SOCAR Yay Məktəbi-2015” təcrübəli mütəxəssislərin yetişdirilməsinə imkanlar yaradır

 

SOCAR Yay Məktəbi-2015” layihəsinin 9-cu günü “SOCAR-ın İnsan resursları fəaliyyətimövzusuna həsr olunub

 

Kadr potensialını günü-gündən gücləndirən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) bu istiqamətdə yeni-yeni layihələr həyata keçirməkdə davam edir. Şirkət respublikanın enerji sektorunda gənc kadrlara tələbatın yüksək olduğunu nəzərə alaraq, ölkə daxilində və xaricdə təhsil alan tələbə və gənc mütəxəssislərin enerji sektoruna marağını artırmaq məqsədi ilə növbəti yay məktəbini təşkil edib.

Artıq başa çatan “SOCAR Yay Məktəbi-2015” layihəsinin proqramı iştirakçılarına neft-qaz yataqlarının geologiya-geofizikası, quyuların qazılması, neft-qaz hasilatı, nəqli və saxlanması, neft-qaz emalı və neft kimyası, ekoloji normalaralternativ enerji mənbələri, neft-qaz hasilatı və emalı sənayesinin iqtisadiyyatı, neftneft məhsullarının satışı ilə bağlı mövzularda məlumatların verilməsi tələbələrin bu sahənin təcrübəli mütəxəssisi kimi yetişməsinə imkanlar yaradıb.

“SOCAR Yay Məktəbi”-2015”in sonuncu - doqquzuncu günü “SOCAR-ın İnsan resursları fəaliyyəti” mövzusuna həsr olunub. Günün ilk təqdimatı Ariz CavadovElnur Hüseynovun moderatorluğu ilə “SOCAR-da işə qəbul prosesləri və işçilərlə əlaqələr” mövzusunda olub. Təqdimat çərçivəsində SOCAR-da işə qəbul prosesi imkanları, məqsədi, qarşıda duran öhdəliklər, funksiyalar, nailiyyətlər barədə iştirakçılara ətraflı məlumat verilib. Sonra İnsan Resursları Departamentinin Testləşdirmənin təşkili şöbəsinin rəisi Ruslan Əliyev “SOCAR-da testləşdirmənin təşkili” mövzusunda təqdimatla, həmçinin şöbənin yaradılma səbəbi və vəzifəsi, test imtahanının istiqamətləri və nəticələrin qiymətləndirilməsi, test tapşırıqlarının elektron bazasının strukturu barədə məruzə ilə çıxış edib.

Daha sonra İnsan Resursları Departamentinin Təlim, Tədris və Sertifikatlaşdırılma İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin mühəndisi, SOCAR-ın və TOTAL-ın Xarici Təqaüd Proqramının məzunu Rəsul Hacıyev “SOCAR-ın fəaliyyətində Təlim Mərkəzlərinin rolu mövzusunda təqdimatla çıxış edib. R.Hacıyev kadr hazırlığının təşkili, Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzi, Kadr hazırlığının təşkili mərkəzi, Qala Təlim-Tədris Mərkəzi, Sumqayıt Təlim-Tədris Mərkəzi, Standartların tətbiqi və sertifikatlaşdırma haqqında iştirakçılara məlumat verib, eyni zamanda, gəncləri maraqlandıran sualları cavablandırıb.

Fasilədən sonra Əsgər Vəliyev və Vasif Cəfərovun moderatorluğu ilə “SOCAR-ın təlim və inkişaf istiqamətləri” mövzusunda təqdimat olub. Onlar SOCAR-ın təlim və inkişaf istiqamətləri, məqsədi və nailiyyətləri barədə gənclərə ətraflı məlumat veriblər, mövzu ilə bağlı iştirakçıları maraqlandıran sualları cavablandırıblar.

Sonra “SOCAR Yay Məktəbi-2015” layihəsinin ilk günlərində iştirakçılara verilmiş mövzular üzrə hazırlanan təqdimatlar dinlənilib.

Günün axşam qonaqları Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov və SOCAR-ın İnsan Resurları Departamentinin rəisi Asif Bəkirli olublar.

E.Qasımov çıxışında “SOCAR Yay Məktəbi-2015” layihəsinin artıq son günü olduğunu bildirərək gənclərə gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb. BANM iştirakçıların xüsusi marağına səbəb olduğundan E.Qasımov Məktəb haqqında ətraflı məlumat verərək iştirakçıları maraqlandıran sualları cavablandırıb.

Daha sonra çıxış edən A. Bəkirli gənclərə gələcək həyatlarında və təhsillərində uğurlar arzulayaraq “SOCAR Yay Məktəbi-2015” layihəsinin SOCAR-ın ölkə təhsilinə, gəncliyə mühüm töhfə olduğunu vurğulayıb.

A.Bəkirli qeyd edib ki, “SOCAR Yay Məktəbi-2015” layihəsi iştirakçıların dünya görüşlərinin genişlənməsinə, təcrübi biliklərinin artırılmasına müsbət təsir göstərəcək.

Günün sonundaYay Məktəbi”nin iştirakçıları üçünFarewell party” təşkil olunub.

 

Ceyhun Piriyev,

İki sahil.-2015.- 12 avqust.- S. 9.