Azərbaycan komandası Almatıda XXVII Beynəlxalq İnformatika Olimpiadasında iştirak edib

 

Qazaxıstanın Almatı şəhərində şagirdlər arasında XXVII Beynəlxalq İnformatika Olimpiadası (BİO) keçirilib. Olimpiadanı Qazaxıstan Respublikasının Təhsil Elm Nazirliyi, “DarınRespublika Elmi-Praktik Mərkəzi Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti birgə təşkil edib.

Azərbaycan Milli Elmlər Akademiyasından AZƏRTAC-a bildirilib ki, olimpiadaya Azərbaycan məktəbliləri qatılıblar. Milli komandaya Bakı Dövlət Universitetinin dosenti, məktəblilərdən ibarət informatika üzrə ümumittifaq beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri Ramin Mahmudzadə Təhsil Nazirliyinin təhsilin statistikası keyfiyyətin qiymətləndirilməsi şöbəsinin müdiri İsmayıl Sadıqov rəhbərlik ediblər. Komandanın tərkibində dörd məktəbli - Elgün Cəbrayılzadə, Kamal Eyyubov, Rüstəm Ağayev Şərif Əfəndi təmsil olunublar.

Qeyd edək ki, İnformatika üzrə Beynəlxalq Olimpiada 1989-cu ildən başlayaraq hər il müxtəlif ölkələrdə keçirilir. Azərbaycan məktəbliləri Olimpiadada 1994-cü ildən iştirak edirlər. 2019-cu ildə BİO-nun Azərbaycanda keçirilməsi qərara alınıb.

Növbəti BİO isə 2016-cı ildə ilk dəfə Rusiya Federasiyasında keçiriləcək.

 

İki sahil.- 2015.- 5 avqust.- S. 11.