk növbədə, dünya erməniliyi, erməni lobbisi bizi hədəf seçib, onların himayəsində olan riyakar, rüşvətxor siyasətçilər bu işlərə qoşulub. Xüsusilə, bu, Qərb siyasətçilərinə aiddir. Erməni pulları ilə özünə həyat quran konqresmenlər, senatorlar, deputatlar, islamofob siyasətçilər və s. ünsürlər Azərbaycana qarşı müharibə elan ediblər”.

Prezident İlham Əliyev Azərbaycana qarşı ədalətsiz və ikili standartalara söykənən münasibətin əsl mahiyyətini göstərməklə həm də bunun səbəblərini də açıq ifadə etmişdir: “Nəyə görə? Çünki boğulur, partlayır, barışa bilmir ki, Azərbaycan uğurla inkişaf edir, dünyada müsəlman ölkəsi-Azərbaycan bu gün Avropa Oyunlarını hansı səviyyədə keçirir. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Onlardan fərqli olaraq buraya gələn qonaqlar, Avropanın dəyərli nümayəndələri, adi insanlar, idmançılar Azərbaycana heyran qaldılar, valeh oldular, sevdilər”.

Lakin Oyunların bitməsindən dərhal sonra Qərbdə “anlamağabaşladılar ki, Azərbaycanla təzyiq metodu ilə danışmaq fayda verməyəcək. Bu halda daha çox itirən onlar olacaqlar.

Birinci Avropa Oyunları yüksək səviyyədə başa çatandan sonra həm ABŞ-dan, həm də Avropa İttifaqı ölkələrindən Azərbaycanla qarşılıqlı əməkdaşlığın faydalarından bəhs edən bəyanatlar səsləndirilməyə başlandı. Azərbaycanın regionda təhlükəsizliyə verdiyi töhfələr, beynəlxalq enerji təhlükəsizliyində oynadığı xüsusi rol xatırlandı və dilə gətirildi. Ancaq təkcə quru söz və bəyanatlarla kifayətlənmədilər. Ölkəmizlə əməkdaşlığın genişləndirilməsi naminə ciddi addımlar atılmağa başlandı. ABŞ Dövlət Departamentinin və Müdafiə Nazirliyinin-Pentaqonun rəsmi nümayəndələri Azərbaycanla qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduqlarını bəyan etməklə yanaşı, bu əməkdaşlığın regionun təhlükəsizliyinə və terrorizmə qarşı mübarizədə mühm rol oynadığını da xüsusi vurğuladılar.

Bu məqamda Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun ölkəmizə rəsmi səfərini xüsusi qeyd etməyə ehtiyac var.

İlk Avropa Oyunları ərəfəsində Avropada səsləndirilən bəzi qərəzli bəyanatlar bir sıra siyasi müşahidəçilərdə artıq bütün körpülərin yandırıldığı təəssüratlarını yaratmışdı. Bəzi müşahidəçilər hesab edirdilər ki, Avropa-Azərbaycan əməkdaşlığı bundan sonra tənəzzülə uğrayacaq və əlaqələr soyuyacaq. Ancaq Donald Tuskun səfəri, həm də bu səfərin təşəbbüskarı kimi çıxış etməsi sübut etdi ki, Azərbaycan beynəlxalq siyasətin mühüm bir həlqəsidir və regionda geosiyasi maraqlarını qorumaq istəyən dövlətlər ölkəmizlə nəinki əməkdaşlıq etməyə, eləcə də onunla hesablaşmağa, Azərbaycanın milli maraqlarına və müstəqil siyasi iradəsinə hörmət etməyə borcludurlar.

Bu fikri isbat etmək üçün Donald Tuskun Bakıda Prezident İlham Əliyevlə birgə mətbuat konfransındakı açıqlamalarına nəzər salmaq kifayətdir: “Azərbaycan enerji sahəsində bizim etibarlı və strateji tərəfdaşımızdır. Biz bu tərəfdaşlığı daha da genişləndirmək istəyirik. Avropa Enerji Birliyinin məqsədlərindən biri də qazdan təhdid kimi istifadə olunması imkanının istisna edilməsidir. Ukraynada baş verən münaqişə bunu göstərir ki, bu cür təhdidlər hələ də mümkündür. Buna görə də Avropa İttifaqı öz təchizatının şaxələndirilməsinə sadiqdir və bu məsələdə Azərbaycan əsas tərəfdaşdır”.

D. Tusk Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bildirdi ki, Avropa İttifaqı münaqişənin tezliklə və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsində maraqlıdır: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəkləyir. Avropa İttifaqı və ona üzv olan ölkələrDağlıq Qarabağ respublikası”nı tanımır. Status-kvo qəbulolunmazdır və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması Avropa İttifaqı üçün prioritet olaraq qalır. Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik səylərini dəstəkləməyə davam edirik”.

Bütün bunlar göstərir ki, Azərbaycan aparılan məqsədyönlü siyasət nəticəsində regionun əsas güc mərkəzlərindən birinə çevrilməklə müstəqil xarici siyasət kursunu uğurla həyata keçirir. Bu siyasət hər şeydən əvvəl ölkəmizin milli maraqlarının təmin edilməsinə və regionda sülhün bərqərar olunmasına yönəlib. Eyni zamanda, bir sıra beynəlxalq dairələrə aydın oldu ki, Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Azərbaycanla diktant dilində danışmaq olmaz, bəzi forpost dövlətlərdən fərqli olaraq ölkəmiz siyasətini özü müəyyənləşdirir və müstəqil siyasi iradəsini ortaya qoymağı bacarır. Bu, Azərbaycanın uğurlarının əsas səbəbidir.

 

Taleh Turqut,

 

İki sahil.- 2015.- 5 avqust.- S. 5.